Rusiyanın dəhşətli “Satana” raketi haqqında əsas bilinməli 3 şey

2018/05/1045062642_1526908100.jpg
Oxunub: 2287     01:21     22 May 2018    
“Sputnik”in Rusiya kosmik sənayesində olan mənbəsi Rusiyanın orbitə karqo çatdırmaq məqsədilə “Voevoda” raketinin sülhməramlı atış proqramının yenidən dirçəldilməsini nəzərdən keçirdiyini bildirib.

Ordu.az “Sputnik”ə istinadən xəbər verir ki, START-1 müqaviləsi imzalandıqdan sonra Rusiya hökuməti R-36 “Voevoda” (NATO standartlarına görə, SS-18 “Satana”) raketlərindən faydalanma imkanlarını nəzərdən keçirir. START-1 müqaviləsi bu raketin istifadəsinə icazə vermir.

“Dnepr” layihəsinin nəticəsi kimi onların bir çoxu Yerin aşağı orbitinə göndəriləcək kommersiya peyklərinə çevrildi. Rusiya hökuməti 2015-ci ildə Ukrayna ilə əlaqələrin pozulması səbəbilə proqramı dayandırıb.

“Satan”ın üç əsas üstünlüyü

Yüksək səmərəli daşıyıcı

SS-18 özünün 10750 kiloton döyüş başlığına ayrıla bilən MIRV döyüş başlıqları daşıma qabiliyyəti ilə tanınır. İlk uğurlu sülhməramlı kommersiya “Satana” raketinin buraxılışından sonra mühəndislər MIRV-nin döyüş başlıqlarını yerləşdirməsinə bənzər formada bir neçə peykin buraxılması ideyasını təklif etdilər. 2014-cü ilin iyununda bu tipli ilk raket 17 ölkənin 33 modulunu kosmosa uğurla çıxardı. Bu innovasiya yerləşdirmə xərclərinin azaldılmasına imkan verir.

Əhəmiyyətli yükgötürmə

SS-18-in digər törəmələri – “Tsyklon-2 və 3” ilə müqayisədə Dnepr modifikasiyası az qala iki dəfə çox yük götürə bilir. O, Yerin aşağı orbitinə 3200 kiloqram yük daşımağa qadirdir.

Yüksək etibarlılıq

Kommersiya məqsədli raketə çevrilmiş “Satana”lardan bu vaxta qədər 22-si orbitə buraxılıb. Bunların yalnız biri uğursuz olub. Bundan fərqli olaraq ABŞ-ın eyni sinifli “Antares”in uğurluluq dərəcəsi 83%-ə bərabərdir.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Satana   Rusiya  

Rusiyanın dəhşətli “Satana” raketi haqqında əsas bilinməli 3 şey

2018/05/1045062642_1526908100.jpg
Oxunub: 2288     01:21     22 May 2018    