Erməni sosial şəbəkə istifadəçiləri: "General Manvel Qriqoryan hərbi cinayətkardır"

2018/05/345345_1526462032.jpg
Oxunub: 1371     13:08     16 May 2018    
Ermənistanda hakimiyyət dəyişikliyindən sonra, “Yerkrapah” təşkilatının rəhbəri, hərbi cinayətkar Manvel Qriqoryandan hesabat tələb edilir.

Ordu.az xəbər verir ki, sosial şəbəkələrdə erməni istifadəçilər tərəfindən illərdir özünü Qarabağ müharibəsi “qəhrəmanı” kimi göstərən general Manvel Qriqoryanın hərbi xidmət dövründəki gizlinləri və “fəaliyyəti”ləri barədə aramsız məlumatlar yayılır.

İstifadəçilərin sözlərinə görə, onun müharibənin ilk günlərindən etibarən törətdiyi bütün cinayətləri könüllü dəstələrin üzvləri yaxşı bilir. Müharibə, Qriqoryan üçün talan və varlanma mənbəyi olub. Onun savadsızlığı və talanlarına qarşı çıxan yüzlərlə döyüşçü ölüb.

Alçaqlıqlarını durmadan artıran Qriqoryanın erməni döyüşçülərini bilərəkdən minalı sahələrə göndərdiyi bildirilir.

Sosial şəbəkə istifadəçiləri, müharibə dövründə Qriqoryanın rəhbərlik etdiyi 5-ci briqadanın döyüşçülərinin, onun törətdiyi cinayətləri yaxşı xatırladıqlarını vurğulayırlar. Onun, yaşadığı Üçmüədzin şəhərini qorxu mühitində saxladığı, hətta mərkəzi meydanda atasına abidə ucaltmağa da cəhdi etdiyi bildirilir.

Qriqoryanın, rəhbərlik etdiyi könüllü döyüşçüləri təmsil edən “Yerkrapah” təşkilatına üzvlük biletinin pulla satıldığını, müharibə üzü görməyən şəxslərə üzvlük verildiyi vurğulanır.

Çoxsaylı sosial şəbəkə istifadəçiləri, Ermənistanda baş verən hakimiyyət dəyişikliyindən sonra, Qriqoryanın hesabat vermə zamanın gəldiyini qeyd edirlər.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: Ermənistan-ordusu   Manvel-Qriqoryan  

Xəbər lenti

Erməni sosial şəbəkə istifadəçiləri: "General Manvel Qriqoryan hərbi cinayətkardır"

2018/05/345345_1526462032.jpg
Oxunub: 1372     13:08     16 May 2018    