Müvəffəqiyyətsizlik: Sovet piyadalarının tank əleyhinə silahları – ARAŞDIRMA (I Yazı)

2018/05/1_1526633315.jpg
Oxunub: 2065     12:58     18 May 2018    
Müharibədə tankların görünməsindən dərhal sonra onlara qarşı əsas mübarizə vasitəsi artilleriya oldu. Əvvəllər tanklara atəş açmaq üçün orta çaplı toplardan istifadə edilirdisə, Birinci Dünya Müharibəsinin sonunda xüsusi tank əleyhinə artilleriya qurğuları yaradıldı. SSRİ-də ötən əsrin 30-cu illərində 37 mm və 45 mm tank əleyhinə silahlar qəbul edildi, müharibədən qısa bir müddət əvvəl isə zirehə nüfuz edən 57 mm tank əleyhinə top (1941-ci ildə ZIS-2 adlandırıldı) və 1940-cı il modelli 107 mm diviziya topları (M-60) kimi tanınan silahlar yaradıldı. Bundan əlavə, düşmən tankları ilə döyüşmək üçün birliklərdə 76 mm divizion toplarından istifadə edilə bilərdi. 1941-ci ildə Qırmızı Ordu alman tanklarının zirehinə real məsafələrdə nüfuz edə biləcək kifayət qədər 45-76 mm çaplı silahlara malik idi.

Müharibədən əvvəli təlimatlar və nizamnamələr tanklara qarşı 1914/30 və RQD-33 əl qumbaralarından istifadəni nəzərdə tuturdu. 1935-ci ildə çap olunan "Atəş üzrə təlimat"da, qumbara bağlaması hazırlamaq üçün bir neçə 1914/30 əl qumbarasının ip, telefon naqili və ya məftil ilə bağlanması nəzərdə tutulurdu.

1941-ci ildə Qırmızı Orduda 1914/30 nümunəsi əsasında hazırlanan RQD-33 əsas əl qumbarası yaradıldı. Döyüş başlığının içərisində partlayış zamanı çox sayda qəlpə parçaları yayan bir neçə çəpərli polad lövhə var. Qumbaranın parçalanma təsirini artırmaq üçün gövdə xüsusi bir mühafizə köynəyi ilə təchiz olunurdu. Mühafizə köynəyi olmadan 140 qr TNT ilə təchiz edilən qumbaranın ümumi çəkisi 450 qr oldu.

Hücum versiyalı qumbaranın partlayışı zamanı 5 m tam məhvetmə radiusunda 2000 ədəd qəlpə fraqmentləri ətrafa yayılırdı. 35-40 m məsafədən atılan RQD-33 yaxşı parçalanma təsiri ilə yanaşı, istifadə edilməsi mürəkkəb olan zəif bir partlayıcı ilə təmin olunurdu. Partlayıcının işə düşməsi üçün qumbaranın çox enerjili bir şəkildə atılması tələb edilirdi, əks halda qumbara döyüş vəziyyətinə keçmirdi.

Döyüş meydanında tapılan bir dəstə RQD-33 qumbara bağlaması

RQD-33-dən istifadə, iki-dörd qumbaranın mühafizə köynəyi və dəstəyi çıxarılaraq orta qumbaranın dəstəyinə bağlanmasını nəzərdə tuturdu. Bağlamaların səngər və ya sığınacaqlardan tankların tırtılları altına atılması tövsiyə edilirdi. Müharibənin ikinci yarısında RQD-33 qumbaraları daha mükəmməl nümunələrlə əvəz olunsa da, mövcud ehtiyatların istifadəsi onlar anbarlardan bitənə qədər davam etdirildi. Qumbara bağlamaları Sovet qoşunları tərəfindən işğal edilən ərazilərin azad edilməsinə qədər partizanlar tərəfindən istifadə edildi.

Böyük bir partlayıcı effektə malik olan yeni, xüsusi bir tankəleyhinə qumbaranın yaradılması daha səmərəli hesab olundu. Bu baxımdan, 1939-cu ildə sursat konstruktoru M.İ.Puzırev tərəfindən 1940-cı ildə silahlanmaya qəbul edilən RPQ- 40 tank əleyhinə qumbarası yaradıldı.

RPQ- 40 tank əleyhinə qumbara

20 mm-ə qədər zirehə nüfuz edə bilən zərbə detonatorlu 1200 qram ağırlığında qumbaranın 760 qramı TNT-dən ibarət idi. Tutacaqda bir ətalətli zərbə mexanizmi yerləşirdi. Digər qumbaralar kimi, RPQ-40-ın da təhlükəsiz istifadəsi yalnız səngər və ya sığınacaqdan mümkün idi.

