Ordu.az “Reuters”ə istinadən xəbər verir ki, əsas gərginlik yaradan sahə Trampın NATO üzvlərinə qarşı qoyduğu müdafiə büdcəsinə dair tələbdir.
Bildiyimiz kimi Tramp NATO daxilində yükün daha balanslı paylanmasını təmin etmək məqsədilə bu ölkələrin öz müdafiə büdcələrini ÜDM-nin 2%-nə çatdırmasını istəyir.
Lakin hələlik Almaniya bu tələbin yerinə yetirilməsi istiqamətində ciddi tədbirlər görməkdən boyun qaçırır.
Görüşdən sonra açıqlama verən Tramp yenidən bu məsələyə toxunub: “Bizim qarşılıqlı əlaqəyə ehtiyacımız var, hansı ki, hazırda bu əlaqəni görə bilmirəm. Bunun üzərində işləyirik. Bu əlaqələri daha ədalətli və etibarlı etmək istəyirik”.
Ağalar Ağalarlı
Ordu.az