ABŞ Əfqanıstan təhlükəsizlik qüvvələrinə tam dəstəyini bəyan edib

2018/05/345345_1526727204.jpg
Oxunub: 1279     15:52     19 May 2018    
Birləşmiş Ştatlar Əfqanıstan Milli Müdafiə və Təhlükəsizlik qüvvələrini tam şəkildə dəstəkləyir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Xarici İşlər naziri Mayk Pompeo danışıb.

Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qani ilə telefon danışığı edən Pompeo Əfqanıstan təhlükəsizlik qüvvələri ilə “Taliban” arasında hazırda Fərəh şəhərində davam edən qarşıdurmanı müzakirə edib.

ABŞ XİN-in mətbuat katibi Hezer Nauyert bildirib ki, Pompeo prezident Donald Trampın Cənubi Asiya strategiyasına uyğun olaraq Əfqanıstana yatırımların davam edəcəyinə əmin edib və Fərəh şəhərində ordunun müdafiəsinə dəstəyini bəyan edib.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Pompeo   Əfqanıstan  

Xəbər lenti

ABŞ Əfqanıstan təhlükəsizlik qüvvələrinə tam dəstəyini bəyan edib

2018/05/345345_1526727204.jpg
Oxunub: 1280     15:52     19 May 2018    