“Kornet”lərdən “Pulat”lara: Düşmənin Qarabağda keçirdiyi təxribatçı təlimlərə analitik baxış – HƏRBİ EKSPERT

2018/05/137734_4580662347.jpg
Oxunub: 24765     11:30     21 May 2018    
Ermənistanın yeni baş naziri Paşinyan özünü küçə nümayişçilərinin təyziqi altında “seçdirdikdən” sonra erməni cəmiyyətinin hərbi amallarına sadiq olduğunu nümayiş etdirmək üçün, işğalçı ordunun Qarabağda hərbi təlimləri keçirilməsinə qərar verdi. Düşmən bu təlimləri beynəlxalq hüquqdan kənar ərazidə keçirdiyindən, məxfiliyi təmin etməkdə böyük problemi yoxdur.

Ümumiyyətlə, dünya hərb ənənələrinə və etiketinə görə, hərbi təlimlərə yaxın qonşular və kənar müşahidəçilər dəvət olunmurlarsa, bu həmin qonşulara meydan oxumaq, hətta müharibə elan etmək deməkdir. Bununla, onun qonşunun preventiv (müqabil) zərbə endirmək barədə əsasları var. Çünki, hərbi təlimlərin hazırlıq prosesi tam şəkildə hərbi mobilizasiyanı xatırladır. Onun doğrudan da hücum əməliyyatı yox, təlim olduğu, həmin təlimə dəvət olunmuş çoxsaylı beynəlxalq hərbi müşahidəçilərin iştirakı ilə təsdiq olunur. Lakin, beynəlxalq hüququn işləmədiyi Azərbaycan Respublikasının işğal altında olan ərazilərində, işğalçı ordu tərəfindən keçirilən təlimə beynəlxalq qanuna höhmət edən heç bir BMT üzvü olan dövlətin hərbiçisi qatılmayacağından, onu tam əsaslarla qeyri-qanuni hərbi birləşmələrin aktivləşməsi kimi qəbul edərək, ona preventiv zərbə endirib, ya məhv etmək, ya da operativ taktiki imkanlarını radikal məhdudlaşdırmaq olar. Bu məsələdə yalnız bir həlledici amil ola bilər. Azərbaycan dövlətinin sülh əzmi və məramı ki, o da tam tükənməz deyil. Ondan sui-istifadə edən axırda dəhşətli gözlənilməzlik qarşısında qalacaq. Birinci dəfə bu sülh əzminin tükənməsini düşmən ordusunun uzun-uzadı provokasiyalarından sonra 2016-ci ilin 4 günlük aprel döyüşlərində gördük. O zaman ordumuz düşməni sıx yerləşmiş yaşayış məntəqələrimizin yaxınlığındakı təpələrdən sıxışdırıb, bir neçə kilometr arxaya oturtdu. Həmin döyüşlərdə düşmənin ən mühüm döyüş maşını olan 10 dan çox tankı tam məhv edildi. 300-ə yaxın əsgər və zabiti həlak oldu. Düşmən öz həyasızlığının cavabsız qalacağına arxayın olduğundan, bu əməliyyat onu şoka salacaq qədər gözlənilməz oldu. Bu baxımdan, növbəti əməliyyat öz miqyasına və istiqamətinə görə daha gözlənilməz olmalıdır.

Mayın 14-də başlayan qanunsuz təlimlərin “əfsanəsindən” görünür ki, Ermənistan ordusu əks-hücum həmlələrini təqlid edir. Və ya bizi buna inandırmağa çalışır. Düzü, bu dəfə çox riyakar olan düşmən təbliğatına müəyyən qədər inam var. Onun çox mobil olan və cəbhə xəttindən kifayət operativ dərinlikdə yerləşmiş Azərbaycan ordusu hərbi birləşmələrinə qəfil zərbə endirmək üçün fiziki imkanları çox məhduddur.

