Modernləşmə ardından mordernləşmə?| Rusiyanın gizli lazer kompleksi – PERESVET (FOTOLAR)

2018/05/1_1526365758.jpg
Oxunub: 3592     14:25     15 May 2018    
Martın əvvəllərində Rusiya prezidenti Vladimir Putin ilk dəfə Federal Məclisə ünvanladığı illik müraciəti zamanı yeni silah və hərbi texnikanın bir neçə perspektivli modelləri, o cümlədən yeni lazer kompleksi barədə məlumat verdi. "Peresvet" adlandırılan bu kompleks haqqında çox az məlumat mövcuddur. Lakin zaman keçdikcə vəziyyət bir az yaxşılaşmağa başladı. Səlahiyyətlilər kompleksin müəyyən texniki xüsusiyyətlərindən söz açmağa başladılar və yaxın gələcək üçün planları aydınlaşdırdılar.

Təəssüf ki, Rusiya prezidentinin çıxışında yalnız ümumi sözlər səsləndi. Putin bildirdi ki, lazer silahları sahəsində ciddi nəticələr əldə olunub. Keçən il artıq Rusiya ordusuna yeni lazer döyüş kompleksləri daxil oldu. Yeni silahın detalları barədə məlumat verilməsə də lazerin böyük potensiala malik olduğu hər kəsə məlumdur. Yeni lazer kompleksi haqqında məlumatlar, Rusiya Müdafiə Nazirliyinin nümayiş etdirdiyi videolar ilə müşayiət olundu.

Martın əvvəllərində təqdim olunan yeni silahların bir neçə modelinin adı yox idi. Bu baxımdan, Rusiya Müdafiə Nazirliyi adları seçmək üçün müsabiqə başlatdı. Martın 2-də bu müsabiqə başa çatdı və kompleks "Peresvet" adını qazandı. Səs vermə nəticələri "60 dəqiqə" proqramında yekunlaşdırıldı. Təqdimatın qonaqları arasında gələcək perspektivlərə cavabdeh olan müdafiə nazirinin müavini Yuri Borisovda çıxış etdi. Borisov lazer kompleksinin bəzi bilinməyən xüsusiyyətləri haqqında danışdı.

Borisov lazer silahları sahəsində xarici inkişafları da xatırlatdı. Bu sahədə bir çox ölkələr çalışır. Xüsusilə, ABŞ-da canlı insanlara və ya yüngül zirehli nəqliyyat vasitələrinə qarşı mübarizə apara biləcək bu sinif eksperimental komplekslər yaradılıb. Müdafiə nazirinin müavini qeyd edib ki, bu sahədə rusiyalı mütəxəssislər amerikalı həmkarlarından üstündür. Lakin üstünlüyün nədən ibarət olduğunu Borisov açıqlamayıb.

"Peresvet" kompleksi, onun xüsusiyyətləri və inkişaf yolları barədə yeni məlumatlar, mayın 5-də "Zvezda" TV kanalı vasitəsilə yenə Borisov tərfindən verilib. Yerli televiziya kanalına verdiyi müsahibədə Borisov hazırkı layihələr, gələcək perspektiv silah və avadanlıqlar barədə məlumat verdi. Digər mövzular arasında "Peresvet" sisteminin taleyinə də toxunuldu.

Müsahibə zamanı jurnalist Yuri Podkopayev prezident tərəfindən mart ayında təqdim edilən silahları xatırladaraq, döyüş lazerinin hərbi paradda iştirakının mümkünlüyü ilə maraqlanıb. Borisov bunun mümkün olduğunu söyləyib: "Paradda bu komplekslərin nümayişi növbəti iki və ya üç il ərzində keçirilə bilər. Mümkün zaman şərtlərin belə qiymətləndirilməsi layihənin artıq modernləşdirmə mərhələsinə keçirilməsi ilə bağlıdır. Kompleksdə müəyyən işlər başa çatdıqdan sonra paradda mexanikləşdirilən kolonda keçid təşkil oluna bilər".

