Merkelin tərəfdarı hərbi büdcəni artırmağı təklif edib

2018/05/1862_1525420690.jpg
Oxunub: 3451     16:03     04 May 2018    
“Almaniya büdcəsindən müdafiə xərclərinə ayrılan vəsaitlərin artırılmasını dəstəkləyirəm”.

Ordu.az “Reuters” nəşrinə istinadən xəbər verir ki, bu barədə Xristian-demokratik və Xristian-sosial ittifaqlarının Almaniya parlamentindəki fraksiyasının rəhbər müavini Yohan Vadeful bəyan edib.

“Koalisiyanın razılaşması aydındır. Əksər dölvətlər həm müdafiə sahəsi, həm də yardım və inkişaf məsələlərində beynəlxalq öhdəliklərini yerinə yetirməyə razılıq verir. Almaniya da belə davranmalıdır”, - deyə Vadeful bildirib.

O qeyd edib ki, 2021-ci ilədək Almaniya müdafiə büdcəsinin ÜDM-dən 1,5 faizədək artırılması tamamilə normaldır.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   Müdafiə-büdcəsi  


Bizi "telegram"da izləyin