Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının tədqiqat və innovasiya üzrə müvəkkili Karlos Moedas danışıb.
Xatırladaq ki, Fransa prezidenti Emmanuel Makron Aİ nəzdində DARPA-ya oxşar qurumun yaradılmasını təklif edib. O, belə bir qurumun Avropanı texnologiya sahəsində çox irəli apara biləcəyini iddia edib.
Dünən Brüsseldə baş tutan mətbuat konfransında jurnalistlərlə görüşən Moedas İttifaqın yanaşmasının bir qədər fərqli olduğunu və Makronun irəli sürdüyü təklifin qəbul edilmədiyini bildirib.
Ağalar Ağalarlı
Ordu.az