Baltik Donanması S-400-lərlə təchiz ediləcək

2018/05/56_1526641739.png
Oxunub: 1099     19:08     18 May 2018    
Rusiyanın Baltik Donanması 2018-ci ilin sonunadək bir neçə ədəd S-400 “Triumf” zenit raket kompleksi ilə təchiz ediləcək.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, donanmanın təchiz edildiyi S-400 “Triumf” zenit raket kompleksləri artıq bu il çərçivəsində Kalininqrad vilayətində döyüş növbətçiliyinə daxil olacaq.

Kalininqrad vilayətinin strateji əhəmiyyəti nəzərə alınmaqla Rusiya Müdafiə Nazirliyi oranın “Triumf”larla təchizini mühüm hesab edir. Xüsusilə S-400-lərin “İsgəndər-M”lərlə birgə fəaliyyətindən daha effektiv tandem yaradılması mövqeyi də mövcuddur.

Bununla belə, Baltik Donanmasının neçə ədəd S-400 “Triumf” zenit raket kompleksi ilə təchiz ediləcəyi hələlik bəlli deyil.

Ağalar Qəribov
Ordu.az

Teqlər: Balik-Donanması   S-400  

Baltik Donanması S-400-lərlə təchiz ediləcək

2018/05/56_1526641739.png
Oxunub: 1100     19:08     18 May 2018    