Ermənistanın təxribatı nəticəsində hərbi qulluqçumuz şəhid olub

2018/05/photo_1774242342_1516365453_1526817149.jpg
Oxunub: 3677     15:46     20 May 2018    
Ermənistanın növbəti təxribatı nəticəsində hərbi qulluqçumuz şəhid olub.

Azərbaycanın Müdafiə Nazirliyindən Ordu.az-a verilən məlumata görə, mayın 20-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası sahəsində düşmən tərəfinin növbəti təxribatının qarşısını alarkən, döyüş tapşırığını yerinə yetirən zaman Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Tatarov Adil Əli oğlu şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyir.

Müdafiə Nazirliyi bildirir ki, törədilən təxribatın arxasında bir neçə gün əvvəl qoşunların bu istiqamətdə yerləşən qarşıdurma xəttində səfərdə olan Ermənistanın yeni təyin edilmiş müdafiə və xarici işlər nazirləri birbaşa dayanır və bu təxribatın onların göstərişi ilə həyata keçirilməsi istisna olunmur.

Ermənistan rəhbərliyi bilməlidir ki, Naxçıvanın qəhrəman müdafiəçiləri şəhidin qisasını qısa müddətdə alacaq.

Ordu.az

Teqlər: Şəhid   Vətən   Qisas  

Xəbər lenti

Ermənistanın təxribatı nəticəsində hərbi qulluqçumuz şəhid olub

2018/05/photo_1774242342_1516365453_1526817149.jpg
Oxunub: 3678     15:46     20 May 2018    