Pompeo Almaniyanı müdafiə büdcəsini artırmağa səsləyəcək

2018/04/469464645_1524830743.jpg
Oxunub: 1752     20:10     27 Aprel 2018    
Vəzifəyə yenicə təsdiqlənmiş ABŞ Xarici İşlər naziri Mayk Pompeo bu gün NATO-ya üzv ölkələrin Xarici İşlər nazirlərinin görüşündə iştirak etmək məqəsdilə Brüsselə səfər edib.

Ordu.az “Stripes”ə istinadən xəbər verir ki, o, Brüsseldə olarkən Almaniyanı müdafiə büdcəsini artırmağa təşviq edəcək.

İclasda Suriya, Rusiya, terrorizm və digər məsələlər də müzakirəyə qoyulacaq. Lakin ABŞ Dövlət Katibinin gündəmində olan bir nömrəli məsələ NATO-nun hərbi yükünün üzv ölkələr arasında proporsional paylanmasına nail olmaqdır.

Qeyd edək ki, NATO üzv ölkələrdən müdafiə büdcələrinin ÜDM-nin 2 faizinə çatdırılmasını tələb edir. Hələlik bu tələbi beş dövlət qarşılamağa nail olub. Bu il daha üç dövlətin bu sıraya daxil olması gözlənilir. Lakin Almaniya kimi bəzi əsas dövlətlər bu tələbin təmin olunması ilə bağlı heç bir ciddi tədbirlər görməyib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Almaniya   Pompeo   NATO  


Bizi "telegram"da izləyin