Şəhid Adil Tatarov: “Gedirsənsə, ya qəhrəman olmalısan, ya da şəhid” (FOTOLAR)

2018/05/7_1526822785.jpg
Oxunub: 23147     21:20     20 May 2018    
Mayın 20-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən tərəfinin növbəti təxribatının qarşısını alarkən, döyüş tapşırığını yerinə yetirən zaman şəhid olan hərbi qulluqçu əsgər Tatarov Adil Əli oğlu 1999-cu ildə Ağstafa rayonunun Qıraq Kəsəmən kəndində anadan olub.

Ordu.az xəbər verir ki, Adil Tatarov 2006-cı ildə Xanməmməd Mirzəyev adına Qıraq Kəsəmən kənd tam orta məktəbinə gedib. Evin 4-cü uşağı olan Adil dörd bacının bir qardaşıdır. Bacılarının hamısı ailə həyatı qurub. Onun hərbi xidməti bitirməyinə 4 ayı qalırdı. Atası Əli Tatarov kənd təsərrüfatı ilə məşğul olur, anası Şüküfə Tatarova isə evdar xanımdır.

Adilin sinif yoldaşları və dostlarından aldığımız məlumata görə, o, həqiqi hərbi xidmətə çağırılan zaman dostlarına belə deyib: “Uşaqlar əsgərlik insanın həyatında bir dəfə olur. Gedirsənsə, ya qəhrəman olmalısan, ya da şəhid”.

Şəhidimizin qonşuları da onun olduqca vətənpərvər bir gənc olduğunu bildiriblər.

Cümşüd Məmmədov, Ağstafa
Ordu.az

Teqlər: Şəhid   Vətən   Qisas  

Şəhid Adil Tatarov: “Gedirsənsə, ya qəhrəman olmalısan, ya da şəhid” (FOTOLAR)

2018/05/7_1526822785.jpg
Oxunub: 23148     21:20     20 May 2018    