Erməni rəhbəriliyinin daha çox ehtimal olunan davranışı - müəyyən siyasi şəraitdə cəbhəboyu provokasiya yaradaraq, ordumuzun əsas qüvvələrini Dağlıq Qarabağın dərinliyinə cəlb etmək niyyəti ola bilər. Həmin tanış relyefdə, özlərinə sərf edən mühəndis hazırlıqları edilmış döyüş meydanında ordumuzun əməliyyat-taktiki davranışını öz iradəsinə tabe edərək, onu darmadağın etməyə cəhd etmək ümidləri var ki, bu da hərbi baxımdan daha ağlabatan fikirdir. Çünki müxtəlif növ atəş və zərbə vasitələri, mobilliyi, kəşfiyyatı, nizam-intizamı qat-qat güclü orduya qarşı düzənlik şəraitində yüksək mobillikli əməliyyatlar aparmaq iddiası çox ağılsız düşməndə ola bilər. Əlbəttə, o variantı tam nəzərdən qaçırmamaq şərti ilə, birinci senariyə hazır olmalıyıq. Düşmən nə çox ağıllıdır, nə də çox ağlısız.

Düşmən ordusunun qərərgahının təlimlər haqqında çox simic məlumatını olduğu kimi verək ki, təhlil üçün əlimizdə əyani vəsaitimiz olsun:

“May ayının 14-də Dağlıq Qarabağda operativ-taktiki təlimlərə start verilib ki, həmin təlimə Ermənistan Ordusunun bölmələri də qatılıb. Təlimlərin gedişatına Ermənistan SQ baş qərərgah rəisi, general-polkovnik Movses Hakopyan və general-leytenant Levon Mnatsakyan nəzarət ediblər. Təlimlər gedişatında, şərti yaradılmış döyüş vəziyyətində ordu birləşmələri düşmənin bütün cəbhə dərinliyinə nüfuz edən aktiv atəş həmlələri altında müdafiə döyüşləri aparır; bununla ehtiyatdan köməyə gəlmiş qüvvələrin əks-həmlə təşkil etməsi üçün vaxt və əlverişli şərait yaradırlar ki, onlar bu əks-həmlə nəticəsində rəqibi darmadağın edib cəbhə xəttini bərpa etsinlər. Təlimlərin gedişatında bəzi yeni atəş sistemləri müvəffəqiyyətlə tətbiq olunub ki, bununla da ordumuzun effektiv atəş təsiri qabiliyyətini artırmağa nali olunub".

Əlbəttə, düşmənin təlimlər vasitəsilə özünün operativ-taktiki bacarığını artırmaq cəhdləri ciddi təhlil olunmalıdır. Hər bir metodik cəhətdən düzgün təşkil olunmuş təlim onun döyüş qabiliyyətini artırır. Əlbəttə bu artım onun texniki imkanlarına və ehtiyatlarına mütənasib olur. Yəni kəşfiyyat, zərbə, sürətli hərəkət imkanları məhdud olan ordu nə qədər çox təlimlər keçirsə də, döyüş hazırlığının yalnız müəyyən taktiki komponentlərini inkşaf etdirə bilər. Məsələn, savadlı səngərin qazmağı və atəş sektorlarını bacarıqlı seçməyi, atıcı silahdan düzgün atəş açmağı, döyüş mövqelərinin yaxşı maskalanmasını təmin etmək və s. Bunların hamısı orduya vacib təlimlər olsa da, taktiki təlimlər səviyyəsində həll olunası məsələlərdir. Operativ səviyyədə isə ordunun döyüşü təmin edəcək bütün vasitələrinin uzlaşması tələb olduğundan, texniki səviyyəsi aşağı olan ordu taktiki hazırlıq səviyyəsi özü ilə eyni olan ordudan geri qalacaq. Düşmən ordusundakı nizam-intizamın və taktiki təlimlərin səviyyəsi haqqında açıq mənbələrdən geniş məlumatımız olduğundan, onun bravada xarakterli məlumatları bizi sevindirməyə biməz. Əsas odur ki, öz məlumatlarına özləri də ürəkdən inansınlar.

Düşmən rəhbərliyinin hansı “atəş təsirinin effektivliyini artıracaq yeni silah” tətbiq etdiyini araşdırmağa çalışaq.