RPQ-40-ın kütləvi istehsalı müharibədən sonra başladı. Tezliklə yüngül tanklara qarşı təsirli olduğu ortaya çıxdı. Tankın şassisini sıradan çıxarmaq üçün tırtıl altında bir əl qumbarasını dəqiq atmaq lazım idi. Tank altında partlayış zaman qumbara əksər hallarda "Pz III Ausf.E" tanklarının 16 mm-lik alt zirehinə nüfüz edə bilmirdi, tankın üstünə atıldıqda isə qumbaranın partlayıcısı aktiv olana qədər qumbara aşağı diyirlənirdi. Bununla əlaqədar M.İ. Puzırev 1941-ci ildə 25 mm-ə qədər zirehə nüfuz edən incə divarlı korpusa malik, 1400 qram çəkidə daha güclü RPQ-41 qumbarasını yaratdı. Əl qumbarasının kütləsinin artması ilə əlaqədar istifadə məsafəsi azaldı.

Fuqas tipli qumbaralar onlardan istifadə edənlər üçün böyük bir təhlükə törədirdi. Əsgərlər yaxına düşən qumbaraların təsirindən tez-tez həlak olur və ya kontuziya alırdılar. Bundan əlavə, RPQ-40 və RPQ-41 tankəleyhinə qumbara bağlamalarının səmərəliliyi nisbətən aşağı idi, onlar daha yaxşı qumbaraların olmadığı üçün istifadə edilirdi. Bundan əlavə, qumbaralar düşmən texnikaları ilə bərabər onun istehkam qurğularına qarşı mübarizədə də istifadə olunurdu. 1943-cü ilin ikinci yarısında qoşunlar RPQ-43 kumulyativ qumbaraları ilə təchiz olunmağa başladı.

SSRİ-də N.P. Belyakov tərəfindən hazırlan ilk tankəleyhinə kumulyativ qumbara çox sadə quruluşa malik idi. RPQ-43 qumbarası hamar başlıqlı korpusdan, təhlükəsizlik mexanizmli taxta dəstəkdən və zərbə-detonasiya sistemli patladıcı elementdən ibarət idi.

Atılandan sonra qumbara, lentalı stabilizator vasitəsilə sabitləşdirilirdi. Korpusun daxilində incə metal təbəqə ilə üzlənən, konusvari formalı kumulyativ yuvada TNT ilə partladıcı, onun alt hissəsində isə qoruyucu yay mövcud idi.

RPQ-43

Dəstəyin ön tərəfinin sonunda, daxilində partlayıcını ən arxa vəziyyətdə saxlayan şpilka olan metal bir boru mövcuddur. Borunun çöl tərəfinə yay taxılıb. Təhlükəsizlik mexanizmi bir açılan kəmərdən və halqadan ibarətdir. Açılan kəmər, atılana qədər stablizatorun yerində dönməsini və sürüşməsini əngəlləmək üçün xidmət edir.

RPQ-43 qumbarası kəsikdə

Atılan zaman açılan kəmər ayrılır və stablizatorun qapağı azad olaraq, yayın təsiri altında dəstəkdən sürüşməklə lentanı ardınca çəkirdi. Təhlükəsizlik halqası öz çəkisinin təsiri ilə düşərək partlayıcını azad edirdi. Stabilizator sayəsində qumbaranın baş hissəsi irəliyə doğru uçurdu ki, bu isə kumulyativ yükün zirehə nisbətdə müvafiq məkan oriyentasiyası üçün zəruri idi. Başlıq hissənin maneəyə dəyməsi nəticəsində, partladıcı ətalət hesabına qoruyucu yayın müqavimətini qıraraq 75 mm zireh plitələrə nüfuz edə biləcək kumulyativ partlayışa səbəb olurdu. 1.2kq çəkidə olan qumbaranın 612 qramını TNT təşkil edirdi. Yaxşı təlim keçən döyüşçü onu 15-20 metr məsafəyə ata bilərdi.

1943-cü ilin yayında Alman Ordusunda əsas tank kimi 80 mm-lik ön zirehə və kumulyativ qumbara əleyhinə polad ekranlı yan zirehə sahib "Pz.Kpfw.IV Ausf.H" tanklarından istifadə edilməyə başladı. 1943-cü ilin əvvəlindən alman orta tanklarının sovet-alman cəbhəsində kütləvi olaraq istifadəsinə başlandı.

RPQ-43 qumbaralarının kifayət qədər zirehlərə nüfuz edə bilməməsi səbəbilə L.B. İoffe, M.Z. Polevanov və N.S. Jitkadan ibarət qrup RPQ- 6 qumbarasını yaratdı. Struktur baxımından alman "PWM 1" qumbarasını xatırladan RPQ-6 qumbarasının kütləsi RPQ-43-dən təxminən 100 qram az idi, baş hissəsi axımlı idi və atma məsafəsi 25 m təşkil edirdi. Kumulyativ başlığın düzgün forması zirehə nüfuz etmənin 20-25 mm artması trotilin kütləsini 580 qrama qədər azaltmağa imkan verdi, atma məsafəsinin artması isə atıcının risklərinin azalmasına səbəb oldu.