Nazir müavini qeyd edib ki, hazırkı mövcud konfiqurasiyada lazer kompleksi böyük və mürəkkəbdir. Döyüş mövqeyində fəaliyyət göstərmək üçün onun tərkibində lazım olan çox sayda dəstək vasitəsini əhatə edir. Modernizasiya nəticəsində kompleksin ölçüləri azalacaq. "Peresvet" kifayət qədər kiçildikdən sonra ictimaiyyətə təqdim edilə bilər.

"Peresvet" kompleksi haqqında yeni məlumatlar yoxdur. Əldə olunan məlumatlar da biri-birini tam şəkildə tamamlamır. Eyni zamanda, məlumatların əhəmiyyətli bir hissəsi, o cümlədən ən çox maraq göstərilənlər hələ də sirr olaraq qalır. Beləliklə, rəsmi şəxslər lazer kompleksinin təyinatı barədə hələ də danışmır, texniki xüsusiyyətləri və döyüş qabiliyyətləri barədə isə ümumiyyətlə heç bir rəsmi məlumat yoxdur.

Bu tip qapalı məsələlərdə ekspertlər və hərbi jurnalistlər heç də həmişə reallığa uyğun olmayan qiymətləndirmələrə əsaslanmaq məcburiyyətində qalırlar.

* * * * *

Xatırladaq ki, bu kompleks ilk dəfə martın əvvəlində göstərilib. Rusiya Müdafiə Nazirliyinin rəsmi videosu yalnız 21 saniyə ərzində "Peresvet" sisteminin bəzi komponentlərini göstərdi, lakin hər hansı detalları açıqlanmadı. Görünən detallar bəzi təxminlər və proqnozlar verməyə imkan verir.

Video, kompleksin səfər vəziyyətində nümayiş etdirildiyi kadrlarından başlayır. "Kamaz" markalı iki xüsusi yarımqoşqulu avtomobil asfalt yolla hərəkət edir. Yarımqoşquların görünüşü, onların daxili avadanlıqları barədə fikir irəli sürməyə imkan vermir. Bundan sonra kompleksin müxtəlif kommunikasiya və idarəetmə avadanlıqlarının da daxil olduğu ən azı beş maşından ibarət sistemin döyüş mövqeyində yerləşdirilməsi prosesi nümayiş etdirildi. İzləyicilərə ekipaj üzvlərinin ayrıca LCD monitorlar və idarəetmə panelləri ilə təchiz edilən iş yerləri də göstərildi. Nəhayət, videoda yeni tipli lazer qurğusunun quraşdırılması da yer alıb. Lazer qurğusu üfiqi tarazlığı əldə etmək üçün hidravlik qaldırıcı mexanizm ilə təchiz olunan furqonların birinin arxa hissəsində yerləşir və "U" formalı sürüşərək açılan qapaqla mühafizə olunur. Bölmələrdən birində hərəkətli qapaqla mühafizə olunan kifayət qədər geniş şüalanma qurğusu və xarakterik boru şəklində bir cüt böyük optik cihazlar yerləşdirilib. Hər iki istiqamətə idarəetmə və tuşlama, hərəkətli blokun döndərilməsi hesabına həyata keçirir.

Lakin, nə video, nə də Putinin çıxışında lazer qurğusunun təyinatı, məqsədi, texniki imkanları və istismar xüsusiyyətləri haqqında heç bir konkret məlumat verilməyib. Rəsmi məlumatların olmaması fərziyyələrin meydana gəlməsinə səbəb oldu. Ən geniş yayılan fərziyyə isə "Peresvet" döyüş lazer kompleksinin HHM qoşunlarında fəaliyyət göstərməsi ilə bağlıdır. Mövcud avadanlıq hava hədəflərini aşkarlamağa, müşayiət etməyə və sonra lazer şüaları ilə onlara hücum etməyə imkan verir. Yüksək enerji lazer şüası bəlli olmayan məsafədə düşmən elektron sistemlərin fəaliyyətin pozmaq və hətta onları sıradan çıxarmaq üçün yetərlidir.

