İsveç HHQ ilk dəfə Estoniyada təlimlər keçirəcək

2018/05/2345345_1526893153.jpg
Oxunub: 1720     13:34     21 May 2018    
İsveç Hərbi Hava Qüvvələri növbəti həftə Estoniyada hərbi təlimlərdə iştirak edəcək.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Estoniya Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, İsveç Hərbi Haba Qüvvələri ilk dəfə Estoniyada hərbi təlimlərdə iştirak edəcəklər. Bu həmçinin Estoniya və İsveç Hərbi Hava Qüvələrinin ilk birgə hərbi təlimi olacaq.

“Şübhəsiz ki, bu, hər iki tərəf üçün maraqlı çağırış və müdafiə sahəsində əməkdaşlığı inkişaf etdirmək üçün gözəl imkandır”, - deyə məlumatda bildirilir.

Qeyd edək ki, İsveç mayın 22-də 8 təyyarədən ibarət JAS 39 “Gripen” qırıcı eskadrilyasını Tallin ətrafında yerləşən “Emari” aviabazasına göndərəcək.

Ağalar Qəribov
Ordu.az

Teqlər: İsveç   HHQ   Estoniya   Təlimlər  

Xəbər lenti

İsveç HHQ ilk dəfə Estoniyada təlimlər keçirəcək

2018/05/2345345_1526893153.jpg
Oxunub: 1721     13:34     21 May 2018    