Putin və Makron İranın nüvə müqaviləsini müzakirə ediblər

2018/04/1787_1525091389.jpg
Oxunub: 2005     20:28     30 Aprel 2018    
Rusiya və Fransa prezidentləri Vladimir Putin və Emmanuel Makron telefon danışığı çərçivəsində İranın nüvə proqramı üzrə birgə fəaliyyət planını müzakirə ediblər.

Ordu.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

“Fransa tərəfinin təşəbbüsü üzrə Rusiya prezidenti Vladimir Putin və Fransa prezidenti Emmanuel Makron arasında İranın nüvə müqaviləsinə dair məsələ müzakirə olunub. Prezidentlər müqavilənin şərtlərinin razılaşması mövqeyindən çıxış ediblər”, - deyə məlumatda bildirilir.

Məlumatda həmçinin digər aktual beynəlxalq məsələlərin müzakirə edildiyi də qeyd olunub.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Fransa   Vladimir-Putin   Emmanuel-Makron  


Bizi "telegram"da izləyin