Sergey Şoyqunun ad günüdür – Qısa bioqrafiya

2018/05/2240-Sergey-Şoyqu_1526881920.jpg
Oxunub: 1992     14:02     21 May 2018    
Bu gün Rusiya müdafə naziri Sergey Şoyqunun 63 yaşı tamam olur.

Ordu.az “Voyennoye obozreniye” nəşrinə istinadən xəbər verir ki, Şoyqu 21 may 1955-ci ildə Tuva muxtar vilayətinin kiçik Çadan qəsəbəsində anadan olub.

Şoyqunun atası Kujuqyet Şoyqu yerli qəzetin redaktoru, anası Aleksandra Şoyqu isə zootexnik olub.

1977-ci ildə Sergey Şoyqu “mühəndis-qurucu” ixtisası üzrə Krasnoyarsk Texniki İnstitutunu bitirib. Nazir əmək fəaliyyətinə “Promximstroy” təşkilatında usta vəzifəsində başlayıb. 1988-ci ilə qədər Sibirdə tikinti trestlərinin idarəsi sistemində işləyib.

1988-ci ildə Sergey Şoyqu Abakanın Kommunist Partiyasıın şəhər komitəsinin 2-ci katibi vəzifəsini tutmağa dəvət edilib və dəvəti qəbul edib. 2 ildən sonra isə gələcək fövqəladə hallar və müdafiə naziri Moskvaya köçərək Memarlıq və Quruculuq üzrə Rusiya Dövlət Komitəsinin sədr müavini vəzifəsini tutub.

Şoyqu 1991-ci ildə yeni yaradılan Rusiya Xilasedicilər Korpusuna keçir. Məhz buradakı işi sayəsində Şoyqu fövqəladə hallar naziri vəzifəsinə yüksəlmək potensialını realizə edib.

O, öz taleyini Müdafiə Nazirliyi ilə əlaqələndirdikdən sonra iqitsadiyyat sahəsində namizədlik dissertasiyasını müdafiə edib.

Məlum olduğu kimi, ötən həftənin sonlarında Sergey Şoyqunun namizədliyi Vladimir Putin tərəfindən müdafiə naziri vəzifəsinə təsdiq edilib. Beləliklə, Şoyqu öz vəzifəsini saxlayan nazirlərdən olub.

Aparılan ictimai sorğular göstərir ki, Sergey Şoyqu xarici işlər naziri Sergey Lavrovla birlikdə fəaliyyəti Rusiya vətəndaşları tərəfindən daha çox bəyənilən nazirlərdəndir.

Sergey Şoyqu Rusiya Federasiyası Qəhrəmanı ulduzu daxil olmaqla çoxsaylı dövlət mükafatlarına malikdir. Onun həmçinin Müqəddəs Həvari Andrey Pervozvannı ordeni də var. Şoyqu o cümlədən xarici mükafatlara da malikdir. Buraya Serbiyanın dövlət mükafatı olan Serb Bayrağı ordeni daxildir.

Ağalar Qəribov
Ordu.az

Teqlər: Rusiya   Sergey-Şoyqu  

Sergey Şoyqunun ad günüdür – Qısa bioqrafiya

2018/05/2240-Sergey-Şoyqu_1526881920.jpg
Oxunub: 1993     14:02     21 May 2018    