Halqa strategiyası: Ankaranın dünyada hərbi baza və sülhməramlı mövcudluğu – ARAŞDIRMA (İNFOQRAFİKA)

2018/04/5464564611111_1524650164.jpg
Oxunub: 4877     16:57     25 Aprel 2018    
Bir ölkənin başqa bir ölkədə hərbi baza yaratması yalnız böyük hərbi güclərə məxsus olan bir imkan kimi dəyərləndirilir. Amerika Birləşmiş Ştatları xarici ölkələrdə ən böyük hərbi bazası olan ölkələr arasında birinci sırada yer alır. Xarici hərbi bazaların əksəriyyətinə sahib olan ABŞ, bu əsaslarla dünyanın hər hansı bir nöqtəsində saniyələr ərzində əməliyyat keçirmək qabiliyyətindədir.

Dünyanın demək olar ki, hər bir regionunda bazalarını yerləşdirən ABŞ ilə yanaşı Rusiya, Türkiyə, Yaponiya, Fransa və Böyük Britaniya da öz ərazilərinin xaricində hərbi bazaları olan ölkələrdəndir.

Milli müdafiə sənayesi dünyada Türkiyənin nüfuzunu artırır

Türkiyə də xaricdə hərbi bazası olan məhdud sayda ölkələr arasında yer alır. Türkiyə, digər ölkələrdən fərqli olaraq hərbi bazalarını yerləşdirdiyi dost və müttəfiq ölkələrdə sülh və rifahın təminatçısı rolunda çıxış edir. Müdafiə sanayesindəki yerli və milli silahların istehsalında əldə olunan yüksək nəticələr Türkiyənin dünyadakı nüfuzunu gücləndirdi. Milli silahları və təchizatları ilə Suriya və İraqda müvəffəqiyyətli hərbi əməliyyatlar həyata keçirən Türkiyənin adı dünyada daha çox eşidilməyə başlandı. Xüsusilə 100 il əvvəl məcburən çəkildiyi bölgələrə yenidən dönən Türkiyə, ən strateji ərazilərdə hərbi bazalar quraraq regiondakı gücünü artırmaqda davam edir.

Yaxın Şərqə dönüş

Türkiyə Yaxın Şərq başda olmaqla, 12 ayrı ölkədə öz hərbi bazasını açaraq münaqişəli bölgələrdə söz sahibinə çevrilib. Suriyadakı "Fırat Qalxanı" və "Zeytun Budağı" kimi müvəffəqiyyətli əməliyyatlara imza atan Türkiyə, Yaxın Şərqdə əlini gücləndirdi. İraq, Suriya, Qətər və Somalidəki hərbi bazaların açılmasından sonra bir-birini təqib edən hadisələr Türkiyənin kritik hücumlarının müvəffəqiyyətlə nəticələnməsinə yardımçı oldu. Xüsusilə, Qətərdəki Türkiyə hərbi bazası müttəfiqinin ərəb mühasirəsindən azad edilməsində və BƏƏ tərəfindən planlanan çevriliş cəhdinin qarşısını alınmasında əldə etdiyi müvəffəqiyyət Ankaranın güc və nüfuzunun artmasına səbəb oldu.

Bütün bunların ardından Sudana rəsmi səfər edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Afrikanın qapısı hesab olunan Sevakin adasının Türkiyəyə həvalə edilməsini təmin etməsi ilə Yaxın Şərqdə kritik bir çevrə xəttini çəkildi. Bununla da Türkiyə kritik 3 çevrə xətti ilə nüfuzunu daha da gücləndirdi.

Türkiyənin hərbi güc saxladığı ərazilərdə xəritə üzərində 3 kritik çevrənin ibarət olması nəzərə çarpır. Türkiyə Suriya, İraq, Qatar, Livan, Şimali Kipr və Somalidə inşa etdiyi bazalarla əhəmiyyətli nöqtələrdə yerləşə bildi. Azərbaycan ilə birgə hərbi manevr və əməkdaşlıq ilə Qafqazın qapısı yenidən Türkiyəyənin üzünə açıldı. Digər bir kritik baza Balkanlarda yaradıldı. Türkiyənin Bosniya və Herseqovina, Kosovo və Albaniyada yaratdığı çevrə xətti həm Balkanlarda, həm də Avropanın girişində yaradılan əhəmiyyətli bir strateji mövqeyə sahib olmaq kimi dəyərləndirilir.