Əlbəttə ki, burada “İsgəndər” Operativ Taktiki Raketlərindən söz gedə bilməz. Onlar hamısı daimi nəzarətimizdədir və şərti atəşini də gizlətmək mümkün deyil. Ermənistan ordusu yeni daha möhtəşəm güclü, lüləli artilleriya sistemi və yaxud RYAS əldə etməyib. Ermənistan sənayesinin istehsal etdiyi zərbə PUA-ları aşağı keyfiyyətli tuşlama sistemləri və zəif zərbə vasitələri ilə təhciz olunduqlarından, yalnız kiçik miqyaslı cəbhə xətti boyu statik mövqe döyüşləri üçün qismən yararlıdırlar. Qalır yalnız bu il SIPRI hesabatlarında Ermənistanın əldə etdiyi bildirilən çoxsaylı “Kornet” TƏİR-ləri.

Azərbaycan ordusunun sürətli həmləsinin qarşısını ala bilmək imkanı üçün Ermənistan hərbçiləri çəbhəni bu tipli tank əleyhinə vasitələrlə sıx gücləndirmək fikrinə düşə bilərlər. Əlbəttə, maddi və siyasi imkanlarının imkan verdiyi hər vasitədən istifadə etməyə çalışırlar. Onların gizli mövqedə olan tanklara yuxarı yarımsferadan hücum edərək zərbə endirə bilən “Spayk”, “Javelin” kimi “atdın-unutdun” tipli TƏİR-lər əldə etmək imkanı yoxdur. “Kornet” yalnız birbaşa gördüyü hədəfə atəş aça bilir. Əslində “gördüyü” sözü şərtidir. Çünki bu raketin başlığı hədəfi yox, hədəfə tuşlanmış infraqırmızı lazer şüasını görərək, həmin şüa boyu hərəkət edərək, hədəfə dəyir. “Kornet-D” versiyasında atəş məsafəsi müəyyən hava şəraitində 10 000 metrə çata bilən (infraqırmızı lazerin “işıqlandırma” məsafəsi atmosfer şəraitindən asılıdır) bu TƏİR yalnız tuşlama qurğusunun optik cihazları ilə birbaşa görünən hədəfə atəş aça bilir. Yəni ortam olaraq 200 m/san sürətlə hərəkət edən raket 10 min metri 50 saniyə ərzində qət etdiyi vaxtda, atəş operatoru hədəfi ya əllə, ya da yarımavtomatik müşayət etməlidir. Bu hədəf maneə arxasına keçərsə və yaxud raket istiqamətində tərkibində metal tozu olan maskalayıcı-gizlədici aerozol mərmisi atarsa, raket müşayiətdən qoparaq, boşa çıxa bilər. Gecə bu sistemin atəş mənzili teplovizorun görmə məsafəsi ilə məhdudlaşaraq, 3500-5000 metr arasında ola bilər.

Bu TƏİR-lər bizim orduda əsasən düşmənin stasionar qurğularına qarşı effektiv artilleriya vasitəsi kimi və sərhəd mühafizə dəstəsinin helikopterdən mühafizəsi üçün vasitə kimi istifadə olunur. Öz ağır döyüş başlığına görə, betonlaşdırılmış mühəndis-mühafizə qurğularını lüləli artilleriyanın birbaşa görmə atəş mənzilindən daha uzaq məsafədə məhv edə bilir. Düşmənin çevik hərəkət edən və mühəndis qurğularının passiv mühafizəsi altında olan zirehli texnikasına qarşı mübarizə üçün ordumuz İsrail istehsalı olan “Spayk” TƏİR-indən istifadə edir.

Əlbəttə, döyüş qabiliyyəti “atdın-unutdun” TƏİR-lərindən aşağı olan “Kornet”in kifayət qədər üstünlükləri var. Və ağıllı tətbiq olunarsa, ciddi döyüş nəticələri almaq olar. Bu silahın düşməndə olması ordumuzun döyüş planlaşdırılmasını çətinləşdirir. Bizim düşmənlə qarşı-qarşıya durduğumuz döyüş teatrının ölçüləri elədir ki, cəbhə xəttinin iki istiqamətdə yarılması üçün təxminən 45-50 ədəd əsas döyüş tankı lazım olacaq. Bu miqdarda tankı dünyanın ən müasir aktiv qoruma kompleksləri ilə də təhciz etmək olar. Bu sistemlər tank döyüşünü planlaşdıran qərargahların işini qat-qat yüngülləşdirərək, diqqətin böyük hissəsini tankın özünün döyüşdə necə qorunması məsələlərindən ayıraraq, daha mühüm əməliyyat məsələlərinə yönəltməyə imkan verər.

