ABŞ ekspertləri ən yaxşı Rusiya qırıcısının adını açıqlayıblar

2018/05/received_2540233739536112_1526486822.jpeg
Oxunub: 1002     23:57     16 May 2018    
Rusiyanın daha etibarlı, universal və ucuz təyyarəsi Su-27 qırıcısı və onun bazasında yaradılan döyüş maşınlarıdır.

Ordu.az xəbər verir ki, bu barədə məlumat “The National Interest” nəşrində yerləşdirilib.

Məlumata görə, Su-27 və onun bazasında yaradılan təyyarələr ən yaxşı 4-cü nəsil qırıcıları olaraq qalır. Bu maşınlar dünyada ən kütləvilərdəndir. Onlar dünyanın ən güclü ordularından olan Rusiya, Çin və Hindistan Hərbi Hava Qüvvələrinin silahlanmasında önəmli yer tutur.

“Su-27 qırıcıları onilliklər ərzində öz etibarlılığını itirməyib və praktiki olaraq hər zaman özlərini amerikalı rəqiblərindən daha üstün nümayiş etdirib. Bu təyyarələrin son modifikasiyaları Rusiya aviaquruculuq məktəbinin Amerikanınkından fərqini göstərir, lakin nə texniki təchizat, nə də döyüş xüsusiyyətlərinə görə bu qırıcılar ABŞ təyyarələrindən heç nə ilə geri qalmır”, - deyə məlumatda bildirilir.

O cümlədən Çin Xalq Azadlıq Ordusu Hərbi Hava Qüvvələrinin silahlanmasına qəbul edilən qırıcıların böyük hisəsinin ölkənin hava hücumundan müdafiəsinin əsas hissəni təşkil etdiyi vurğulanır.

Ağalar Qəribov
Ordu.az

Teqlər: ABŞ   Rusiya   Qırıcı  

ABŞ ekspertləri ən yaxşı Rusiya qırıcısının adını açıqlayıblar

2018/05/received_2540233739536112_1526486822.jpeg
Oxunub: 1003     23:57     16 May 2018    