Müdafiə Nazirliyi hərbi-vətənpərvərlik marafonu keçirib - FOTOLAR

2018/05/514_1525889388.jpg
Oxunub: 1569     02:10     10 May 2018    
Böyük Vətən müharibəsində faşizm üzərində qələbənin 73-cü ildönümü ilə əlaqədar Müdafiə Nazirliyinin təşkilatçılığı ilə “Qələbə bayrağına düzlən!” devizi altında hərbi-vətənpərvərlik marafonu keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, layihənin müəllifi Əməkdar incəsənət xadimi, Müdafiə Nazirliyinin əməkdaşı, polkovnik Abdulla Qurbanidir. Azərbaycan Ordusunun birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrinin şəxsi heyəti hərbi-vətənpərvərlik marafonu çərçivəsində Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə ucaldılmış abidə kompleksləri, qardaşlıq qəbristanlıqlarını, memorial muzeyləri ziyarət edib, veteranlarla, müharibə qəhrəmanlarının ailə üzvləri ilə görüşüb, kütləvi təbliğat və təşviqat işi aparıblar.

Tədbirlərdə çıxış edən A.Qurbani bildirib ki, keçirilən belə tədbirlər şəxsi heyətin döyüş ruhunun, mənəvi-psixoloji hazırlığının, vətənpərvərlik və düşmənə nifrət hissinin daha da yüksəldilməsində böyük əhəmiyyət kəsb edir. Vətən əsgərləri ata-babaların şanlı döyüş və zəfər yolunu dərindən öyrənməklə yanaşı, əcdadların qəhrəmanlıq ənənələrini şərəflə davam etdirəcəklərinə and içib, tezliklə xalqımıza Qarabağdan qələbə müjdəsi gətirəcəklərinə söz veriblər.

1945-ci il mayında Berlində Reyxstaq binası üzərinə sancılan Qələbə və Azərbaycan milli atıcı diviziyalarının döyüş bayraqlarının hazırlanmış surətini daşıyan hərbi qulluqçular Qazax şəhərinin mərkəzi küçəsi ilə irəliləyərək öncə Sovet İttifaqı Qəhrəmanı Müseyib Allahverdiyevin abidəsi önünə toplaşıb və qəhrəmanın xatirəsini ehtiramla yad ediblər.

Layihə rəhbəri marafon iştirakçılarının nəzərinə çatdırıb ki, Müseyib Allahberdiyev 1909-cu ildə Qazax rayonunda anadan olub. 1936-cı ildə hərbi-siyasi məktəb bitirib və müharibənin ilk günlərindən döyüşlərə atılıb. Tabor komandiri kimi Moskva ətrafında gedən döyüşlərdən başlayaraq Budapeştə qədər şərəfli döyüş yolu keçib. Onun komandiri olduğu tabor Dunay çayını keçərək Macarıstan ərazisində ağır döyüşlərdə əsl fədakarlıq göstərib. 1944-cü ilin dekabr ayının ilk günündə tabor düşmənin 500 döyüşçüsünü məhv edib, 2 min 200 nəfəri əsir götürüb, Budapeştin azad edilməsində isə xüsusilə fərqlənib. Müharibədə göstərdiyi sücaətə görə 1945-ci il martın 24-də Sovet İttifaqı Qəhrəmanı adına layiq görülən Müseyib Allahverdiyev müharibədən sonra Vətənə qayıdaraq ömrünün sonuna kimi xalqına sədaqətlə xidmət edib.

Qəhrəmanın oğlu Şamil Allahverdiyev atası haqqında xatirələrini danışıb. Atasının 1969-cu ilin may ayında dünyasını dəyişsə də onun daim yad edildiyini, xatirəsinin əziz tutulduğunu minnətdarlıqla vurğulayıb. Haqqında kitabların yazıldığını, adının əbədiləşdirildiyini, abidəsinin ucaldıldığını deyən qəhrəmanın oğlu bu gün Azərbaycan əsgərinin ataların şanlı döyüş yolunu uğurla davam etdiriklərindən fəxrlə danışıb. O əminliklə ifadə edib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və digər rayonlarımız işğaldan azad ediləcək, ərazi bütövlüyümüz təmin olunacaq.