Ümumiyyətlə, cəbhəni tank həmləsi ilə yarmaq məsələsindən əlavə, dağ dərələrində salınmış yollarda hərəkət edən döyüş texnikasının bu sistemlə təhcizi bizim orduya tam mənada inqilabi taktiki üstüklük gətirə bilər. Belə ki, yolun keçdiyi dərəni əhatə edən hündürlükləri, silsilələri piyadaların köməyi ilə təcrid edəndən sonra həmin yola texnika buraxmaq əvəzinə, bu işi eyni zamanda və ya piyadasız etmək olar. Əgər texnika karvanı yalnız zirehli texnikadan ibarət olarsa, özünü düşmənin dağ yollarında qurduğu pusqulardan tam müdafiə etmək qabiliyyəti olacaq. Əgər karvan qarışıq olarsa, zirehsiz texnikanı düşmən pusqusunun atıcı silahlarından qorumaq üçün dərəni əhatə edən zirvələri piyadaların (dağ atıcılarının, xüsusi təyinatlıların) köməyi ilə təcrid etmək lazım olacaq. Lakin bu əməliyyat karvanın hərəkəti ilə eyni zamanda keçirilə bildiyindən, tankların və zirehli maşınların artilleriyasından birbaşa istifadə etmək imkanı olacaq. Dağ relyefində aparılan döyüşlərin ən vacib komponentlərindən biri ordunun kommuniksiyalarını fasiləsiz təmin etmək olduğundan, özünü qumbaraatanlardan, TƏİR-lərdən, hətta lüləli artilleriya və minaatanlardan təşkil olunmuş pusqudan tam müvəffəqiyyətlə qoruyaraq, onu məhv edə bilən mobil zirehli qrup müharibədə strateji əhəmiyyətli rol oynayacaq. Düşmənin birinci müharibədə sevdiyi taktika - TƏİR-lə (Faqot) silahlanmış nəzərə çarpmayan kiçik qruplarla kommunikasiyalarda təxribat yaratmaqla panika yaratmaq cəhdləri boşa çıxacaq. Belə qrupların atəşi heçə gedərək, özləri də çox qısa bir müddət ərzində məhv ediləcəklər.

Türkiyə ordusu Afrində keçirdiyi “Zeytun budağı” əməliyyatında dağ relyefində TƏİR və tank əleyhinə qumbaraatanlarla dişlərinədək silahlanmış terrorçulara qarşı belə bir sistemdən uğurla istifadə etdilər. Bu haqda aşağıda yazacağıq. Bu məsələ bir az dolaşıqdır və hətta dövlət informasiya agentlikləri də ixtisaslı hərbi jurnalistləri olduğu halda səhvlər edirlər.

Biz yaxın vaxtlarda bu sistemləri kimlərdən əldə edə bilərik? NATO üzvü olan qərb ölkələrinin məhsullarına nəzər yetirməyəcəyik. Yazının həcm formatı buna imkan vermir. Həmin ölkələrdən bu sistemi almaq perspektivimiz çox zəifdir. Bu sistemlərin qüdrəti haqqında ümumi təsəvvür ücün yalnız ABŞ-da yaradılan aktiv qoruma sistemi barəsində qısa məlumatı nəzərinizə çatdırırıq. ABŞ sistemi Sovet dövründəki Aktiv Qoruma Komplekslərinin sələfləri olan Ukraynanın “Zaslon" və Rusiyanın “Arena” sistemindən fərqli olaraq, daha ambisiyalı vəzifələr yerinə yetirməkdə iddialı bir sistemdir. Yaxın və uzaq məsafələr üçün nəzərdə tutulmuş iki növ atılan idarəedilən sursatdan istifadə edən “Quick Kill” adlanan bu sistem bütün növ tank əleyhinə sursatları 150 metrə və 800 metrə qədər məsafələrdən məhv edə bilməli idi. Tankdan şaquli start götürəcək bu sursatlar impuls reaktiv mühərrikləri ilə döndərilərək sursatın içində yerləşən miniatür inersial idarəetmə sistemi vasitəsilə hədəfə yönəldiləcək ki, hədəfə yaxınlaşmanı qeydə alan kiçik radiolokasıya stansiyası da hədəflə yaxınlaşmanın ən optimal nöqtəsində sursatı partladaraq hədəfi qəlpə-fuqas təsiri ilə sıradan çıxarmalı idi.

