Səudiyyə Ərəbistanı ballistik raketi zərərsizləşdirib

2018/05/563_1526882142.jpg
Oxunub: 1394     09:54     21 May 2018    
Səudiyyə Ərəbistanının havadan müdafiə qüvvələri Cizən şəhəri yaxınlığında ballistik raketi zərərsizləşdirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Ərəb koalisiya qüvvələrinin mətbuat xidməti polkovnik Turki əl-Maliki bildirib.

Onun sözlərinə görə, raket yerli vaxtla 06:14 radələrində zərərsizləşdirilib. Eyni zamanda daha bir raket aşkarlanıb, lakin o, məskunlaşmamış səhra bölgəsinə doğru irəlilədiyi üçün müdaxilə edilməyib. Heç bir dağıntı və itki yoxdur

Qeyd edək ki, bu xəbərdən bir qədər öncə husi qiyamçıları Cizəndə yerləşən aeroportu ballistik raketlə hədəf aldıqlarına dair məlumat yayıb.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Səudiyyə   Ballistik-raket  

Xəbər lenti

Səudiyyə Ərəbistanı ballistik raketi zərərsizləşdirib

2018/05/563_1526882142.jpg
Oxunub: 1395     09:54     21 May 2018    