Türkiyənin 12 zonalı strategiyası

Türkiyə əsgərləri hazırda Suriya, İraq, Qatar, Somali, Bosniya və Herseqovina, Kosovo, Albaniya, Livan, Əfqanıstan, Şimali Kipr və Azərbaycan daxilində xidmət edirlər. Bununla birlikdə Sevakin adasının Türkiyəyə həvalə edilməsi ilə birlikdə Sudan xarici işlər naziri İbrahim Qandura, Türkiyənin Sevakin adasında hərbi və mülki gəmilərinin təmirinə imkan verən liman inşa ediləcəyini bəyan etdi. Beləliklə, Türkiyə Sudanda da hərbi güc olaraq iştirak edəcək.

Ən təsirli hərbi əməliyyat Suriyadadır

Qanuni müdafiə çərçivəsindən öncə "Fırat Qalxanı", daha sonra "Zeytun Budağı" hərəkatına başlayan Türkiyə, Suriyada geniş bir coğrafiyada yerli əhlinin təhlükəsizliyini təmin etməkdədir. Həmin zamanda Türkiyə, İŞİD və PKK/PYD-yə qarşı güclü mübarizə apararaq müttəfiqlərinin sıx təzyiqləri ilə qarşı-qarşıya qalsa da əməliyyatı dayandırmadı.

Bu gün Əl-Babda, Azezdə, Cerablusda, İdlibdə, Buseyrada, Cinderesdə, Afrində bu əməliyyatların nəticəsi olaraq Türk əsgərləri vəzifə borclarını yerinə yetirirlər. Suriyada aparılan böyük əməliyyatlarda təxminən 10 min Türk əsgəri xidmət edir.

Türkiyə, sərhəd qonşusu Suriyada hələ də xalqın təhlükəsizliyinin və ehtiyaclarının qarşılanması üçün humanitar yardım və idarəetmənin bərpası istiqamətində çalışmalarını davam etdirir.

Xaricdəki hərbi bazalar

Türkiyənin ən çoxsaylı kontingentlərindən biri də İraqdakı hərbi bazasıdır. Bunlardan ən böyüyü Başika bazasıdır. Türkiyə hərbçiləri Başikada yerləşən bazada İraq Silahlı Qüvvələrinə İŞİD və PKK ilə mübarizə aparmaq məqsədilə təlim verirlər.

Şimali İraqda Bamerni, Kanimasi və Begovada Türkiyə hərbi bazaları mövcuddur. İraqdakı bazalarda təxminən 2500 Türk əsgəri xidmət edir.

"Zeytun Budağı" əməliyyatı çərçivəsində Suriyada əhəmiyyətli ərazilərin terrordan azad edilnməsində təxminən 10 min Türkiyə əsgəri mübarizəsini davam etdirir.

Türkiyənin Şimali Kiprdə 40000, Suriyada 10000, İrakda 2500, Əfqanıstanda 2000, Kosvada 400 , Qətərdə 200, Somalidə 200, Livanda 100, Azərbaycanda 70, Albaniyada isə 24 nəfərdən ibarət kontingenti xidməti vəzifələrini yerinə yetirir.

Qatarın blokadası aradan qaldırıldı

Bəsrə körfəzində ən vacib və strateji mövqeyə sahib olan Qətərdə 3000 nəfərlik bir Türkiyə bazası mövcuddur. Burada xidmət edən hərbi personalın fəaliyyəti nəticəsində əvvəlcə Qətərin hərbi və iqtisadi baxımdan mühasirəyə alınması önləndi, sonra isə Birləşmiş Ərəb Əmirlikləri tərəfindən planlanan saray çevrilişinin qarşısı alındı. Hazırda bu bazada 300 nəfərdən ibarət şəxsi heyət hərbi xidmətini davam etdirir.

Xaricdə ən böyük baza

Afrikanın buynuzu olaraq adlandırılan Somali kimi strateji bölgədə, Türkiyənin xaricdəki ən böyük hərbi bazası fəaliyyət göstərir.

Somalidə Türkiyə hərbi bazası

2017- ci ilin sentyabrında paytaxt Moqadişidə Somali ordusuna təlim vermək məqsədilə Türkiyə tərəfindən inşa edilən Somali Hərbi Məktəbi, Gizirlər Məktəbi və Birgə Təlim Mərkəzinin açılışı oldu. Təlim mərkəzləri dekabr ayında ilk məzunlarını xidmətə yola saldı. İlkin mərhələdə bazada 200 tür əsgər xidməti vəzifələrini yerinə yetirməyə başladı.

