“İblislər” azadlıqda: Bioloji və Kimyəvi silahların müharibələr zamanı tətbiqi – ARAŞDIRMA

2018/05/9_12211780616.jpeg
Oxunub: 2175     20:14     16 May 2018    
Yaxın günlərdə Suriyada yenidən kimyəvi silahların tətbiqi gündəmə gələrək, tərəflər arasında olan narazılıq pik həddə çatdı. Bu hadisənin ardınca ABŞ qoşunları müxtəlif daşıyıcılardan, Suriyada kimyəvi silah istehsalı və saxlanması güman edilən hərbi hədəflərə qanadlı raketlərlə zərbələr endirdi. Hadisənin siyasi baxışını kənara qoyaraq, bu kimi kütləvi qırğın silahlarının mənşəyi və tarixi haqqında oxucularımıza məlumat vermək qərarına gəldik.

Əfsanəyə görə Koroğlu at belində yol keçərkən, çiynində əcaib çomağa oxşar əşya gəzdirən bir çobana rast gəlir. Həmin əşyanın nə olmasını soruşduqda, çoban , tüfəngdir deyə cavab verir. Tüfəngin nə olduğunu bilməyən Koroğlu onun necə işlənməsini göstərmək üçün çobandan xahiş edir. Çoban tüfəngi tuşlayaraq, bir öküzü vurur. Öküz yıxılan zaman Koroğlu, əlvida, qılınc-qalxan, artıq üz-üzə, mərdi-mərdanə savaş dövrü bitdi deyir.

Müharibələr - Koroğlunun dediyi, mərdi-mərdanə savaşlardan hər gün uzaqlaşdığı mübahisə mövzusundan çoxdan ayrılıb. Artıq tüfəng, güllə, qumbara, tank, artilleriya ilə də heç kimi təəccübləndirmək olmur. Psixoloji, ideoloji, müxtəlif taktikalara söykənərək qeyri-ənənəvi savaş vasitə və növləri də günü-gündən dəyişməyə, müasirləşməyə və ən əsası təhlükəli olmağa doğru meyillənir. İnsanlıq öldürmək, məhv eləmək ücün nüvə, hidrogen bombaları, lazer silahları kəşf etdiyi dövrdən, müharibəyə maraqlı olanlar artıq bu böyük öldürücü gücə malik olan ölüm vasitələrinə də öyrəndikləri üçün, onlar da gündəmdə sadələşməkdədirlər. Amma hər yeni istifadə, hər yeni kəşf, tarixlər əvvəl olunan kəşflərin müasir kontekstdə istifadəsidir desək, yanılmarıq. Bəli, bu yazıda biz “İblislər” haqqında danışacağıq. Bu xülyalarda canlandırılan əcaib nağıl və əfsanələrin predmeti yox, gizli hərbi elmi-tədqiqat mərkəzlərinin laboratoriyalarında yaradılan, insanlarla birlikdə təbiətə də ölümcül ziyan vuran ən qəddar və amansız müharibə vasitələridir. Bunlar bioloji və kimyəvi hərbi ölüm vasitələri, qısa desək “İblis silahlardır”.

Açıqlama

Bioloji və bakterioloji silah (BBS) - bu patogen mikroorqanizmlər, viruslar, bakterial toksinlər, bioloji genlənmə vasitələri ilə əldə olunmuş toxlardır ki, vəzifəsi – insanları, canlıları, flora və mikrofloranı, əkin vasitələrini, kənd təsərrüfatı heyvanlarını, qida vasitələrini, su mənbələrini, habelə bir sıra hərbi təmayüllü vasitə, məmulatları və s . məhv etmək üçün nəzərdə tutulub. Kütləvi qırğın silahlarına aid olunaraq, 17 iyun 1925-ci ildə Cenevrədə qəbul olunmuş konvensiyaya görə qadağan edilib.

BBS bir neçə növ sursatlar vasitəsi ilə tətbiq olunmaqdadır. Bu sursatların içliyi fərqli bakteriya və viruslarla doldurulur ki, tətbiq zamanı da bu içliklər infeksiyalı, hətta epidemiyaya gətirib çıxara bilən xəstəliklər yaradır. Bu içliklər öz təyinatına görə insanları, kənd təsərrüfatı bitkilərini, heyvanları, su mənbələrini və qida vasitələrini yoluxduraraq, onları məhv edir. Bu silahın bir neçə növü var.

