Hərbi hissələrdə andiçmə mərasimi keçirilib - FOTOLAR

2018/05/26_1525970647.jpg
Oxunub: 1124     19:26     10 May 2018    
Mayın 10-da Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissə və birləşmələrdə gənc əsgərlərin andiçmə mərasimi keçirilib.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, Əlahiddə Ümumqoşun Ordusu, hərbi birliklər, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri, Raket və Artilleriya Qoşunları, eləcə də digər təminat hərbi hissələrində təşkil edilmiş mərasimlərdə rituala uyğun olaraq döyüş bayrağı sıra meydanına gətirilərək Dövlət himni ifa edilib və tədbir açıq elan olunub.

Sonra gənc əsgərlər təntənəli surətdə hərbi andı qəbul ediblər.

Andiçmə mərasimlərində hərbi hissələrin komandanlığı, şəhid ailələrinin üzvləri, yerli icra orqanları və ictimaiyyət nümayəndələri, veteranlar, əsgər valideynləri iştirak ediblər.

Rəsmi mərasim başa çatdıqdan sonra konsert proqramı təşkil olunub və valideynlərə hərbi hissələrdə yaradılmış şərait nümayiş etdirilib.

Ordu.az

Foto

Teqlər: MN   Andiçmə  

Xəbər lenti

Hərbi hissələrdə andiçmə mərasimi keçirilib - FOTOLAR

2018/05/26_1525970647.jpg
Oxunub: 1125     19:26     10 May 2018    