Xəzər Dənizi Flotiliyası BTR-82A-larla təchiz edilib

2018/05/3453_1525931655.jpg
Oxunub: 1787     13:52     10 May 2018    
“Rusiya Silahlı Qüvvələrinin Xəzər Dənizi Flotiliyası yeni BTR-82A zirehli transportyorlarla təchiz edilib”.

Ordu.az 10 “Voyenno-promışlennıy kuryer” nəşrinə istinadən xəbər verir ki, bu barədə Rusiya Cənub Hərb Dairəsi mətbuat xidmətinin rəisi Vadim Astafyev bəyan edib.

“Artıq 30-a yaxın döyüş maşını Xəzər Dənizi Flotiliyasına təhvil verilib. Ekipajlar öncədən Cənub Hərb Dairəsi hərbi hissələrində bu maşınların idarə edilməsi üzrə təlimlər keçiblər”, - deyə Astafyev bildirib.

O qeyd edib ki, BTR-82A-ların Xəzər Dənizi Flotiliyasının dəniz piyadalarına verilməsi hərb dairənin müasir silah nümunələri ilə təchiz edilməsi planı çərçivəsində həyata keçirilib.

Ağalar Qəribov
Ordu.az

Teqlər: BTR-82A   Xəzər-Dənizi-Flotiliyası  

Xəzər Dənizi Flotiliyası BTR-82A-larla təchiz edilib

2018/05/3453_1525931655.jpg
Oxunub: 1788     13:52     10 May 2018    