Rusiyalıların yarısından çoxu III dünya müharibəsini arzulamır - SORĞU

2018/05/2158-III-dünya-müharibəsi_1526475226.jpg
Oxunub: 1091     20:55     16 May 2018    
Rusiya vətəndaşlarının yarısından çoxu Suriyadakı münaqişənin III dünya müharibəsinə çevrilə biləcəyindən ehtiyat edirlər.

Ordu.az “Moskovkskiy komsomolets” nəşrinə istinadən xəbər verir ki, bu barədə “Levada mərkəzi”nin apardığı sorğunun nəticələri əsasında bəlli olub.

Sorğuda iştirak edənlərin 16 faizi Suriyadakı münaqişənin qlobal müharibəyə çevrilə biləcəyini düşünür. Daha 41 faiz bu məsələ ilə bağlı ehtiyat etdiklərini açıqlayıb. İştirakçıların 11 faizi Suriya münaqişəsinin qlobal müharibəyə çevrilə biləcəyindən ehtiyatlanmadığını bildirib.

Surğu nəticəsində gəlinən nəticə budur ki, iştirakçıların cəmi 31 faizi Suriyadakı hadisələri izləyir. Daha 55 faiz insan qeyd edib ki, ölkədəki vəziyyət barədə bir qədər məlumatlıdır. 14 faiz insan isə ümumiyyətlə Suriyada nə baş verdiyindən xəbərdar olmadığını açıqlayıb.

Ağalar Qəribov
Ordu.az

Teqlər: Rusiya   Üçüncü-dünya-müharibəsi  

Rusiyalıların yarısından çoxu III dünya müharibəsini arzulamır - SORĞU

2018/05/2158-III-dünya-müharibəsi_1526475226.jpg
Oxunub: 1092     20:55     16 May 2018    