Mahiyyətcə bu bir tankdan ötrü qurulmuş tam həcmli raketdən müdafiə sistemidir. Amma qat-qat artıq tələbatla. Çünki bir neçə yüz metr məsafədən 2000 m/san sürətlə ona hücum edən hədəfi müşayiətə götürməli, ona anti-sursatla atəş açmalı, hədəfin trayektoriyasını müəyyən edərək raketə korreksiya siqnalları göndərib, hədəfə yönəltməli idi. Radiolokasiya siqnalınının bir neçə dəfə fəzadan əks olunub qayıtması, tankın radiolokatorunun elektrik traktında və atəş idarəetmə sisteminin elektrik dövrələrində emal olunması və fəza ilə raketin elektrik dövrəsinə göndərilməsi, orada emal olunması və impuls mühərriklərinə yönəldici komandalar verilməsi təxminən 0,3-0,4 saniyə ərzində həyata keçirilməli idi. Elektromaqnit siqnallarının fəzada sürəti 300 min km/san olsa da, elektrik dövrələri siqnalı kifayət qədər tez emal etsələr də, anti-sursatın kinematik ətaləti tələb olunan cəldliyi verə bilməzdi. Həm də belə sistem üçün radiolokatorun funksiyaları və energetik göstəriciləri mürəkkəb ZRK-larda istifadə olunanlardan heç də geri qalmamalı idi.

Belə tipli çoxfunksiyalı atəş-idarəetmə RLS-lər bəzən tankın özünün qiymətində, hətta ondan da baha olur. Bütün bunları nəzərə alaraq hədəfi və anti-sursatı müşayiət edib korreksiya edən atəş-idarəetmə radarı əvəzinə, onun fəzada hərəkətinə nəzarət edib məlumatı aktiv qoruma sisteminin atəş idarəetmə komputerinə ötürən radar quraşdırıldı. Kompüter öz növbəsində sursatla anti-sursatın fəzada görüşəcəyi nöqtəni hesablayaraq, anti-sursatın inersial idarəetmə sisteminin yaddaşına yazaraq, atəş əmrini verir. Hətta bu bəsitləşdirmədən sonra da sistem həddindən artıq mürəkkəb görünür. Uzaq məsafədə antisursatın yaddaşına yerləşdirilmiş koordinat məlumatı ətalət fəsadlarının toplanış cəmi hesabına sürəti 800 metr/saniyə olan hədəflə görüş nöqtəsinə gecikir. Bu sistemi hələ də seriyaya buraxa bilmirlər. Əgər buraxsalar, fikrimizcə dünyada ən yaxşı sistem ola bilər. DAPRA agentliyinin Mikro-PNT adı ilə açdığı proqram əsasında millimetrlik ölçülərə malik presessiya akselerometri üzərində işləyirlər. Həmin akselerometr düzəldiləndən sonra sistem tələb olunan taktiki xüsusiyyətləri alacaq. Anti-sursatın şaquli startdan sonra hədəfə yönəldilməsi tankın himayəsi altında hücuma keçən piyadaya fəsad yetirməyəcək, həm də düşmən sursatının qalıqlarından qoruyacaq.

İsrailin Rafael və İMİ şirkətləri ayrı-ayrılıqda iki AkKor sistem hazırlayıblar: “Trophu” və “İron Fist”.

