Makron: “İran nüvə silahına malik olmalı deyil”

2018/04/45765_1525095736.jpg
Oxunub: 2896     21:41     30 Aprel 2018    
“İran heç vaxt nüvə silahına malik olmalı deyil, beynəlxalq və regional stabillik bundan asılıdır”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron öz “Twitter” səhifəsində məlumat yerləşdirib.

Fransa prezidenti məlumatda Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı barədə məlumatı və söhbətin əvvəlinin qısa videoyazısını yerləşdirib.

“Vladimir Putinlə söhbət çərçivəsində də bunu müzakirə etdik. İran heç vaxt nüvə silahına malik olmamalıdır”, - deyə Makron bildirib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Makron   İran   Nüvə-silahı  


Bizi "telegram"da izləyin