İraqda 6 İŞİD terrorçusu məhv edilib

2018/05/484161_1526881146.jpg
Oxunub: 1418     13:38     21 May 2018    
İraq ordusunun həyata keçirdiyi hava hücumu nəticəsində Anbar vilayətində 6 terrorçu məhv edilib.

Ordu.az “İraqi News” agentliyinə istinadən xəbər verir ki, yerli mənbənin məlumatında qeyd olunub.

“Ordunun qırıcıları Anbar vilayətinin qərbindəki Rəva şəhərində yerləşən əl-Mahruk vadisində İŞİD mövqelərini hədəf alıb. Hücum nəticəsində 6 terrorçu zərərsizləşdirilib”, - deyə mənbə bildirir.

Məlumata görə, aviazərbələr nəticəsində terrorçulara məxsus sığınacaq da dağıdılıb. Eyni zamanda Suriya sərhədindən İraq keçməyə çalışan başqa bir terrorçu isə təhlükəsizlik qüvvələri tərəfindən saxlanıb.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: İraq   İŞİD   Terror  

İraqda 6 İŞİD terrorçusu məhv edilib

2018/05/484161_1526881146.jpg
Oxunub: 1419     13:38     21 May 2018    