Əməkdar incəsənət xadimi, Azərbaycan Yazıçılar Birliyinin Qazax bölgə filialının sədri, şair-publisist Barat Vüsal çıxış edərək 1941-1945-ci illər müharibəsində bütün xalqımız kimi qazaxlıların da müsəlləh əsgər olduqlarını, həm ön, həm də arxa cəbhədə qələbə naminə böyük hünər göstərdiklərini qeyd edib.

Şairin vətənpərlik mövzusunda söylədiyi şeirləri əsgərlərdə böyük ruh yüksəkliyi yaradıb.

Sonra hərbi qulluqçular Ağstafa rayonunun Dağkəsəmən kəndinə gedərək qəhrəmanın məzarını ziyarət ediblər.

Məzar üzərində keçirilən xatirə mitinqində qəhrəmanın böyük oğlu, istefada olan polis general-mayoru Abdulla Allahverdiyev göstərilən diqqət və ehtirama görə Prezident İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib.

“Qələbə bayrağına düzlən” marafonunun iştirakçıları Qazax rayonunun Yuxarı Daşsalahlı kəndində yenidən bərpa edilmiş Böyük Vətən Müharibəsi qəhrəmanlarının xatirə kompleksini ziyarət ediblər. Burada keçirilən böyük izdihama qoşulan marafon iştirakçıları rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov tərəfindən mükafatlandırılıblar.

Daha sonra marafon estafetini Tovuz rayonunun cəbhəyanı yaşayış məntəqəsi olan Ağdam kəndinin igid müdafiəçiləri qəbul ediblər. Burada Sovet İttifaqı Qəhrəmanları Yusif Sadıxov, Mərdan Musayev və Məstan Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib.

Qeyd olunub ki, Yusif Sadıxov Ağdam kəndində anadan olub. Böyük Vətən Müharibəsi illərində artilleriya bölməsinin komandiri kimi Moskva şəhərinin müdafiəsində, Ukrayna və Belarusiyanın azad edilməsində, eləcə də Berlinə hücum əməliyyatında və Reyxstaqın alınmasında fəal iştirak edib. 1945-ci ilin mayında Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Müharibədən sonra Tovuz şəhərində məsul vəzifələrdə çalışan Sovet İttifaqı Qəhrəmanı Yusif Sadıxov 1971-ci il iyulun 11-də vəfat edib.

Daha bir Sovet İttifaqı Qəhrəmanı, 1907-ci il yanvarın 1-də Tovuzun Əlimərdanlı kəndində anadan olan Mərdan Musayev haqqında onun bacısı oğlu Nizami Qurbanov ətraflı məlumat verib.

Qeyd edilib ki, müharibə illərində motoatıcı bölmənin komandiri olan Mərdan Musayev Dnepr çayını ilk keçənlərdəndir. Borisov şəhəri uğrunda aparılan döyüşlərdə xüsusilə fərqlənib. İnqulets çayı yaxınlığında öz sinəsini qabağa verərək tabor komandirinin həyatını xilas edib və çoxlu sayda faşisti zərərsizləşdirib. Döyüşlərin birində ağır yaralanmasına baxmayaraq, düşmənə xeyli itki verib, düşmənin dəzgahlı pulmyotunu ələ keçirərək onların öz silahı ilə 20-dən çox faşisti məhv edib. İgidlik və cəsurluğuna görə "Şöhrət" ordeninin hər üç dərəcəsi ilə təltif olunub. 1944-cü il iyunun 3-də ona Sovet İttifaqı Qəhrəmanı adı verilib. Müharibədən sonra Mərdan Musayev ömrünün sonunadək Tovuz rayonunda çalışıb.

