“İŞİD məğlub edilən kimi Suriyadan çəkiləcəyik” – Tramp

2018/05/2345435]_1526719201.jpg
Oxunub: 1619     16:38     19 May 2018    
ABŞ prezidenti Donald Tramp Suriyanın şimalındakı ABŞ qoşunlarının Suriyadan çəkiləcəyi ilə bağlı yenidən şərh verib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, o, Suriyada İŞİD məğlub edilən kimi ABŞ əsgərlərinin bu ölkəni tərk edəcəyini bildirib.

ABŞ hökuməti daxilindəki etibarlı mənbə Trampın öncəki vədinə əməl etmək istədiyini qeyd edib. Onun sözlərinə görə, bölgədəki qoşunlara ayrılan pul 10 milyonlarla dollar azaldılacaq.

Qeyd edək ki, hazırda Suriyanın şimal-şərqində 2 min ABŞ əsgəri var. Tramp mart ayında etdiyi açıqlamada Suriyanın bərpası üçün ayrılan 200 milyon dollarlıq vəsaiti dayandıracağını elan edib.

Pentaqonun hesablamalarına görə, İŞİD “xilafət”in ən güclü vaxtında İraq və Suriyada tutduğu ərazilərin artıq 98%-ni itirib. Lakin son dövrlərdə ABŞ hərbi rəsmiləri İŞİD-in bəzi əraziləri yenidən ələ keçirdiyini bildiriblər.

Ağalar ağalarlı
Ordu.az

Teqlər: İŞİD   Tramp   ABŞ-Suriya  

“İŞİD məğlub edilən kimi Suriyadan çəkiləcəyik” – Tramp

2018/05/2345435]_1526719201.jpg
Oxunub: 1620     16:38     19 May 2018    