Almaniya NATO-nun böhranlara cavab komandanlığına rəhbərlik edəcək

2018/05/894561_1526472525.jpg
Oxunub: 709     20:08     16 May 2018    
Almaniya ordusu növbəti il NATO-nun böhrana cavab qüvvələrinin komandanlığını təhvil alacaq.

Ordu.az “Stripes”ə istinadən xəbər verir ki, bunun üçün Almaniya ordusunun hazırlığının az olmasından dolayı ona edilən təzyiqlər artıb.

NATO-nun eksperti Jorge Benitez Almaniya silahlı qüvvələrinin hazırlığının çox pis vəziyyətdə olduğunu bildirib.

“Uzun illər ərzində Almaniya rəhbərləri silahlı qüvvələrinin əsas elementlərinin – tanklar, sualtı gəmilər və qırıcı təyyarələrin tam əməliyyat qabiliyyətində olmadığını və gerçək hərbi missiyada istifadə edilə bilməyəcəyini bilirlər”, - deyə Benitez əlavə edib.

Qeyd edək ki, NATO üzvləri 2014-cü ildə hərbi büdcələrini ÜDM-nin 2%-nə çatdıracaqlarına dair razılıq əldə etsələr də, hələlik bu tələbi yerinə yetirməyənlərdən biri də Almaniyadır.

Onun müdafiə büdcəsi hazırda 37 milyard dollardır və bu, Almaniya Ümumi Daxili Məhsulunun 1,24%-nə bərabərdir.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Almaniya   NATO    

Almaniya NATO-nun böhranlara cavab komandanlığına rəhbərlik edəcək

2018/05/894561_1526472525.jpg
Oxunub: 710     20:08     16 May 2018    