RPQ-6

Qumbara sadə quruluşa malik olduğuna görə, qısa zamanda kütləvi istehsala başlandı və artıq 1943-cü ilin noyabrında qoşunlara təhvil verildi. RPQ-6 istehsalında tokar dəzgahlarından istifadə olunmadı. Detalların əksəriyyəti poladdan soyuq press basma üsulu ilə istehsal olunurdu.

Korpusun forması "damcı" formalı idi, daxilində isə kumulyativ yük və ələvə partladıcı yerləşirdi. Dəstəkdə detonasiyalı kapsul ilə ətalətli partladıcı və lentalı sabitləşdirici yerləşirdi. Partlayıcının zərbə mexanizmi qarmaqla bloklanırdı. Sabitləşdirici lenta dəstəkdə təhlükəsizlik kəməri ilə saxlanılırdı. Atışdan əvvəl təhlükəsizlik qarmağı çıxarılırdı. Atılandan sonra kənara uçan təhlükəsizlik lövhəsi sabitləşdiricini çəkərək zərbə mexanizmini işə salırdı. Bundan sonra partlayış baş verirdi. Daha yüksək qorunma səviyyəsinə malik RPQ-6 daha təhlükəsiz hesab olunurdu. Buna baxmayaraq, RPQ-43 və RPQ-6 qumbaralarının istehsalı müharibənin sonuna qədər paralel olaraq davam etdi.

Müharibənin ilk yarısında tank əleyhinə qumbara bağlamaları ilə yanaşı, alışqan maye dolu şüşə qablardan da çox geniş istifadə edildi. Bu istifadəsi asan, ucuz və eyni zamanda yüksək effektivlik göstərən tank əleyhinə silahdan ilk dəfə İspaniya vətəndaş müharibəsində general Frankonun üsyançıları tərəfindən respublika tanklarına qarşı geniş istifadə olunub.

Daha sonra "Molotov kokteyli" adlandırdıqları bu maye yanacaqdan finnlər Qış müharibəsi zamanı sovet tanklarına qarşı istifadə ediblər.

Bir qayda olaraq, yanar maye tank mühərriki bölməsinə axaraq yanğın əmələ gətirirdi. "Kokteyl" frontal zirehə dəydikdə isə yanan qarışıq tankın daxilinə də sirayət edir, zireh üstündə isə əmələ gələn yanğın və tüstü dəqiq atəş açmağa mane olur, ekipaja güclü mənəvi və psixoloji təsir göstərək panikaya səbəb olurdu.

Əvvəllər alışqan mayenin doldurulmasında pivə və araq şüşələri toplanaraq orduda kustar üsulla həyata keçirilirdi. Öncə şüşələrə benzin və ya kerosin tökülürdü. Alışqan mayenin çox yayılmaması üçün onun tərkibinə improvizə edilən qatılaşdırıcılar: qudron, kanifol və ya qətran əlavə etdilər. Şüşə tıxacları eyni vaxtda partlayıcı rolunu oynayırdı. Tanka atılmadan öncə tıxac yandırılırdı. Bu metodun əsas çatışmamazlığı mayenin buxarlanması səbəbindən "kokteyl"in uzun müddət şüşədə saxlanıla bilməməsi idi.

1941-ci ilin iyulun 7-də Dövlət Müdafiə Komitəsi " Yandırıcı tankəleyhinə qumbaralar (şüşələr) haqqında" sərəncam imzaladı. 1941-ci ilin avqustundan "Molotov kokteyli" sənaye miqyasında istehsal edilməyə başladı. Yanacaq qarışığı olaraq benzin, kerosin və liqroindən istifadə olundu.

Stalinqradda yandırıcı mayelərin şüşələrə doldurulması

Şüşələrin ətrafına sulfat turşusundan, bertolet duzu (xlorat kalium) və şəkər pudrasından ibarət 2-3 kimyəvi ampula bərkidilirdi. Zərbənin ardından ampulalar parçalanaraq şüşə mayenin yanmasına səbəb olub. Tula Silah fabrikində şəhərin mühasirəsi zamanı daha mürəkkəb alışqanlar hazırlanırdı.

Tula şərab zavodunda şüşə qablların yandırıcı mayelərlə doldurulması

1941-ci ilin payızında kimyaçı A.Kaçuqin və P. Solodovnikov ağ fosfor və karbon sulfit qarışığından özüalışan KS mayesini hazırladılar. Əvvəlcə, KS ampulaları şüşələin ətrafına bərkidilirdi. 1941-ci ilin sonunda isə KS mayenin tərkibinə daxil edildi. Əlavə olaraq, tərkibinə və optimal alışma müddətinə görə fərqlənən yay və qış reseptləri hazırlandı.

KS mayesi optimal yanma vaxtı ilə yaxşı alışma imkanlarını birləşdirirdi. Yanma zamanı sıx tüstü ayrılırdı və yanmadan sonra əmələ gələn çətin təmizlənən his texnikaları bağlı qapaqlarla idarə etməyi və nişangahlardan dəqiq atəş açmaq imkanlarını məhdudlaşdırırdı.