Bundan başqa, daha yüksək enerjili lazer kompleksinin mövcudluğu yalnız təyyarələrin optik elementlərini deyil, eyni zamanda onların struktur elementlərini və ya silahlarına zərər yetirə bilər. Sonuncu halda, şüa əvvəlcə hədəfin korpusunu yandırır, sonra isə onun daxili avadanlıqlarına zərər yetirir və ya döyüş başlığının partlamasına səbəb olur. Belə bir imkanlar zərbə təyyarələrinə, pilotsuz uçuş aparatlarına və ya digər havadan zərbə endirə biləcək, optik vasitələrlə, o cümlədən əriyə bilən konstruksiyalarla hazırlanan sistemlərə qarşı mübarizə aparmaq üçün istifadə edilə bilər. Yeni "Peresvet" kompleksi bu sahədə Rusiya istehsalı olan real olaraq HHM qüvvələrinə verilən ilk döyüş lazer kompleksidir.

Rusiya Müdafiə nazirinin müavini bir neçə gün əvvəl "Peresvet" kompleksinin bir neçə avtomobildən ibarət olduğunu və bunun sistemin paradda nümayişinə imkan vermədiyini bildirdi. Bu xüsusiyyətlər kompleksin ilk elan edildiyi gündən məlum oldu. Belə ki, video nümayiş olunarkən atəş mövqeyində, döyüş lazerinin daşıyıcı yarımqoşqusu yaxınlığında digər bir maşının yerləşdiyi və kompleksin komponentlərinin çoxsaylı kabellərlə bir-biri ilə bağlı olduğu göstərildi. Çox güman ki, kompleksin ikinci maşını avtonom elektrik təchizatını həyata keçirir. Yüksək texniki və döyüş xüsusiyyətləri əldə etmək üçün, lazer kompleksi müvafiq elektrik qidalanması tələb edir. Buna görə də, tələb olunan enerji generatorları sadəcə bir yarımqoşquda yerləşməyə bilər. Lakin burada bir sual ortaya çıxır: kiçik sualtı qayıqlara, "Kinjal" hepersəs raketlərinə və s. quraşdırılan mini nüvə reaktorları niyə bu sistemlərdə tətbiq edilməyib? Belə olan halda kompleksin ölcüləri dəfələrlə azalar, effektivliyi isə yüksələ bilər.

Son müsahibəsində müdafiə nazirinin müavini Borisov, hazırda müdafiə sənayesinin "Peresvet" kompleksinin yaxın gələcək üçün modernləşdirilməsi ilə məşğul olduğunu bildirdi. Bu işlərin nəticəsində təminat vasitələrinin sayının azaldılması ilə istismar göstəricilərinin yaxşılaşdırılması gözlənilir. Bir neçə müxtəlif sistem daşıyan yarımqoşqunun bir maşında "birləşdirilməsi" nəqliyyat vasitələrinin sayını azalda bilər. Məsələn, İsraildə operator kabini və lazer qurğusu oxşar sistemlərə birləşdirilərək ortaq şassi üzərində yerləşdirilib.

Rəsmi məlumatlara görə, "Peresvet" kompleksinin bəziləri artıq qoşunlara təslim edilib və istismar edilir. Qoşunlarda istifadəsi digər çatışmamazlıqları müəyyən etmək məqsədi daşıyır. Taktiki xarakteristikalarının da gizlin saxlanılması da müəyyən suallar yaradır. Adətən Rusiya müdafiə sənayesi yeni layihəyə başlayanda texniki xüsusiyyətləri açıqlayır, yeni platformanı illərdir mövcud olan xarici analoqları ilə müqayisə edir, üstün cəhətlərini vurğulayırlar.

Növbəti bir neçə il ərzində davam edəcək yenilənmədən sonra bəlkə də döyüş lazer sisteminin paradda keçidinin şahidi ola biləcəyik. Ümid edirik ki, digər komplekslərdə olduğu kimi bu kompleksin texniki xüsusiyyətləri haqqında maraqlı məlumatlar onların paradda iştirak edəcəkləri gündən öncə yayımlanacaq.

Məlumat Ryabov Kirilin yazıları əsasında hazırlanıb
Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

Teqlər:

Modernləşmə ardından mordernləşmə?| Rusiyanın gizli lazer kompleksi – PERESVET (FOTOLAR)

2018/05/1_1526365758.jpg
Oxunub: 3593     14:25     15 May 2018    