Entomoloji silah

Bioloji silahın bir növü olaraq, hücum üçün həşəratlardan istifadə edilir. Belə silahın yaradılması fikri 100 illər boyu aparılsa da, 20-ci yüzillikdə aktiv olaraq silahın yaradılması üzrə işlər davam etdirilib. Yaponiya və bir neçə ölkə tərəfindən tətbiq edildikdən sonra, bu silahın hazırlanmasına görə günahlandırılıblar.

Faktiki olaraq entomoloji silahın 3 növü məlumdur:

1. Patogen və çiləmə üsulu ilə nəzərdə tutulan rayonun üzərinə tətbiq etdikdən sonra, həşəratların insanları və başqa canlıları sancaraq, onlara yoluxdurma;
2. Həşəratların birbaşa torpaqlara, zəmilərə atılması ilə, onların təhlükəli tərzdə artımına nail olmaqla, kənd təsərrüfatı bitkilərini, flora və faunanı məhv etmək;
3. Bilavasitə tətbiq edilməklə arılar, ağcaqanadlar və başqa tip uçan həşəratları cəlb edərək onları insanlara və başqa canlılara qarşı tətbiq etmək.

Genetik silah

Genetik (Hipotetik) silah isə daha dəhşətli bir növ olaraq, əhalinin seçilmiş təbəqələrini yəni etnik, cinsi və s. məhv etmək üçün nəzərdə tutulub. Bu silahın tətbiq metodu təxminən belədir: tətbiq olunacaq ərazidə kişi cinsindən olan insanların məhvi. Bu hipoteza ərazidə əsgər və döyüşçü potensialının məhvi üçün nəzərdə tutulub. Bu tip vasitələr dərman peraparatları, inyeksiya, ərzaqlara qatqı vasitələri ilə, bilavasitə kişi cinsi yaradacaq xromosomların məhvinə gətirib çıxarır. Preparatlar ciddi olaraq ünvanlıdırlar. Məsələn: Cənubi Afrika respublikasında, aparteid rejimi zamanı qaradərili insanların məhvi üçün belə təcrübələr aparılıb. Bu təcrübələrdə əldə olunan preparatlar qaradərililərə təsir etsə belə, ağdərililər üçün təhlükəsiz olub.

Bioloji silah elementlərinin çatdırılma üsulları bunlardır:

Raketlərin döyüş başlıqları;
Aviasiya bombaları;
Artilleriya və minaaran mərmiləri;
Təyyarələrdən atılan konteyner, kisə və paketlər;
Təyyarələrdən həşərat cücüləri səpələyən qurğular;
Diversiya metodları.

Bir sıra hallarda rəqib tərəf geriyə çəkildiyi zaman infeksiyalanmış geyim, qida məhsulları, lazımi əşyalar, siqaret qutuları qoya bilər ki, bunlarla təmas zamanı insanlar həmin infeksiyalara yoluxa bilərlər. Bundan əlavə rəqib infeksiya maddələri doldurulmuş konteyner minalar da tətbiq edə bilər ki, bu zaman həmin konteynerlərə toxunuş zamanı partlayış əmələ gəlir və infeksiya bakteriyaları bulud halında sürətlə insanları yoluxa bilər. Belə buludlar daha təhlükəlidir. Onlar küləyin səmti ilə hərəkət edərək, öz içliyindən asılı olaraq böyük əraziləri yoluxdurur. Yoluxma sahəsinin genişlənməsi də, ilk anda yoluxduğunu bilməyən əhalinin bir-biri ilə təmasda olmasıdır.

Tarix

Bioloji silahların tətbiqinin hələ qədim Roma dövrünə gedib çıxdığı məlum olur. İlkin olaraq belə silah vasitələri, mühasirəyə alınmış qala divarlarından, cüzamdan ölmüş xəstələrin meyitlərini, mühasirədə olan qüvvələrin qoşunlarının içinə atılması olub. Bu zaman qalanın daxilində olan qüvvələr epidemiya yayıntısından gücdən düşərək xəstələnir və müdafiə əzmləri qırılırdı. Bundan əlavə isə qalanın daxilində olan əhali sıxlığı və zəruri gigiyenanın olmamasından böyük təlafatlar meydana gəlirdi.