“Trophu” sisteminin əsas xüsusiyyətləri o biri sistemlərdən fərqlənmir. 360° sektoru bağlayan, tank qülləsinin dörd tərəfində yerləşdirilmiş aktiv faza qəfəsli millimetrlik RLS böyük dəqiqliklə tanka atılan bütün növ döyüş sursatlarını izləyir. Müəyyən məsafədən qüllədə zirehli yuvalarda yerləşmiş anti-sursatlar atılaraq hədəfi 30-60 metr məsafədə haqlayır, istiqamətlənmiş partlayıcı özəklər matrisası vasitəsilə zərbə konsentrasiyası (“zərbə divarı”) yaradaraq, sursatı məhv edir. İsrail ordusunun təcrübəsinin təhlili göstərir ki, öz piyadasına zərər yetirmək ehtimalı yalnız 1% təşkil edir.

“İron Fist” sistemi də qüllənin bortlarında yerləşmiş 360° rakurslu 4 aktiv faza qəfəsli RLS tərəfindən qeydə alınan bütün növ Tank Əleyhinə sursatlara atəş açır. Bu sistemin atəş hissəsi qüllənin üzərində hər iki müstəvidə cəld dönən platformalarda yerləşmiş qoşa anti-sursatdan ibarətdir. Bu sistem “Trophu” və “Quick Kill” sistemləri arasında ortaq yer tutur. Öz piyadasına zərər yetirməmək üçün hədəfə yönəlmiş antisursat 30-150 metrlik məsafədə hədəflə görüşərək ona yaxın məsafədə döyüş başlığında yerləşmiş mini-RLS vasitəsi ilə qəlpəsiz fuqas partlatışı həyata keçirir. İstehsalçının dediyinə görə, bu partlayış 10 metr məsafədən idarəolunan sursatları və qumbaraları məhv edir, kalibraltı mərmilərin isə istiqamətini dəyişir. Anti-sursatı bahalı və idarəolunan etməməkdən ötrü, platforma özü dönərək onu bort EHM-nin hesabladığı görüş nöqtəsinə atəş açır.

Lakin İsrail ordusu hansı səbəblərdənsə bu sistemdən imtina edərək, onu xarici alıcılara təklif etməyə başladı. Özü üçün isə “Trophu” sistemini təkmilləşdirməyi və maliyyələşdirməyi qərara aldı. Alıcıların içində rəsmi olaraq Hindistan və Cənubi Koreya da var. Cənubi Koreya mühəndisləri bu sistemi öz ehtiyaclarına rəğmən təkimilləşdirərək , qiyməti təxminən 600 min dollar olan KАРS aktiv qoruma kompleksini yaradıblar. Bu kompleks tankı 360° rakursda bütün perspektiv tank əleyhinə raketlərdən, reaktiv qumbaralardan, kumulyativ top mərmilərindən, kalibraltı volfram/karbid/uran özəkli mərmilərdən qorumağa qabildir. Bu sistemin üstün cəhəti odur ki, bütün qurğuları ilə birlikdə təxminən 200 kiloqram çəkiyə malikdir və onu hətta kiçik ölçülü zirehli avtomobillərdə də quraşdırmaq olar. Bu sistem rus və ukrayna sistemlərindən fərqli olaraq, verilən tapşırığa əsasən düşmən mərmisini mühafizə etdiyi maşından 10-150 metrə qədər məsafədə qarşılaya bilir. Bu da Aktiv qoruma sistemlərinin ən böyük çatışmazlığını, öz piyadalarına qarşı təhlükəli olması problemini aradan qaldırır.

