Cənubi Koreya XİN rəhbəri və ABŞ dövlət katibi KXDR-i müzakirə ediblər

2018/05/2147_1526461056.jpg
Oxunub: 642     17:32     16 May 2018    
Cənubi Koreya xarici işlər naziri Kan Qyon Hva amerikalı həmkarı Mayk Pompeo ilə telefon danışığı həyata keçirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Tərəflər Pxenyanın Amerika-Cənubi Koreya birgə manevrləri ilə əlaqədar olaraq atdıqları addımlara dair fikir mübadiləsi həyata keçiriblər. O cümlədən narahatlıq doğuran bir sıra digər məsələlər müzakirə edilib”, - deyə məlumatda bildirilir.

Kan Qyon Hva Pompeonu Seulun dialoqdan imtina edilməsinə dair mövqeyini ifadə edib və bildirib ki, Cənubi Koreya aprelin 27-də imzalanan Pxanmundcom bəyannaməsinə sadiqdir.

Pompeo isə öz növbəsində ABŞ və Şimali Koreya liderlərinin görüşünə hazırlığın davam etdiriləcəyini açıqlayıb.

Ağalar Qəribov
Ordu.az

Teqlər: ABŞ   Cənubi-Koreya   KXDR  

Cənubi Koreya XİN rəhbəri və ABŞ dövlət katibi KXDR-i müzakirə ediblər

2018/05/2147_1526461056.jpg
Oxunub: 643     17:32     16 May 2018    