ABŞ və Cənubi Koreya sammitinin keçirilmə vaxtı bəlli olub

2018/04/42778089_303345_1524634750.jpg
Oxunub: 945     13:35     25 Aprel 2018    
Cənubi Koreya və ABŞ prezidentləri arasında Amerika-Şimali Koreya sammiti öncəsi ikitərəfli görüş keçiriləcək.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya prezident administrasiyasından olan mənbələr məlumat yayıb.

Məlumata görə, sammit may ayının ortalarında keçirilə bilər.

Bu barədə qərarın dünən Vaşinqtonda Cənubi Koreya prezidentinin təhlükəsizlik məsələləri üzrə köməkçisi Çon In Yon və onun ABŞ-dan olan həmkarı Con Bolton arasında gedən danışıqlar çərçivəsində verildiyi bildirilir.

Görüşdə Tramp və Mun Çje İnin müzakirə edəcəyi əsas mövzuların aprelin 27-də keçiriləcək Koreyaarası sammitlə bağlı olacağı qeyd olunur.

Ağalar Qəribov
Ordu.az

Teqlər:

ABŞ və Cənubi Koreya sammitinin keçirilmə vaxtı bəlli olub

2018/04/42778089_303345_1524634750.jpg
Oxunub: 946     13:35     25 Aprel 2018    