"Kokteyl"lər də digər qumbaralar kimi yaxın məsafədən atılırdı. Ən yaxşı effekt tankı üzərindən buraxdıqdan sonra, şüşə qabın arxadan mühərrik bölməsinə atılması ilə əldə olunurdu.

Alman tankları bu ucuz və olduqca effektiv silahdan xeyli itki verdikdən sonra sovet səngərlərinə çatdıqda dayanaraq yerində bir neçə dəfə fırlanıb piyadaları əzir, sonra isə hüçuma davam edirdilər. Bunun qarşısını almaq və alman tanklarını ön xəttə qədər gəlməsini dayandırmaq üçün, müdafiə mövqeyindən irəlidə 10-15 metr məhvetmə sahəsi olan "yanan fuqas" hazırlamağa başladılar. Tank "şüşə minaya" basan kimi 220 qramlıq trotilin partladıcısı alışdırılırdı və KS mayesi ətrafa dağılaraq yanğına səbəb olurdu.

Bundan əlavə, KS dolu şüşələri atmaq üçün xüsusi tüfənglər hazırlandı. Bunların içində ən geniş yayılanı V.A. Tsukermanın hazırladığı "butulkaatan" oldu. Atəş üçün qalın şüşələrdən istifadə edilirdi. İki nəfərdən ibarət heyət dəqiqədə 6-8 atəş aça bilirdi. Maksimum atəş məsafəsi 180, effektiv məsafə isə 80 metr idi.

Bir manqaya iki belə silah verilirdi. Atəş, qundağın torpağa söykənən vəziyyətində icra edilirdi. Atəş dəqiqliyi və təhlükəsizlik çox zəif olduğuna görə, bu silahlar da geniş istifadə olunmadı.

1940-cı ildə mütəxəssislər zəhərli maddələrlə dolu ampulaları atmaq üçün 125 mm "ampulaatan" icad etdilər. Əslində, bu "səngər müharibəsi" zamanı kiçik kimyəvi sursatları atmaq üçün bir silah idi. Nümunə poliqonda sınaqlardan keçirilsə də, silahlanmaya qəbul edilmədi.

"Ampulaatan" haqqında almanlar Leninqrada yaşınlaşdıqda yenidən xatırladılar. Bu dəfə maye KS ampulalarından istifadə edildi.

Ampulaatan

Ampulaatan incə divarlı yandırıcı metal və ya şüşə ampuaları atmaq üçün nəzərdə tutulan ağızdan doldurulan aşağı ballistikaya sahib bir silah idi. Konstruksiya olaraq sadə bir silah idi, tərkibi lülə qutusundan, çaxmaqdan, nişan qurğusundan ibarət idi. Ampulanın atılması 12 kalibr boş tüfəng mərmisindən həyata keçirilirdi. Ampulaatanın atəş məsafəsi 120-150 m, asma traektoriyada isə 300-350 m idi. Variantdan asılı olaraq, ampulaatanın çəkisi 15-20 kq, tezliyi isə dəqiqədə 6-8 atəşə bərabər idi.

Ucuz istehsal və sadə dizayn kimi müsbət keyfiyyətlərlə yanaşı, ampulaatanın tətbiqi olduqca təhlükəli idi. 12 kalibrli ov mərmiləri ilə təchiz edilən silahın aktiv istifadəsi nəticəsində qara barıtın meydana gətirdiyi çirklənmə atıcılar üçün təhlükə yaradırdı. Bundan əlavə, atəş dəqiqliyi yüksək olmadı. Tankın ön hissəsinə dəyən ampulanın ekipajı "kor" etməsinə baxmayaraq, bu tankın məhv edilməsinə gətirib çıxarmırdı. Zirehli vasitələrdən başqa ampulaatanlar düşmənin atəş nöqtələrini məhv etmək və hədəfləri geçə vaxtı işıqlandırmaq üçün istifadə edilirdi.

KS mayeli ampulun partlaması

Səngərdəki düşmənin canlı qüvvəsini məhv etmək üçün havada partlayan ampulalar hazırlandı. Bir sıra hallarda, KS mayeli şüşə ampulalar əl qumbaraları kimi istifadə edilirdi. Qoşunların daha təhlükəsiz və effektiv tankəleyhinə vasitələri ilə təmin edildikcə, şüşə və ampulaatanların istifadəsindən imtina edildi. Ampulaatanlar ən uzun müddət Leninqrad ətrafında, tam mühasirənin qaldırılmasına qədər istifadə edildi.

Digər az tanınan tank əleyhinə silah, VKQ-40 (1940-cı il nümunəli kumulyativ qumbaraatan tüfəng) tüfəngi idi. Qumbaraatan kvadrat nişangahla, qatlanan ikiayaqla və qundağın torpağa dirənməsi üçün lövhə ilə təchiz edilirdi.

