Nikolun seçki manipulyasiyası: Ermənistan təxribatçı əməliyyatlara hazırlaşır - ANALİZ

2018/05/aaaca8f2a7e9e51372309a578d6d4360456_3052557244.jpg
Oxunub: 9184     10:05     14 May 2018    
Ermənistanda başlayan etiraz hərəkatının lideri Nikol Paşinyan mayın 8-də Ermənistanın baş naziri seçildi. Əgər, əlbəttə ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqlar bərpa olunarsa, Paşinyan bundan sonra Azərbaycanla danışıqlar aparan erməni tərəfini təmsil edən əsas şəxs olacaq. Dağlıq Qarabağ münaqişəsinin həllinə Paşinyanın yanaşması işğal altında olan Qarabağda keçirilən mətbuat konfransı zamanı məlum olub.

Əvvəlki Ermənistan hökumətlərindən və liderlərindən fərqli olaraq, Paşinyan ictimai dəstəyə malikdir. Belə bir dəstəyə prezidentliyin ilk mərhələsində yalnız Levon Ter-Petrosyan malik olub.

Buna görə də, Paşinyanın ATƏT-in Minsk Qrupunun himayəsi altında danışıqlar prosesində hansı vasitələrdən istifadə edəcəyi və ümumiyyətlə kompromislər barədə daha fərqli addımlar atacağı indidən məlumdur.

Qeyd edək ki, Nikol Paşinyan əvvəllər Levon Ter-Petrosyanın problemin qarşılıqlı güzəşt yolu ilə nizamlanması ilə bağlı mövqeyini tənqid edərək, bu məsələ ilə bağlı radikal mövqeyini göstərib.

Həm Ermənistan parlamentinin mayın 1-də keçirilən iclasında, həm də işğal altında olan Qarabağda keçirilən mətbuat konfransında Nikol Paşinyan təxribatçı fikirlər səsləndirərək, qarşılıqlı güzəşt barədə mümkün olmayan fikirlər səsləndirdi.

Nikola danışıqlar üçün mandat verilməyib

Bununla yanaşı, erməni ekspertlər məsələni fərqli şəkildə şərh edirlər. Ermənistan Milli və Beynəlxalq Araşdırmalar Mərkəzinin direktoru, politoloq Manvel Sarkisyan hesab edir ki, daxili vəziyyətlə bağlı bir çox xüsusi məsələlərlə məşğul olan müvəqqəti hökumətin rəhbəri Nikol Paşinyanın Qarabağ məsələsində danışıqlar aparmaq üçün mandatı yoxdur.

"Nikol Paşinyan aydın, dəqiq bir planla gəlib. O, xalqın müvəqqəti nümayəndəsi olaraq baş nazirdir. Bu başa düşülməsi lazım olan çox vacib amildir. O, nə üçün gəldiyini deyib. Qanunvericiliyə düzəlişlər etmək və növbədənkənar parlament seçkilərini təşkil etmək məqsədilə gəlib. Nikol Paşinyan mənim üçün yalnız bu məsələdə maraqlıdır.

Qalan AİƏT, Dağlıq Qarabağ və digər məsələlər, məni qətiyyən maraqlandırmır. Kim ondan belə şey tələb edir? Açıq şəkildə deyiblər ki, seçkiləri təşkil edirsən. Sən özündə təmsil etdiyin partiyanla seçkilərdə iştirak edərsən. Həmin vaxt partiyanın proqramında bu və ya digər problemi necə həll edəcəklərini əks etdirərlər. Bu qarışıqlıq çox təhlükəlidir. Belə olan halda sanki xalq qarşısında Nikol Paşinyan götürdüyü öhdəliklərdən azad edilir. O, oraya Qarabağ məsələsini həll etmək üçün getməyib. Heç kim ona belə bir mandat verməyib”, - deyə politoloq Samvel Sarkisyan bildirib.

Taktiki və strateji dəyişikliklər

Yaxın Şərq və Qafqaz məsələləri üzrə ekspert Stanislav Tarasov erməni KİV-lərinə verdiyi müsahibəsində, Serj Sarkisyandan fərqli olaraq, Nikol Paşinyanın son çıxışlarında Dağlıq Qarabağ məsələsinə daha sərt mövqe nümayiş etdirdiyini qeyd edib.

"Serj Sarkisyan Qarabağı vermədi. O, bəzi danışıqlar apararaq, bəyanatlar veriridi, aparırdı, lakin Ermənistanda Qarabağ məsələsində tam konsensus var idi.

Serj Sarkisyanın milli prinsiplərə xəyanət etdiyini sübut etmək üçün heç bir əsas yoxdur. Onu Qarabağ məsələsində milli konsensusları eyni şəkildə əks etdirən Paşinyanı əvəz etdi. Ancaq Paşinyan münaqişənin həllinə dair taktiki, strateji yanaşmaları dəyişə bilər”, - deyə Stanislav Tarasov məsələ ilə bağlı bəzi məqamlara aydınlıq gətirib.

Paşinyan parlamentdə çıxış etdikdən və Qarabağ məsələsində öz təxribatçı yanaşmalarını bildirdikdən sonra, hər kəs Paşinyanın Dağlıq Qarabağ münaqişəsinin həllində Sarkisiyadan daha radikal mövqeyə malik olduğunu başa düşməyə başladı.

Məlumdur ki, Serj Sarkisyanın dövründə nə qədər ərazilərin qaytarılacağını, Dağlıq Qarabağın necə bir statusa malik olacağını müzakirə edirdilər. Lakin Paşinyanın danışıqlar formatında ərazilərin mübadiləsi mövzusuna qayıdacağına dair heç bir zəmanət yoxdur.

Bu gün faktiki olaraq, Ermənistanda hakimiyyətə Qarabağ münaqişəsinin həlli üçün fərqli bir ssenariyə malik olan qüvvələr gələ bilər. Əgər, illərdir danışıqlar aparan Serj Sarkisyanın bütün nüansları bilinirdisə, təxribatçı bəyanatlarına görə ondan heç də geri qalmayan Paşinyanla razılaşmalar əldə etmək üçün sabit bir erməni hökumətinə, uzun və tarixi bir dövrə ehtiyac var. Təhlil edək. Hazırda Paşinyan baş nazirdir. Seçkiləri təyin etməlidir. Bu seçkilər nə vaxt olacaq? Bir həftədə baş verərsə bu ayrı bir iş, iki həftə olsa başqa bir şey, amma seçkilər ilin sonuna təyin edilərsə bu artıq tam fərqli bir anlam daşıyacaq.

Bu keçid hökuməti legitim olmayınca, Ermənistanda sonadək sabitlik ola bilməz. Bu vəziyyətdə Dağlıq Qarabağ məsələsində səmərəli danışıqlar da aparıla bilməz. Bu böyük bir sualdır. Bununla da, Ermənistan seçkidən istifadə edərək, danışıqlardan qaçmaq və eyni zamanda Azərbaycanı təxribatlara çəkmək niyyətindədir. Çünki hər kəsə aydındır ki, artıq Paşinyanın təxribatçı bəyanatları fonunda rəsmi Bakının əsəbləri tarıma çəkilib və onun nə qədər gözləyəcəyi sual altındadır.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: Nikol-Paşinyan   Qarabağ   Təxribat   Müharibə  

Xəbər lenti

Nikolun seçki manipulyasiyası: Ermənistan təxribatçı əməliyyatlara hazırlaşır - ANALİZ

2018/05/aaaca8f2a7e9e51372309a578d6d4360456_3052557244.jpg
Oxunub: 9187     10:05     14 May 2018    