ABŞ Cənubi Koreyada qoşunlar üçün minimum say müəyyən edib

2018/05/184844_1526472878.jpg
Oxunub: 477     16:15     16 May 2018    
Milli Müdafiə Səlahiyyət Qanunu ABŞ-ın Cənubi Koreyadakı qoşunlarının sayının minimum 22 min olmasını göstərir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu, mayın 14-də ABŞ konqresinin Silahlı Xidmətlər komitəsi tərəfindən təsdiqlənən 2019-cu maliyyə ili üçün irəli sürülmüş müdafiə büdcəsində göstərilib.

Hazırda ABŞ və Cənubi Koreya arasında hərbi xərclərinin bölüşdürülməsinə dair görüşlər keçirilir. Görüşlərdə müzakirə olunan məsələlərdən biri də Cənubi Koreyadakı ABŞ qoşunlarının sayının azaldılmasıdır.

An etibarilə Cənubi Koreyada 28500 ABŞ əsgəri fəaliyyət göstərir. Bu qanunun konqresdən keçməsi ilə ABŞ əsgərlərinin sayının 22 mindən aşağı salınması imkansız olacaq.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: ABŞ   Cənubi-Koreya  

Xəbər lenti

ABŞ Cənubi Koreyada qoşunlar üçün minimum say müəyyən edib

2018/05/184844_1526472878.jpg
Oxunub: 478     16:15     16 May 2018    