"Dyakonov" qumbaraatanı

VKQ-40 axımlı aerodinamik formaya malik idi. Ön tərəfində metal astarlı partlayıcı maddə yerləşirdi. Ətalət hərəkətli patladıcı, qumbaranın quyruq hissəsində idi. VKQ-40-dan atəş edərkən boş bir patrondan və qundağın çiyinə söykənməsindən istifadə edilirdi. Tuşlanma üçün Mosin tüfənginin nişangahından istifadə edilirdi. Məlumatlara görə, VKQ- 40 qumbarasının zirehə nüfuzetməsi 45-50 mm-dir, bu da "Pz.Kpfw.III" və "Pz.Kpfw.IV" kimi orta alman tanklarını məhv etməyə imkan verirdi.

1941-ci ilin payızında, VQPS-41 tankəlyhinə qumbaraatan tüfəngin sınaqları başlandı. 680 qram çəkisində qumbaradan atəş açmaq üçün boş bir tüfəng mərmisindən istifadə olunurdu. Qeyri-adi bir yenilik atəş dəqiqliyini artıran hərəkətli stabilizatorun istifadəsindən ibarət idi. 60 mm çapında və 115 mm uzunluğunda qumbara 334 qram çəkidə TNT yükünə malikdir. Qumbaranın ön hissəsi nazik mis qat ilə örtülüb.

Atəş üçün hazırlanan VQPS-41 kumulyativ qumbarası

Atəş məsafəsi 50-60 m, sahə hədəfləri üçün isə 140 m-ə qədərdir. Zirehə nüfuzetmə 35 mm-dir. Bu orta alman tanklarının ön zirehini dəlmək üçün kifayət deyil. VQPS-41 qumbaralarının seriya istehsalı 1942-ci ilin baharına qədər davam etdi. Bundan sonra hazır korpuslar tank əleyhinə qəlpəli qumbaraların istehsalında istifadə edildi. Kumulyativ tüfəng tipli qumbaraların sınaqları çox da müvəffəqiyyətli olmadı. Qumbaranın atəş məsafəsi, atəş tezliyi və zirehə nüfuz etməsi zəif idi.

Hələ Birinci Dünya müharibəsi illərində ilk tank əleyhinə tüfənglər yaradılırdı. SSRİ-də isə 1939-cu ildə N.V. Rukavişnikovun 14.5 mm PTR-39 tüfənginin uğurlu sınaqlarına baxmayaraq, müharibənin başlanğıcına qədər qoşunlarda bu tip silahlar yox idi. Bunun əsas səbəbi, alman tanklarının zireh mühafizəsi qabiliyyətinin SSRİ Müdafiə Komitəsi, Baş Artilletiya İdarəsi və onun rəisi Kulik tərəfindən səhv qiymətləndirilməsi olub. Bu tanklar qarşısında, yalnız tank əleyhinə tüfənglər deyil, hətta 45 mm çaplı tank əleyhinə qurğular belə da gücsüz qalardı. Nəticədə, Sovet piyadaları effektiv tankəleyhinə silahlardan məhrum oldular, artilleriya dəstəyi almadılar və tank hücumlarını əldə düzəlmə vasitələrlə almağa məcbur oldular.

1941-ci ilin iyul ayında MVTU atelyesində müvəqqəti tədbir kimi 12.7 mm DŞK-nın mərmisi üçün tank əleyhinə tüfəng hazırladılar. Bu silah Birinci Dünya müharibəsindəki "Mauzer" tüfənglərinin oxşarı idi, dəyişiklik yalnız ağız əyləci, qundaq tənzimləyicisi və yüngül qatlanan ayaqlardan ibarət idi.

30-cu illərin əvvəllərində bu dizaynda 12.7 mm silah, NIPSVO ehtiyacları üçün Tula silah fabrikində kiçik miqdarda istehsal olunub. 1941-ci ildə tüfənglərin istehsalı, mühəndis V.N. Şoloxovun təklifi ilə bərpa edilib və Şoloxovun 12,7 mm-lik tankəleyhinə tüfəngi (PTRŞ- 41) adlandırılıb.

12.7 mm-lik "Şoloxov" tank əleyhinə tüfəngi

PTRŞ-41 tank əleyhinə tüfənginin atəş tezliyi dəqiqədə 6 atəşdən yüksək deyildi. 16,6 kq çəkidə olan silah bir metrlik lüləyə sahib idi, bu lülədə volfram xəlitəli 54 qramlıq polaq zirehdələn BŞ-41 mərmisi 840 m/s qədər sürətlənə bilirdi. 200 m məsafədə belə bir güllə 20 mm zirehə nüfuz edə bilirdi. Lakin qoşunlar əsasən 250 mm məsafədə 16 mm zirehə nüfuz edə bilən polad nüvəli 49 qram çəkidə olan B-32 zirehli yandırıcı mərmilərdən istifadə edirdi.

