Əfqanıstan ordusu 7 şəhərin təzyiq altında olduğunu bildirib

2018/05/34534_1526631781.jpg
Oxunub: 481     12:38     18 May 2018    
Əfqanıstan Müdafiə Nazirliyi ölkənin 34 vilayətindən yeddisinin mərkəzi şəhərinin təzyiq altında olduğunu etiraf edib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu açıqlama “Taliban”ın Fərəh şəhərinə daxil olmasından iki gün sonraya təsadüf edir.

Nazirlik bu vilayətlərdən altısının adını təsdiqləyib. Bunlar “Taliban” tərəfindən təhdid altında olan Fərəh, Feyzabad (Badaxşan), Tarin Kot (Uruzqan), Kündüz, Maymana (Fəryab) və Pul-i-Qumri (Baqlan) şəhərləridir. 7-ci şəhərin adı çəkilməsə də, ehtimal olunur ki, bu Hilmənd vilayətinin paytaxtı Qəznidir.

Qeyd edək ki, iki gün öncə Fərəh şəhərinə daxil olan qiyamçılarla Əfqanıstan təhlükəsizlik qüvvələri arasında qarşıdurmalar hələ də davam edir.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Əfqanıstan   Taliban  

Xəbər lenti

Əfqanıstan ordusu 7 şəhərin təzyiq altında olduğunu bildirib

2018/05/34534_1526631781.jpg
Oxunub: 482     12:38     18 May 2018    