Rusiya Arktik bölgəyə supersəs qırıcıları göndərəcək

2018/05/6456_1526634871.jpg
Oxunub: 874     17:24     18 May 2018    
Rusiya Hərbi Hava Qüvvələri şərqdəki dəniz sərhədlərinin mühafizəsi məqsədilə Arktikaya Tu-160 supersəs strateji bombardmançılarını göndərəcək.

Ordu.az “Sputnik”ə istinadən xəbər verir ki, bu barədə Rusiya Aerokosmik qüvvələrin uzaq mənzilli aviasiya komandiri Sergey Kobilaş bildirib.

“Bu il Tu-160-ları Anadıra göndərməyi planlaşdırırıq. Arktika bizim üçün strateji əhəmiyyətə sahibdir. Buna görə də, dəniz sərhədlərinin mühafizəsinin təşkili üçün yeni yolları nəzərdən keçiririk”, - deyə komandir qeyd edib.

Anadır Rusiyanın uzaq şərq qurtaracağında yerləşən şəhərdir. Ötən il Rusiya bölgəyə ilk dəfə olaraq Tu-22M strateji hücum bombardmançılarını göndərib.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Rusiya   HHQ   Tu-160  

Rusiya Arktik bölgəyə supersəs qırıcıları göndərəcək

2018/05/6456_1526634871.jpg
Oxunub: 875     17:24     18 May 2018    