Təbii ki, belə şərtlər altında zirehdələn Şoloxov tank əleyhinə tüfəngləri almanların " Pz.Kpfw.I" и "Pz.Kpfw.II" kimi yüngül tanklarının ilk modelləri, zirehli avtomobilləri və zirehli personal daşıyıcıları ilə uğurla mübarizə apara bilərdilər. Lakin, PTRŞ-41 istehsalı 1942-ci ilin əvvəlinə qədər davam etdi və yalnız 14.5 mm PTR silahlarının qoşunlarına kütləvi çatdırılmasının başlanması ilə məhdudlaşdırıldı.

1941-ci ilin iyulunda İ.V. Stalin effektiv anti-tank tüfənglərinin yaradılmasını sürətləndirməyi bir sıra tanınmış dizaynerlərə əmr etdi. Burada ən böyük müvəffəqiyyəti V.A. Deqtyarev və S.G. Simonov əldə etdi. Rekord müddətdə yeni tank əleyhinə tüfənglər yaradıldı. 1941-ci ilin payızında təkmərmili PTRD-41 və yarım avtomatik beşmərmili PTRS-41 silahlanmaya qəbul edildi. Birmərmili Deqtyarev tüfənginin istehsalı daha ucuz və daha asan olması səbəbindən kütləvi istehsalı daha tez həllini tapdı. PTRD-41 mümkün qədər sadə və texnoloji bir silah idi. Silah 17,5 kiloqram ağırlığında və 2000 mm uzunluğunda, lülə uzunluğu isə 1350 mm idi. Atəş məsafəsi-800 m-ə qədər, atəş tezliyi isə dəqiqədə 8-10 atəşdən ibarət olan silahın döyüş heyəti iki nəfərdən ibarət idi.

PTRD-41

PTRD-41 açıq qatlanan nişangah iki rejimdə 400 və 1000 m məsafəyə atəş açmağa imkan verirdi. Silahın uzun məsafəyə daşınması üçün dəstəkdən istifadə olundu. Silahların doldurulması bir mərmi ilə həyata keçirilirdi. Təpməni kompensasiya etmək üçün effektiv lülə əyləcindən və qundağın sonundakı yastıqdan istifadə edilirdi. 300 ədəd silahın ilk partiyası oktyabr ayında istehsal olundu və noyabrın əvvəlində döyüşən orduya göndərildi.

İlk yeni tank əleyhinə tüfəngləri Qırmızı Ordunun 316-cı Atıcı diviziyasının 1075-ci piyada alayı qəbul etdi. Noyabrın ortalarında ilk düşmən tankları PTRD-41-dən vuruldu.

İstehsal templəri artırıldı. 1941-ci ilin sonuna qədər 17688 ədəd, 1943-cü ilin yanvarın 1-nə isə 188000 ədəd PTRD-41 tüfəngi orduya təhvil verildi. PTRD-41 istehsalı 1944-cü ilin dekabrına qədər davam etdi. Cəmi 281111 ədəd birmərmili tank əeyhinə tüfəng istehsal edildi.

PTRD-41 barıt qazların kənar edilməsi ilə avtomatlaşdırılan sxemlə çalışırdı və 5 mərmili xəzinəyə malik idi. "Deqtyaryov" tank əleyhinə tüfəngdən daha ağır idi. Silahın döyüş çəkisi 22 kq idi. Ancaq tank əleyhinə "Simonov" silahı PTRD-41-dən iki dəfə yüksək atəş tezliyinə (dəqiqədə 15 atəş) malik idi.

PTRS-41

PTRS-41 tüfəngləri PTRD-41-dən daha mürəkkəb və daha bahalı olduğundan əvvəlcə kiçik miqdarda istehsal edildi. Beləliklə, 1941-ci ildə qoşunlara yalnız 77 ədəd "Simonov" tank əleyhinə tüfəng verməyə müvəffəq oldular. 1942-ci ildə isə artıq bu silahdan 63308 ədəd istehsal edildi. Kütləvi istehsalın inkişafı ilə istehsal və əmək xərcləri azaldıldı. Beləliklə, 1942-ci ilin birinci yarısından 1943-cü ilin ikinci yarısına qədər "Simonov" tüfənginin dəyəri təxminən iki dəfə azaldı.

"Deqtyarov" və "Simonov" tank əleyhinə tüfənglərindən atəş açmaq üçün 14,5х114 mm-lik zirehdələn yandırıcı gülləyə sahib BC-32, BC-39 və BC-41 mərmilərindən istifadə olunurdu. 62.6-66 qram çəkiyə sahib güllə 300 m məsafədə 20-25 mm normal zirehi dəlirdi. Ən yaxşı zirehdəlmə qabiliyyətinə volfram karbidinin əsasında hazırlanan BS-41 mərmisi sahib idi. Bu mərmilər 300 m məsafədə 30 mm, 100 m məsafədə isə 40 mm-lik bir zirehə nüfuz edə bilirdi. Həmçinin 200 m məsafədə 25 mm zirehi dələn BZT (zirehdələn-yandırıcı trasser) güllələri olan mərmilərdən də istifadə edilirdi.

