Yeni kiber hücrələr Pentaqonun şəbəkələrini necə qoruyur?

2018/05/received_2541998099359676_1526753701.jpeg
Oxunub: 2141     22:13     19 May 2018    
Müdafiə xarakterli kiber əməliyyatlar dünyasında kəşfiyyat dəstəyinin çox əhəmiyyətli olduğu bilinən bir şeydir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, ABŞ milli təhlükəsizlik mühitindəki bir çox rəsmilər Pentaqonun əsas kiber müdafiə komandasının (SWAT) daha çox kəşfiyyat dəstəyinə ehtiyacı olduğunu bildirirlər.

Onlar bunun Pentaqonun İnformasiya Şəbəkələri qolu üçün də doğru olduğunu düşünür. Təsadüfi deyil ki, həmin bölmə ötən il J34 kimi tanınan yeni kəşfiyyat/əməliyyat hücrələri formalaşdıracağını elan etdi.

Mayın 16-da ABŞ-ın Merilənd ştatında baş tutan Kiber Əməliyyatlar Simpoziumunda çıxış edən J34 rəhbəri İqnatius Liberto bildirib ki, açar məsələ bu hücrələrin şəbəkədəki sensorlardan toplanan məlumatların kontekstini aydınlaşdırmasıdır.

“Sensor verilənlər sadəcə bizə nəyin baş verə biləcəyinin “nə”sini deyir. Kəşfiyyat isə nəyin, niyə, kim tərəfindən həyata keçiriləcəyini aydınlaşdırır. Bunları bir yerə gətirdikdə isə mükəmməl iş ərsəyə gəlir. Nəticədə biz şəbəkələrimizin müdafiəsinin təşkilini vaxtında hazırlaya bilirik”, - deyə o bildirib.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: SWAT   ABŞ   Pentaqon  

Xəbər lenti

Yeni kiber hücrələr Pentaqonun şəbəkələrini necə qoruyur?

2018/05/received_2541998099359676_1526753701.jpeg
Oxunub: 2142     22:13     19 May 2018    