“The Hill”: Tramp Kimə mühafizə təklif edir

2018/05/345345_1526630682.jpg
Oxunub: 631     12:03     18 May 2018    
Əgər Şimali Koreya rəhbəri özünün nüvə silahlarından imtina etməyə razılaşsa, o çox güclü mühafizə əldə edəcək.

Ordu.az “The Hill”ə istinadən xəbər verir ki, bu fikirləri Ağ Evdə jurnalistlərin suallarını cavablayan ABŞ prezidenti Donald Tramp səsləndirib.

NATO Baş katibi Yens Stoltenberqlə görüşdən sonra mətbuat konfransına qatılan Tramp Kim Çen Inın edə biləcəyi ən yaxşı şeyin razılığa gəlməsi olacağını bildirib.

O, nüvə silahlarından imtina edəcəyi halda Kim Çen Ina çox güclü mühafizə təklif edib. Trampın bu açıqlamaları KXDR-in ABŞ-la planlaşdırılan sammitdən çəkiləcəyi ilə təhdid etməsindən sonraya təsadüf edir.

Şimali Koreyanın çərşənbə günü ABŞ-ın təktərəfli olaraq nüvə silahlarından imtina etmə tələbini davam etdirəcəyi təqdirdə sammitə qatılmaya bilərik deməsi ilə iki ölkə lideri arasında iyunun 12-də planlaşdırılan sammitin baş tutması sual altına düşüb.

Kim nüvə arsenalının iqtidarını saxlamaq üçün əhəmiyyətli olduğunu düşündüyündən nüvəzisləşdirməyə həvəsli deyil. Şimali Koreya rəsmiləri bu həftə ABŞ-ın KXDR üçün də “Liviya modeli” düşündüyünü dilə gətirən milli təhlükəsizlik üzrə müşavir Con Boltona sərt reaksiya verdilər.

Liviya lideri Müəmmar Qəddafi ABŞ-la nüvə silahlarından imtina etməyə dair razılığa gəldikdən cəmisi 8 il sonra, 2011-ci ildə NATO qüvvələrinin dəstəyi ilə iqtidardan əl çəkməyə məcbur edildi. Qəddafi elə həmin ildə də ələ keçirilərək öldürülmüşdü.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Tramp   Kim-Çen-In  

Xəbər lenti

“The Hill”: Tramp Kimə mühafizə təklif edir

2018/05/345345_1526630682.jpg
Oxunub: 634     12:03     18 May 2018    