1941-ci ilin dekabrında yeni yaradılan və yenidən formalaşdırılan piyada alaylarının tərkibinə tank əleyhinə PTR bölükləri (əvvəl 27, daha sonra isə 54 tüfənglə) əlavə etdilər. 1942-ci ilin payızından etibarən, piyada taborlara tank əleyhinə taqımlar verildi. 1943-cü ilin yanvar ayından etibarən PTR bölükləri tank briqadasının motoatıcı taborlarının tərkibinə daxil etməyə başladı.

1943-cü ilin ikinci yarısına qədər, PTR tank əleyhinə müdafiədə mühüm rol oynadı. Almanların "Pz.Kpfw.IV" tanklarının və özüyeriyən artilleriya qurğularının orta yan zirehinin 30 mm olduğunu nəzərə alaraq deyə bilərik ki, bu texnikalar 14,5 mm mərmilər qarşısında zəif görünürdülər. Ağır tankların zirehinə nüfuz etmədən belə alman tankları üçün bir çox problem yaradılırdı. Belə ki, "Pz.Kpfw.VI Ausf.H1" tankları ilə silahlanan və Kursk ətrafindakı tank döyüşlərində iştirak edən 503-cü Ağır Tank Taborunun ekipaj üzvlərinin xatirələrinə görə, Sovetlərin ön xəttinə yaxınlaşan kimi ağır zirehdələn mərmilərin zərbəsini hər saniyədən bir hiss edirirdi. PTR heyətləri nişangahları, qülləni, tırtılları, topu və hərəkətli hissəni sıradan çıxararaq tez-tez belə ağır tankları döyüş qabiliyyətindən məhrum edirdilər. Tank əleyhinə silahlar üçün hədəflər arasında zirehli personal daşıyıcıları və zirehli kəşfiyyat maşınları da yer alırdı.

Tank əleyhinə silahlar ön xətt silahı olmaqla əhəmiyyətli itkilərə məruz qalırdı. Müharibə illərində bütün modellərdən olan 214000 ədəd tank əleyhinə silah, yəni qoşunların qəbul edilən silahların 45,4%-i itirildi. 1941 və 1942-ci illərdə ən yüksək, müvafiq olaraq 49.7 və 33.7% səviyyəsində itkilər nisbəti müşahidə edildi.

Maddi hissənin itkiləri personal arasında itkilərin səviyyəsinə uyğun gəlirdi. Piyada bölmələrində tank əleyhinə silahların mövcudluğu müdafiəni sabitliyini artırmağa və "tankdan qorxma xəstəliyindən" azad olmağa imkan verirdi.

PTR heyəti Alman zirehli personal daşıyıcısına atəş açır

1942-ci ilin ortalarından etibarən, PTR silahları iriçaplı zenit silahların çatışmamazlığını kompensasiya edərək sovetlərin ön cəbhəsində hava hücumundan müdafiə sisteminin qurulmasında möhkəm yer tutmağa başladı. Təyyarələrə atəş açmaq üçün zirehli yandırıcı trasser mərmilərdən istifadə etmək tövsiyə olundu.

Təyyarələrə atəş açmaq üçün beş mərmili PTRS-41 daha çox uyğun idi, bu silahlar atəş zamanı yayındıqda dərhal atəşi nizamlamağa imkan verirdi. Sovet partizanlarının ən məhşur silahları məhz tank əleyhinə tüfənglər idi, onların köməyi ilə alman yük maşınlarının kolonları məhv edilir və qatarların buxar qazanları zədələnirdi. 1944-cü ilin əvvəlində Sovet qoşunlarının cəbhə xətti kifayət qədər tank əleyhinə artilleriya vasitələri ilə təchiz edilərək tank əleyhinə tüfənglərin istehsalı tamamlandı.

Buna baxmayaraq, PTR silahları müharibənin son günlərinə qədər hərbi əməliyyatlarda fəal şəkildə istifadə edildi. Onlara küçə döyüşlərində də tələbat mövcud idi. Ağır zirehdələn güllələr qum torbalarından ibarət barrikadaların və kərpic divarların daxilinə nüfuz edirdi. Çox tez-tez uzunmüddətli atəş nöqtələrini, bunkerləri və sığınacaqları məhv etmək üçün istifadə edilirdi.

Müharibə zamanı Qırmızı Ordu, Sovet PTR silahlarını ingilislərin 13.9 mm-lik "Boys" tank əleyhinə tüfəngləri ilə müqayisə etmək imkanı qazandı və bu müqayisə ingilis modelinin xeyrinə olmadı.