1346-cı il Avropada “Qara ölüm” epidemiyasının yaranması

Fərziyyələrə görə, bu epidemiyanın yayıcısı Xan Canıbəy olub. Kafa şəhərini ala bilməyən Canıbəy (müasir Feodosiya) qalasının içinə mancanaqlar vasitəsi ilə, cüzamlı və infeksiyalı ölülər atıb. Şəhərdə epidemiya tüğyan etdiyi vaxtda, tacirlər qorxu içində şəhərdən qaçaraq, Avropaya gəlib və yoluxduqları üçün “qara ölümü” də özləri ilə gətiriblər.

1763-cü il ilk dəfə olaraq rəsmi olaraq bakterioloji silahın tətbiqi

Bu fakta görə Amerikalı kolonizatorlar “ospa” virusuna yoluxmuş adyalları hind qəbilələrinə paylamaqla, qəbilələrdə “ospa” virusunun yayılmasına müvəffəq olublar. Böyük sayda qəbilələr bu virusa yoluxaraq, dərman preparatlarının və ixtisaslı həkimlərin olmaması üzündən qırılıblar.

1944-cü il Böyük Britanıyanın Almaniya ilə müharibəsi zamanı məxfi “Operation Vegetarian” kod adlı əməliyyatına görə, sibir xorasının yayılması

İlkin olaraq, bu silah Gruinard adasında hazırlanaraq, testlənmə mərhələsini keçib. Adada “sibir xorası” yayıldıqdan sonra karantin elan olunmuş və 1990-cı illərdə təmizləndiyi bəyan olunub.

Bakterioloji yoluxmanın xassələri:

Bakterioloji və viruslu silahların xüsusiyyətləri ondadır ki, bu xəstəliklər digər xəstəliklər kimi özünü tez bir zamanda göstərmir. Onların gizli inkubasiya dövrü mövcuddur və onlar xarici faktorlarla özlərini bəyan etmirlər. Bunlardan cüzam, xolera, sibir xorası, botulizm əsasən xəstə insandan sağlam insana keçmə funksiyası ilə fərqlənir və bu zaman yayılma faktoru çox böyük və təhlükəlidir. Bu xəstəliklərin aşkar olunması və qarşısının vaxtında alınması çox çətin olduğundan ən təhlükəli elementlər sayılır, çünki bakteriya və mikroblar gözlə görünmür, iylənmir, dadı yoxdur. Belə bakteriya və virusları ancaq laboratoriya şəraitində aşkar etmək olur, bu da uzun müddət və vəsait tələb edir. Bütün bu kimi vasitələrin son zamanlar laboratoriyalarda təkmilləşdirilməsi zamanı, müasir bakteriya və virusların insandan insana keçməməsi üçün nailiyyətlər əldə olunub ki, bunun da arxasında konkret insanların və ərazilərin bu silah növünün təsirinə məruz qoyulması amili var.

Kimyəvi silahlar

Kimyəvi silahlar (KS) - kütləvi qırğın silahları sinfinə daxil olaraq, özlüyündə toksik zəhərləyici maddələr daşıyıcısıdır. Kimyəvi silahlar bilavasitə müxtəlif qurğu və mərmilərdən istifadə edilərək tətbiq olunur ki, bunlar da artilleriya və minaatan mərmiləri, raketlər, aviasiya bombaları, qazvurucular, balon tipli qazpüskürdücülər, çiləyici avasiya qurğuları, qumbara və şaşkalardır. Kimyəvi silahların tətbiqi 1899-ildə “Haqqa konvensiyası”, 1925-ci ildə Cenevrə protokolu və digər beynəlxalq razılaşmalar ilə qadağan olunub.

Əsasən insan fiziologiyasına kimyəvi silahların təsiri aşağıdakı kimidir:

- Əsəb-iflicedici KS: İnsanın sinir sisteminə təsir edərək iflic edir və lazımi tibbi yardım olmadıqda ölüm hallarına gətirib çıxarır. Bu tip KS vəzifəsi əsasən böyük sayda şəxsi heyəti tez bir zamanda məhv etməkdir. Zəhərləyici təsir üçün zarin, zoman, tabun və V qazları maddələrindən istifadə olunur.

- Dəri qıcıqlandırıcı KS: Bu tip maddələr əsasən dərinin açıqda qalan hissələrinə hoparaq dərin yaralar əmələ gətirir. Qaz və buxar halında istifadə olduqda isə nəfəs borularına daxil olaraq ölümə gətirib çıxarır. Zəhərləyici təsir üçün iprit və lyuizit maddələrindən istifadə olunur.