Məzarı uzaq Almaniyada olan Sovet İttifaqı Qəhrəmanı Məstan Əliyev haqqında onun qardaşı qızı Şəfiqə Əliyeva məlumat verib.

Bildirib ki, onun əmisi 1918-ci ildə Əsrik Cırdaxan kəndində anadan olub. Kənd məktəbində müəllim işləyib. 1939-cu ildə hərbi xidmətə çağrılıb və müharibə başladığı ilk gündən 47-ci ordunun tərkibində döyüşüb. Oder çayının sol sahilində onun komandiri olduğu bölmə düşmənin 72 əsgər və zabitini əsir götürüb. Məstan Əliyev şəxsən özü 20-dən çox faşisti məhv edib. 1945-ci ilin aprelində Berlin uğrunda döyüşlərdə əsl qəhrəmanlıq göstərərək həlak olub. 1945-ci il mayın 31-də ölümündən sonra Məstan Əliyev Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.

Hazırda Məstan Əliyevin qəbri Almaniyada qardaşlıq qəbristanlığındadır. Vətəndən uzaqlarda dəfn olunsa da, onun xatirəsi öz doğma vətənində də əziz tutulur, xatirəsi əbədiləşdirilib.

Qələbə bayrağı və milli diviziyaların döyüş bayraqları ilə Gəncəyə gələn marafon iştirakçılarından estafeti Gəncə qarnizonunun gənc əsgərləri qəbul ediblər. Onlar birlikdə Gəncə şəhərindəki Xan bağı mədəniyyət və istirahət parkına gələrək burada dəfn olunmuş ilk azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun məzarını ziyarət ediblər.

Məlumat verilib ki, Məmmədovlar ailəsi 1919-cu ildə Şəmkirin Qapanlı kəndindən Gəncəyə köçüb və elə həmin ildə də İsrafil Məhərrəm oğlu bu şəhərdə anadan olub. 1938-ci ildə hərbi xidmətə çağrılıb və müharibənin ilk günlərindən döyüşlərdə iştirak edib. 1941-ci ilin dekabrında Şimal-qərb cəbhəsində xüsusilə fərqlənib. Novqorod vilayətinin Pustinka kəndi yaxınlığında əsl qəhrəmanlıq nümunəsi göstərib və azərbaycanlılar içərisində ilk olaraq Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Cəbhə komandanı general-leytenanat Kuroçkin şəxsən özü döyüş meydanında Lenin ordeni və Sovet İttifaqı Qəhrəmanının “Qızıl Ulduz”unu İsrafil Məmmədova təqdim edib. O vaxtlar həm ön cəbhədə, həm də arxa cəbhədə “məmmədovçular” hərəkatı geniş vüsət almışdı.

Görkəmli yazıçımız Mir Cəlal Paşayev hələ müharibə illərində İsrafil Məmmədov haqqında oçerklər yazmış, 1942-ci ildə "İsrafil" kitabı nəşr olunmuşdur.

Gəncə şəhərində, Xan bağında İsrafil Məmmədovun məzarüstü abidəsi önündə keçirilən tədbirdə Böyük Vətən müharibəsi veteranı 97 yaşlı Tofiq baba cəbhə xatirələrini danışıb, gənc əsgərlərə ağsaqqal öyüd-nəsihəti verib, hərbi qulluqçular isə çıxış edərək ata-babaların qəhrəmanlıq ənənələrini şərəflə davam etdirəcəklərinə söz veriblər.

Marafon müddətində Gəncə Qarnizonu Zabitlər Evinin səyyar təşviqat dəstəsi müharibə illərinin mahnı və hərbi marşlarını təqdim edib.

Ordu.az

Foto

Teqlər: Müdafiə-Nazirliyi   Hərbi-vətənpərvərlik-marafonu  

Müdafiə Nazirliyi hərbi-vətənpərvərlik marafonu keçirib - FOTOLAR

2018/05/514_1525889388.jpg
Oxunub: 1570     02:10     10 May 2018    