Almaniya bu ölkələrə qarşı silah satışını məhdudlaşdıracaq

2018/04/345345_1524913589.jpg
Oxunub: 2261     20:05     28 Aprel 2018    
Almaniya Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirliyi və Türkiyəyə silah satışını məhdudlaşdırmağı nəzərdən keçirir.

Ordu.az “Al Jazeera” agentliyinə istinadən xəbər verir ki, ölkədə fəaliyyət göstərən sosial-demokrat partiyası parlamentə məhdudlaşdırmanı nəzərdə tutan qanun layihəsi təklif edib.

Partiya üzvlərinin sözlərinə görə, məhdudlaşdırmaya səbəb bu ölkələrin davam edən hərbi münaqişələrdə olmasıdır.

Qanun layihəsində Almaniya və Türkiyə arasında olan “Leopard” tanklarına dair müqavilənin də ləğv olunması təklif olunur.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı 2013-2017-ci illər ərzində Almaniyadan ən çox silah alan 3 ölkədən biri olub. Bu müddət ərzində Krallığa ümumilikdə 1,2 trilyon dollar dəyərində silah satılıb.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   Silah-satışı  


Bizi "telegram"da izləyin