Türkiyənin ASELSAN şirkətinin istehsalı olan aktiv qoruma “Akkor-Pulat” xarici görünüşünə görə Koreyanın APS sisteminə çox oxşayır. ASELSAN şirkərinin mütəxəssislərinin dediyinə görə sistemi özləri qurub və Koreya sisteminin göstəricilərini alıblar. Bundan əlavə sistemin aktiv faza qəfəsli radiolokatorunu həmişə şüalanma rejimində saxlamamaqdan ötrü tanka atəş infraqırmızı qəbuledici vasitəsilə qəbul edilərək, sistem tam döyüş rejiminə keçirilir. İlk baxışdan, bu sistem ABŞ sistemindən nisbətən sadə olsa da, sistemin bort EHM-indən mürəkkəb fəza hesablamaları tələb edir ki, tankın silkələnməsini nəzərə alaraq anti-sursatı çox dəqiqliklə hədəflə görüşə göndərsin. Çünki anti-sursat fəzada dönərək, idarə olunmur. Lakin bu sursatın ABŞ sistemi sursatından dəfələrlə ucuz olması, bort EHM-nin mürəkkəbləşməsinə haqq qazandıran səbəbdir. Ola bilsin ki, bu səbəblərdən Türkiyə mühəndisləri Afrində həyata keçirilən “Zeytun budağı” əməliyyatı başlayana qədər bu sistemi kökləyib , normativ döyüş hazırlığına gətirə bilməmişdilər. Lakin Türkiyə ordusunun Ukraynadan əldə etdiyi “Zaslon-L” akstemi köməyə çatdı. Ola bilsin ki, bu sistem Türkiyə ordusunun tank parkının böyük hissəsini təşkil edən 50-ci illərin sonunda istehsal olunmuş M-48 və az sonra istehsal olunmuş M-60 tanklarını təhciz etməkdən ötrü alınıb. Çünki qiyməti 600 min dollar civarında olan sistemlə, xidmətdə olsa da, 60 yaşı olan tankları təhciz etmək bədxərclik olardı. Ukrayna sisteminin bir neçə çatışmayan cəhəti olsa da, elə də kritik deyil. Və tankın mühafizəsini tam təmin edir.

Əsasən iki çatışmayan cəhəti var:

1) Sistemin anti-sursatı tankdan cəmi 1,5-2 metr aralıda qəlpəli fuqas partlayış dalğası yaradaraq, demək olar ki, bütün sursatları məhv edib tankdan yayındıra bilirlər. Belə sistemlə təhciz olunmuş tankı piyada ilə birgə tətbiq etmək mümkün deyil.

2) Hər bir anti-sursatın atan modulunun çəkisi 110 kiloqramdır ki, tanka tələb olunan təxminən 8 modulun ümumi çəkisi təxminən 1 ton olacaq. Amma zirehli olan bu modullar əlavə qorunma tələb etmir. Tank üçün elə də böyük olmayan bu çəkinin avtomobil üçün daşınması çətin olar.

Lakin sistemin üstün cəhətləri də az deyil. Hər bir modulda avtonom radiolokator və analitik EHM yerləşdiyindən modulları istənilən sayda və konfiqurasiyada yerləşdirmək olur. Modulun millimetelik radarı 2,5 metr məsafəni azimut üzrə 360° sektorda, yer bucağı üzrə -60 +90(150°) şüalandıraraq, uzaqlaşan, yan keçən, tankın zirehi üçün təhlükə yaratmayan sursatları (güllə, qəlpə, piyada qumbarası) tanıyıb seçə bilir.

Aktiv qoruma komplekslərinin bizim tanklarda da tətbiqi “Zeytun Budağı” əməliyyatından daha vacibdir. Çünki Türkiyə ordusunun həmin əməliyyatda bizim ordu üçün vacib olan vaxt məhdudiyyəti yox idi. Hər bir əməliyyatı uzun müddət götür-qoy edərək, mükəmməl planlaşdırıb, həyata keçirmək imkanı var idi. Afin kantonunun ərazisi isə çəmi 3850 kvadrat kilometrdir.

Bizim azad etməli olduğumuz ərazi isə 14500 kvadrat kilometrdir ki, onun heç olmasa yarısını bir həftənin ərzində azad etməliyik. Ordumuzun qarşısında duran vəzifə Türkiyə ordusunun qarşısında duran vəzifədən çətin olsa da, mümkün olması zərrə qədər də şübhə doğurmur.

Hərbi ekspert Vüqar Miraslanov
Yazı Ordu.az-a məxsusdur

Teqlər: Qarabağ   Təxribat   Kornet   Akkor-Pulat  

Xəbər lenti

“Kornet”lərdən “Pulat”lara: Düşmənin Qarabağda keçirdiyi təxribatçı təlimlərə analitik baxış – HƏRBİ EKSPERT

2018/05/137734_4580662347.jpg
Oxunub: 24766     11:30     21 May 2018    