- Ümumzəhərli KS: Orqanizmə daxil olaraq, qana və kapliyarlara oksigenin daxil olmasını əngəlləyir. Bu tip KS-lər teztəsirli zəhərləyici maddələr sinfinə daxildir. Zəhərləyici təsir üçün sinil turşusu və xlaorsiandan istifadə olunur.

- Boğucu təsirli KS: Əsasən nəfəs borusu və ağ ciyərlərə təsir edərək ölümlə nəticələnir. Zəhərləyici təsir üçün fosgen və difosgendən istifadə olunur.

- Psixokimyəvi KS: Bu kimi silahlar ən təsirli və qorxulu silahlar olaraq mərkəzi sinir sisteminə təsir göstərərək korluğa, karlığa, qorxu hissinə, hərəkətlərin anormallığına gətirib çıxarır. Bundan əlavə psixi təsirə məruz qalan insanlar aqressiv və psixoloji problemli olurlar. Kiçik müddətdə isə mərkəzi sinir sisteminin məhv olması nəticəsində ölüm faktı baş verir. Zəhərləyici təsir üçün xinikludul 3 benzilat və dietilamid istifadə olunur.

- Qıcıqlandırıcı təsirli KS yaxud ippirantlar: Bu tip silahlar teztəsiredici olaraq insanlarda qıcıq əmələ gətirərək, bir-birlərinə qarşı aqressiya oyatmaq üçün istifadə edilir. Təsiredici zonadan çıxdıqdan sonra 1 saat ərzində öz təsirini itirir. Lakin böyük dozada daxilə düşdükdə ölüm hallarına gətirib çıxara bilir.

Bundan əlavə gözyaşardıcı qaz formalı kimyəvi elementlər də var ki, əsasən bunlar CS, CN (xlorasotefenon) və PS (xlopikrindir).

Silahlanmada olan insanlara yox, ətraf mühitə təsir edən kimyəvi silahlar da var. Belə ki, ABŞ-ın Vyetnamda apardığı müharibə zamanı, “AGENT ORANCE” adlı deflorantlar meşə massivlərinə çilənirdi ki, bu da öz növbəsində ağacların yarpaqlarının tökülməsi və meşələrin “keçəlləşməsinə” gətirib çıxarırdı. Bu kimi əməliyyatlar aviasiyanın Vyetkonq partizanlarını dəqiq təqib edərək bombalaması üçün nəzərdə tutulurdu.

Mütəxəssislərin son illər gəldiyi qənaətə görə, təmas zonalarında düşmənə qarşı kimyəvi silahın tətbiqi çox təhlükəli tendensiya anlamındadır. Belə ki havada həll olan kimyəvi zəhərləyici maddələr, küləyin dəyişdiyi zaman düşməndən əlavə öz qüvvələrinə də təsir edə bilər. Bundan əlavə bir çox hərbi mütəxəssislər bu silahın qeyri-insani silah olduğunu anlayaraq, ona dərin nifrət bəsləyirlər. Lakin buna baxmayaraq, dövlətlər hələ də gizli olaraq öz laboratoriyalarında bakterioloji, bioloji və kimyəvi silahlar üzərində tədqiqatlar aparmaqdan çəkinmirlər. Bu zaman ən dəhşətlisi də bu silahlar üçün əkstəsirli xilasetmə vaksinlərinin olmamasıdır. Başqa dillə desək, bu kimi silahları öz elmi-tədqiqat institutlarında yaradan dövlətlər, bu silahlardan qorunmaq üçün vasitələrin yaradılması üçün maliyyə yatırmaqdan vaz keçirlər. Bunun da tətbiq olunacağı zaman böyük dəhşətlərə gətirib çıxara biləcəyi şəksizdir.

Dünya alimlərinin gəldiyi qənaətə görə, bakterioloji və bioloji silahlar dərindən öyrənilmədiyi üçün, onların tətbiqindən sonra elementlər mutasiyaya uğraya bilər ki, bunun da fəsadları apokalipsisə, yəni qiyamətə gətirib çıxarar. Sadə dillə desək, “İblislər”i azad buraxmaqla, insanlıq özünün məhv prosesinə start verə bilər.

Hərbi ekspert Abuzər Əbilov
Ordu.az

Teqlər: Bioloji-Kimyəvi-silahlar   Suriya  

“İblislər” azadlıqda: Bioloji və Kimyəvi silahların müharibələr zamanı tətbiqi – ARAŞDIRMA

2018/05/9_12211780616.jpeg
Oxunub: 2176     20:14     16 May 2018    