Türkiyə ABŞ, Fransa, İngiltərə və Yaponiyadan sonra Afrikada hərbi bazaya sahib 5-ci ölkə oldu.

Dairənin son halqası Sevakin

Məqalənin əvvəlində Sevakin adasının Türkiyəyə həvalə edilməsi ilə bağlı Sudan xarici işlər naziri İbrahim Qanduranın bəyanatı barədə məlumat verdik. Bəyanata görə, Türkiyə Sevakin adasında hərbi və mülki gəmilərin təmirini, təchizatını həyata keçirə biləcək liman inşa edəcəkdi. Sevakin Adası Osmanlı İmperiyası dövründə Sudanın ən əhəmiyyətli limanı idi və ada Afrikanın Həcc qapısı kimi tanınırdı. Türkiyə, limanı yenidən bərpa edərək xidmət verə biləcək vəziyyətə gətirəcək.

Sevakin adasının havadan görünüşü

Şimali Kiprdə bir ordu

Şimali Kiprin təhlükəzliyinin zəmanəti olan Türkiyə regionda ordu səviyyəsində hərbi qüvvə saxlayır. Türkiyənin bölgədə təxminən 40 min hərbçisi aktiv olaraq vəzifələrini icra edir. Kipr sahilləri, Şərqi Aralıq dənizində hakim mövqeyə sahib olan ən strateji akvatoriyalardan biri hesab olunur.

Türkiyənin adada 40 min əsgəri mövcuddur

Yaxın Şərqdəki zəif nöqtə

Livanda təxminən 100 nəfərdən ibarət Türkiyə əsgəri heyəti Birləşmiş Millətlər Təşkilatının Müvəqqəti Qüvvələrinin (UNIFIL) tərkibində xidmət edir. Burada TSK üzvlərinin əsas vəzifəsi sülhməramlı əməliyyatları həyata keçirməkdir.

Livanda sülhü dəstəkləmək üçün göndərilən Türkiyə əsgələri

Qafqaza açılan qapı

Azərbaycan Ordusunun və qardaş Türkiyə Ordusunun şəxsi heyəti müxtəlif sahələrdə birgə əməkdaşlıq edir, təcrübə mübadiləsi həyata keçirirlər. Hər iki dost ölkənin hərbçiləri, o cümlədən HHQ-nin pilotları davamlı olaraq "TurAz Qartalı" təlimlərində iştirak edirlər. Əməkdaşlıq 20 ildən artıq müddətdir ki, davam edir. Dağlıq Qarabağ münaqişəsinin ilk günlərindən Türkiyəli zabitlər yeni yaranmaqda olan Azərbaycan Ordusunun formalaşdırılmasında məsləhətçi qismində bütün təlim mərkəzlərində fəaliyyət göstərirdilər. Türkiyənin ölkəmizdə təxminən 70 nəfərdən ibarət məhdud kontingenti xidmət edir.

"TurAz Qartalı - 2017" birgə taktiki təlimlərindən görüntü

Adriatik dənizində yeganə hərbi baza

1997-ci ildə Albaniyada meydana gələn vətəndaş müharibəsi və qarışıqlıq nəticəsində dağıdılan Vlore şəhərindəki Adriatik dənizi sahilindəki Paşalimanı obyektlərinin yenidən qurulmasından dərhal sonra Tükiyənin Hərbi Dəniz Qüvvələrinin Komandanlığının şəxsi heyəti limana yerləşdi. Bu günə qədər fasiləsiz fəaliyyət göstərən bazada hazırda 24 nəfərdən ibarət şəxsi heyət xidmət edir.

Adriatik dənizi sahilindəki Paşalimanı Dəniz Bazasında xidmət edən Türkiyə əsgərləri

Paşalimanında Türkiyəyə məxsus döyüş gəmisi

NATO Qüvvələri tərkibində Türkiyənin Hərbi Dəniz Qüvvələrinə aid TCG "Sokullu Mehmet Paşa" və TCG "Akçakoca" adlı gəmilər Albaniyanın ikinci ən böyük liman şəhəri Avlonyada yerləşir.