Mk 1"Boys" tank əleyhinə tufəngi

Britaniyanın beş mərmili tank əleyhinə tüfənginin çəkisi 16,7 kq, yəni 14,5 mm PTRD-41-dən bir qədər az idi, lakin Sovet PTR-dən zirehə nüfuz etməsi daha zəif idi. 90° bir bucaq altında 100 m məsafədən, 910 mm uzunluğunda bir lülədən 747 m/s sürətlə çıxan 60 qram polad gülləyə malik Mk.1 mərmisi yalnız 17 mm-lik zirehə nüfuz edə bilirdi. Bu isə təxminən Şoloxovun 12,7 mm-lik tank əleyhinə tüfəngi ilə eynilik təşkil edirdi. 100 m məsafədə, 47.6 qram kütlə ilə 884 m/s sürətə malik olan Mk.2 mərmisi isə 25 mm qalınlığında zirehi dəlirdi. Sovet silahları belə bir nəticəni 300 metr məsafədə əldə edirdi. Yekunda İngilis "Boys" tufəngləri Sovet Ordusunda populyar olmadı və əsasən ikinci dərəcəli istiqamətlərdə və arxa çəbhədə istifadəyə yaradı.

Piyada versiyasından əlavə olaraq, BTR "Universal"ın kəşfiyyat versiyası olan "Scout Carrier" zirehli maşınlarına 13,9 mm-lik PTR quraşdırılırdı. Ümumilikdə, SSRİ-yə 1100 ədəd "Boys" göndərilib. Artıq 1943-cü ilin ortalarında məlum oldu ki, Silahlı Qüvvələrdəki tank əleyhinə silahlar Almaniyanın ağır tankları ilə mübarizə aparmaqda çətinlik çəkir.

Daha böyük çaplı tank əleyhinə tüfənglər yaratmaq cəhdləri bu istiqamətin perspektivsiz olduğunu nümayiş etdirdi. Kütlənin əhəmiyyətli dərəcədə artması da hətta orta tankların zirehlərini zəmanətli şəkildə dəlməsini təmin edə bilmirdi. Reaktiv tipli kümulyativ mərmilərdən atəş aça bilən yüngül tank əleyhinə silahların yaradılması daha cəlbedici görünürdü. 1944-cü ilin ortalarında yenidən istifadə edilə bilən RPQ-1 tank əleyhinə əl qumbaratanının sınaqları başladı. Bu silah aparıcı konstruktor Q.P.Lominskinin rəhbərliyi altında atıcı silahların Elmi Tədqiqat poliqonunun mütəxəssisləri tərəfindən yaradıldı.

RPQ-1 sınaqlarda yaxşı nəticələr göstərdi. 70 mm kalibrli lülədən doldurulan qumbaraatanının birbaşa atəş məsafəsi 50 metr idi. 1,5 kq ağırlığında qumbara 150 mmlik homogen zirehi dəlib keçirdi. Uçuşda qumbaranın sabitləşdirilməsi lülədən çıxdıqdan sonra açılan stabilizator tərəfindən həyata keçirilirdi. Uzunluğu təxminən 1 m olan bir qumbaraatanın çəkisi 2 kq-dan çox deyildi və olduqca sadə quruluşa malik idi. 30 mm-lik lüləyə tapança dəstəkli tətiyə malik atıcı - zərbə mexanizmi, mexaniki nişangah və taxta istilik qoruyucu örtüklər korpus üzərində quraşdırılırdı.

Lakin RPQ-1-in inkişafı təxirə salındı, çünki bir neçə ay ərzində partlayıcının sabit fəaliyyətinə nail olmaq mümkün olmadı. Bundan əlavə, döyüş yükü havadakı rütubəti özünə çəkərək nəmli havada atəş açmaqdan imtina edirdi. Bütün bunlar hərbçilərin RPQ-1 qumbaraatanına maraq göstərməməsinə gətirib çıxardı və məlum oldu ki, yaxın gələcəkdə müharibəni bu silahsız da uğurla bitirmək mümkün olacaq. Beləliklə, Sovet İttifaqı müharibə zamanı Almaniyanın "Panzerfaust" və ya Amerikanın "Bazuka" silahlarına bənzər silahlar yarada bilmədilər.

Qırmızı Orduda xüsusi tankəleyhinə qumbaraatanların olmaması, piyada döyüşçülər tərəfindən çox geniş istifadə edilən alman qurğularının trofey olaraq ələ keçirilməsi hesabına kompensasiya edilirdi.

Bununla yanaşı, alman tankları döyüşlərin son mərhələsində əsasən mobil tank əleyhinə ehtiyat vasitə kimi istifadə edilirdi, cəbhə xəttinə hücum etdikdə isə onlar tank əleyhinə artilleriya və ya hücum təyyarələri tərəfindən məhv edilirdi.

Yazı Linnik Serqeyin araşdırmaları əsasında hazırlanıb
Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

Teqlər: Sovet   Birinvi-dünya-müharibəsi   TƏK  

Xəbər lenti

Müvəffəqiyyətsizlik: Sovet piyadalarının tank əleyhinə silahları – ARAŞDIRMA (I Yazı)

2018/05/1_1526633315.jpg
Oxunub: 2066     12:58     18 May 2018    