Türkiyədə bomba hücumu: 2 əsgər şəhid olub

2018/05/1484516_1526880674.jpg
Oxunub: 1307     09:29     21 May 2018    
Türkiyənin şərqindəki Ağrı vilayətində baş verən bomba hücumu nəticəsində ordunun iki hərbi qulluqçusu həlak olub.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə təhlükəsizlik qüvvələrinə yaxın mənbələr bildirib.

Məlumata görə, PKK terrorçuları Ağrının Doğubəyazit regionunda hərbi nəqliyyat vasitəsinə kustar üsullarla hazırlanmış partlayıcı qurğudan hücum edib.

Partlayışdan sonra TSQ hücumun təşkilatçılarının ələ keçirilməsi məqsədilə böyük əməliyyat başladıb. Əməliyyata havadan da dəstək verilir.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Türkiyə   PKK   Terror  

Xəbər lenti

Türkiyədə bomba hücumu: 2 əsgər şəhid olub

2018/05/1484516_1526880674.jpg
Oxunub: 1308     09:29     21 May 2018    