Təhlükəsizliyin təminatı Türk ordusu

Əfqanıstanda SEERBRİG Kabil Çoxmillətli Briqadasına daxil olmaqla,Türk əsgərləri müxtəlif bölmələrdə sülhməramlı vəzifələrini yerinə yetirirlər. SEEBRIG Kabildə yerləşdirilib. Əfqanıstan əsgərlərinin təlim prosesində Türkiyə hərbçiləri mühüm rol oynayır. Əfqanıstanda təxminən 2000 nəfərdən ibarət qoşun mövcuddur.

Əfqanıstanda xidmət edən Türkiyə qüvvələri

Balkanlara və Avropaya açılan qapıda kritik vəzifə

Kosovada Türk ordusu NATO-Sofa razılaşmasına uyğun olaraq xidmət göstərir. Kosovanın müxtəlif bölgələrdə təxminən 400 Türkiyə əsgəri sülhməramlı əməliyyatlar çərçivəsində xidməti vəzifələrini yerinə yetirirlər.

6 fərqli yerdə 239 əsgər

Türk ordusu Bosniya və Herseqovinanın altı müxtəlif məntəqəsində Avropa İttifaqının sülhü təmin etmək üçün nəzərdə tutulan EUFOR qüvvələrinin tərkibində fəaliyyətini qətiyyətlə davam etdirir. Aİ-nin həyata keçirdiyi ALTHEA (Bosniya və Herseqovina) əməliyyatı çərçivəsində Türkiyənin 239 personalı yer alır.

Türkiyə əsgərləri Bosniyada şəhid olan qardaşları üçün dua edir

Kosovada xidmət edən Türkiyə əsgərləri

Türkiyə hərbi bazalarına olan tələbat artır

Türkiyə Böyük Millət Məclisinin Milli Müdafiə Komissiyası tərəfindən yayılan məlumatda bildirirlər ki, türk qoşunlarının digər ölkələrdə də baza qurması üçün tələblər gəlməkdə davam edir. Bu çərçivədə hərbi texnika, silah və təchizat materialların satılması üzrə həm əvvəlki, həm də yeni saziş bağlanan ölkələrdə hərbi bazaların qurula biləcəyi ifadə edilir. Bunların başında ATAK helikopterinə sahib olan Pakistan, hərbi vasitələr satılan İndoneziya və Malayziya ilə birlikdə Səudiyyə Ərəbistanı da yer alır.

Bütün bunları ümumiləşdirirərək qeyd edək ki, Şərqi Aralıq dənizindən Afrika buynuzuna qədər geniş bir coğrafiyada hərbi bazalarının sayını sürətlə artıran Türkiyə sağlam bir təhlükəsizlik qurşağı yaratmaq üçün özünə ciddi siyasi-hərbi nüfuz qazanmağa çalışır. Qətərdəki bazada xidmət edən personalının sayı bu il 3000 nəfərə çatdırılacaq ki, bu da yerli ordunun 30 faizinə yaxındır. Hazırda inşa olunan TCG "Anadolu" çoxməqsədli amfibiya hücum gəmisinin (LHD) inşası yekunlaşmaq üzrədir. Gəminin uçuş zolağı şaquli enən və qısa məsafəli zolaqda havaya qalxa bilən F-35B qırıcılarının istifadəsinə imkan verir. Bu gəmi aviadaşıyıcı və üzən hərbi baza kimi fəaliyyət göstərəcək. Gəminin son nəsil F-35B qırıcılari ilə təminatına mane olan faktorlar arasında Ankaranın Rusiyadan S-400 ZRK alınmasına dair qərarı da yer alırdı. Lakin son günlərdə həm "Patriot", həm də F-35B-lərlə bağlı problemlərin həlli istiqamətində Vaşinqtondan müsbət cavab gəldi.

Türkiyə Pakistan, İndoneziya, Malaziya və Səudiyyə Ərəbistanında planlaşdırdığı baza infrastrukturunu qurduqdan sonra 15 hərbi baza və iştirakı ilə ciddi bir hegemon gücə çevriləcəkdir.

Yazıda "Yeni Şafak" qəzetinin məlumatlarına yer verilib
Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

Teqlər: Türkiyə   Hərbi-baza   Sülhməramlı-iştirak  

Halqa strategiyası: Ankaranın dünyada hərbi baza və sülhməramlı mövcudluğu – ARAŞDIRMA (İNFOQRAFİKA)

2018/04/5464564611111_1524650164.jpg
Oxunub: 4878     16:57     25 Aprel 2018    