Ukraynalı general: “Aprel döyüşləri Azərbaycan hərbi potensialının gücünü təsdiq etdi”

2018/05/2113_3052734384.jpg
Oxunub: 13590     14:48     15 May 2018    
“Son bir neçə il ərzində vəziyət əhəmiyyətli dərəcədə Azərbaycanın hərbi potensialının artması istiqamətində dəyişib”.

Bu barədə Ordu.az-a müsahibəsində Azərbaycanın müdafiə qabiliyyətini şərh edərkən ehtiyat general-leytenantı, 2006-2010-cu illərdə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının rəis müavini olan İqor Aleksandroviç Romanenko bildirib.

Onun sözlərinə görə, bu baxımdan yalnız özlüyündə vacib göstərici kimi qiymətləndirilən maliyyə xərcləri deyil, həm də Azərbaycanın əldə etdiyi və Silahlı Qüvvələrini təchiz etdiyi silahlar nəzərə alınmalıdır.

“Hesab edirəm ki, 2016-cı ildə Qarabağda baş verən Aprel döyüşləri yalnız Azərbaycanın artan potensialını təsdiq etmədi, həm də onun bütün bu müddət ərzində realizəsini nümayiş etdirdi. 2016-cı ildən indiyədək Azərbaycan Ordusunun təchiz edildiyi silahlanma çərçivəsi genişlənib və məncə, Azərbaycanın hərbi potensialı əhəmiyyətli dərəcədə artıb”, - deyə general Romanenko açıqlayıb.

Qarabağ münaqişəsinin tənzinlənməsi prespektivlərindən bəhs edərkən Romanenko qeyd edib ki, münaqişənin sülh yolu ilə həll edilməsi imkanının hələ də qalmasına inanmaq istərdi.

“Həmişəki kimi, bu yolun da realizə edilməsi üçün öz rəhbərliyini bu məsələnin həllində dəstəkləyəcək Azərbaycanın müdafiə sektoru kimi gücə malik olmaq zəruridir. Məncə, həmçinin münaqişənin hərbi üsulla həllini istisna etmək lazım deyil. Buna görə də hər iki halda Silahlı Qüvvələrin hazırlığından bəhs etmək zəruridir və Azərbaycan bunu uğurla həyata keçirir”, - deyə ukraynalı general vurğulayıb.

Nizam Bəkirov
Tərcümə etdi: Ağalar Qəribov
Ordu.az

Teqlər: İqor-Romanenko   Qarabağ   Azərbaycan-Ordusu  

Ukraynalı general: “Aprel döyüşləri Azərbaycan hərbi potensialının gücünü təsdiq etdi”

2018/05/2113_3052734384.jpg
Oxunub: 13591     14:48     15 May 2018    