Ermənistan ordusunda "marqarin əməliyyatı" davam edir

2018/05/345345_1517394736_1526883101.jpg
Oxunub: 1548     14:54     21 May 2018    
"Orduya yağ əvəzinə marqarin tədarük edilməsində ittiham olunan şəxslərin hamısı cəzalandırılıacaq".

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Xidmətinin rəisi Artur Vanetsyan bildirib.

O orduya yağ əvəzinə marqarin tədarük edilməsində ittiham olunanların hamısının cəzalandırılıacağına dair vəd verib.

"Orduya kərə yağı adı altında marqarin tədarük edilməsinə dair cinayət işi məhkəmə qərarı ilə nəticələnəcək. Şübhəsiz ki, günahkarların hamısı cəzalandırılacaq", - deyə Vanetsyan bildirib.

Ermənistanın Təhlükəsizlik Xidmətinin istintaq idarəsində aparılan istintaq araşdırması nəticəsində məlum olub ki, 2016-2017-ci illər ərzində iki şirkət tərəfindən Ermənistan müdafiə nazirliyinin ehtiyacları üçün kərə yağı əvəzinə Ermənistanda istehsal olunan 172,300 kq “marqarin” və 14.250kq “spred” markalı məmulat tədarük edilib.

Tədarük edilən əmlak Ermənistan kənd təsərrüfatı nazirliyinin qida təhlükəsizliyi dövlət xidmətinin baytarlıq-sanitariya və fitosanitar laboratoriya xidmətləri mərkəzinin 4 əməkdaşı tərəfindən kərə yağı olmasına dair saxta yoxlama sertifikatı ilə təmin edilib. Nəticədə, saxta sertifikat sayəsində aldatma yolu ilə Ermənistan ordusuna kərə yağı əvəzinə marqarin yağı tədarük edilib.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: Ermənistan-ordusu   Marqarin   MTX  

Ermənistan ordusunda "marqarin əməliyyatı" davam edir

2018/05/345345_1517394736_1526883101.jpg
Oxunub: 1549     14:54     21 May 2018    