Hərbçilər arasında dünya çempionatında idmançımız ilk qızıl medalı qazanıb - FOTOLAR

2018/05/07ffff3a93ffa0ac35b5b391b7fc31c6_1526622935.jpg
Oxunub: 1016     23:53     17 May 2018    
Moskva şəhərində keçirilən hərbçilər arasında güləş üzrə 33-cü dünya çempionatının üçüncü günündə komandamız ilk qızıl medalı qazanıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, Rusiya Federasiyası Mərkəzi Ordu İdman Klubunun idman zalında keçirilən çempionatda güləşin sərbəst növündə qadınlar arasında 65 kiloqram çəki dərəcəsində ölkəmizi təmsil edən Ceyla Nağızadə ardıcıl olaraq Monqolustan və Qazaxıstan idmançılarına qalib gələrək qızıl medal qazanaraq dünya çempionu adına layiq görülüb.

Güləşin yunan-Roma növü üzrə yarışlarda 60 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız Murad Məmmədov əvvəlcə macar rəqibi B.Kovaça, sonra isə ermənistanlı güləşçi A.Manuçaryana qalib gələrək finala yüksəlib.

Digər təmsilçimiz 72 kiloqram çəki dərəcəsində çıxış edən Ülvi Qənizadə Qazaxıstan idmançısı İbrahim Maqomedov və Ermənistan güləşçisi Armen Hakopyana qalib gələrək finala çıxıb.

Hər iki güləşçimizin final qarşılaşması mayın 18-də keçiriləcək.

Ordu.az

Foto

Teqlər: Hərbçilər   Güləş   Qızıl-medal  

Hərbçilər arasında dünya çempionatında idmançımız ilk qızıl medalı qazanıb - FOTOLAR

2018/05/07ffff3a93ffa0ac35b5b391b7fc31c6_1526622935.jpg
Oxunub: 1017     23:53     17 May 2018    