Paşinyan başa düşməlidir: Azərbaycanla yeni müharibə Ermənistanı çökdürəcək – SORĞU

2018/05/435_1525763387_1525961943.jpg
Oxunub: 11185     22:23     10 May 2018    
Gözlənildiyi kimi, xalqın Sarkisyan rejimindən narazıçılığı dalğasında hakimiyyətə gələn Ermənistanın yeni baş naziri Nikol Paşinyan dərhal Dağlıq Qarabağ ətrafında Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsinə radikal mövqe tutdu. İşğal edilmiş Azərbaycan ərazilərinə səfər etməklə və orada bir neçə provokasiya xarakterli bəyanat verməklə Paşinyan, baş nazir vəzifəsində “Qarabağ klanı”ndan olan “qartal”lara istinad etmək, həmçinin Qarabağ münaqişəsinin beynəlxalaq hüquq və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində yol verməyəcəyi generalitetə istinad edəcəyini göstərdi.

Paşinyan öz prokovasiya xarakterli rotorikasında nə qədər uzağa gedə bilər? Bəlkə, bu, ictimaiyyət üçün oyun və xalqın daxili problemlərdən yayındırılmasıdır? Ordu.az məşhur ekspertlərdən bu suallara cavab verməyi xahiş edib.

Qazaxıstan politoloqu Aydos Sarımın sözlərinə görə, Qarabağda münaqişənin eskalyasiyası təxminedilməz nəticələrə səbəb ola bilər.

“Mənə elə gəlir ki, Paşinyan hakimiyyətlə olan partiyanın şərtlərini qəbul edəndə və seçkilərsiz baş nazir olmağa razılıq verəndə, səhv etdi. Belə vəziyyət onu daha zəif edir və o, yenə də arxasında “Qarabağ klanı”ndan olan olan “qartal”ların dayandığı parlament üstünlüyünün əsiri ola bilər.

Aydındır ki, Qarabağa gəlmək regiondakı gərginliyin provokasiyası kimi qiymətləndirilən böyük səhv olacaq. Elit parçalanmanı birəşdirmək, çox yüksək vətənpərvərliyi nümayiş etmək cəhdləri edən yeni Ermənistan hökuməti Azərbaycanla münaqişənin eskalyasiyasına qədər irəliləyə bilər. Bu çox təhlükəli və uzaqgörənlikdən məhrum siyasətdir və onun nəticələri yetərincə təxminedilməz ola bilər”, - deyə Sarım bildirib.

Beynəlxalq münasibətlər sahəsində İsrail eksperti Arye Qutun sözlərinə görə, Ermənistanda etirazçıların qalib gəlməsinə baxmayaraq, ölkədə daxili siyasi haçalanma qalmaqda davam edir.

“Əgər buraya yeni baş nazirin hələlik çoxsaylı iqtisadi problemlərin aradan qaldırılmasına dair proqramının olmadığını əlavə etsək, aydın olur ki, hakimiyyətin saxlanılması üçün yeganə mümkün və yoxlanılmış vasitə Azərbaycanla gərginliyin provokasiyasıdır. Paşinyan başa düşə bilmədi ki, onun işğal edilmiş Azərbaycan ərazisinə səfəri və oradakı provokasiya xarakterli bəyanatları gərginliyin artmasına səbəb olacaq. Lakin onun başqa yolu yoxdur, daxili problemləri xarici rəqibin ayağına yazmaq üçün o, vəziyyətin provokasiyasına nail olmalı idi.

Lakin əminəm ki, Paşinyan bundan o yana getməyəcək. O, Azərbaycanla bilavasitə toqquşmanın Ermənistanın birmənalı şəkildə və tamamilə məhvinə səbəb olacağına dair özünə hesabat verir. Mən hətta Azərbaycanla Ermənistanın hərbi potensialını müqayisə etmək istəmirəm, belə ki, bu, müqayisəolunmaz şeylərdir. Buna görə də Paşinyan siyasətini iti sərhəddə balanslaşdırmağa çalışacaq və bir tərəfdən də vəziyyəti onun özü və bütövlükdə Ermənistan üçün geri qaytarılması mümkün olmayan nəticələrə səbəb olacaq nöqtəyə gətirməməyə çalışacaq”, - deyə A. Qut açıqlayıb.

Öz növbəsində türkiyəli analitik Engin Özər bildirib ki, Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tənzimlənməyincə, Ermənistan regional təcrid və küncdə qalacaq.

“Görünən budur ki, Paşinyan Qarabağa gəlişi ilə erməni cəmiyyətinin bir hissəsi olan və militarist mövqelərdə dayanan “Qarabağ klanı” nümayəndələrinin dəstəyini almağa cəhd edir. Lakin başa düşmək lazımdır ki, Azərbaycanı provokasiya etməklə Ermənistan məğlub olacaq. Hazırda Azərbaycan Ordusu ermənilərinkindən dəfələrlə güclüdür və ermənilər azərbaycanlıların zərbələri qarşısında uzun müddət tap gətirə bilməzlər. Düşünürəm ki, istənilən halda müharibə qaçınılmazdır”, - Özər vurğulayıb.

Rusiyalı jurnalist-analitik, xalqlararası münqaişələr üzrə mütəxəssis Yevgeni Mixaylov hesab edir ki, Paşinyanın davranışı və provokativ çağırışları Ermənistanda çox dərin böhrana səbəb olacaq.

“Hələ Paşinyanın təyin edilməsinə qədər bir çoxları onun Ermənistanı sülh və çiçəklənməyə gətirəcəyi barədə illüziyalar bəsləyirdilər. Lakin onun rəsmi siyasi karyerasının ilk günlərindən bəlli olur ki, Paşinyan öz sələfi Sarkisyandan daha çox radikaldır və dayanıqlı deyil. Qarabağa gəlməklə Paşinyan dərhal dünya ictimaiyyətinə təzyiq etmək məqsədilə bu ərazilərin tanınmasından bəhs etdi ki, Bakı öz torpaqları uğrunda mübarizə aparmaqdan imtina etsin.

Aydındır ki, siyasətçi kimi Paşinyan zəifdir. O, radikaldır və Qərb strukturları tərəfindən dəstəklənir. Hətta rus politoloqu Gevorq Mirzəyan öz müsahibələrinin birində etiraf etdi ki, Paşinyanın davranış və çağırışları Ermənistanda çox dərin böhrana və xalq kütlələrinin dəstəklədikləri şəxslə bağlı üzüntülü təəccübə səbəb olacaq.

Azərbaycanla normal dialoq yolları axtarmaq yerinə Paşinyan faktiki olaraq Qarabağ münaqişəsinin diplomatik həllinə heç bir şans vermir. Bu, onun heçliyə aparan yoludur. Lakin yenə də ümid edirəm ki, ermənilərin öz içində mövcud olan sağlam fikir seçilmiş baş nazirin müharibə yönlü tonuna qalib gələcək”, - deyə Mixaylov bildirib.

Bəhram Batıyev
Ordu.az

Teqlər: Paşinyan   Ermənistan-Azərbaycan   Qarabağ   Müharibə  

Paşinyan başa düşməlidir: Azərbaycanla yeni müharibə Ermənistanı çökdürəcək – SORĞU

2018/05/435_1525763387_1525961943.jpg
Oxunub: 11186     22:23     10 May 2018    