Tayvan Pekinə çata bilən raketlər istehsal edəcək

2018/04/31224529_2525106067715546_507914654807228416_n_1524585978.jpg
Oxunub: 988     00:05     25 Aprel 2018    
Tayvanın aparıcı dövlət müdafiə texnologiyası və silahları üzrə tədqiqat və inkişaf institutu iki növ raketin istehsalına hazırlaşır.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu raketlərin 1000-2000 kilometr mənzilə sahib olacağı və Pekinə çata biləcəyi ehtimal edilir.

Bəzi mənbələr Tayvan Milli Elmlər və Texnologiya İnstitutunun Birləşmiş Ştatlardan 600 dəst halqa lazerli hiroskop və nəzarət panelinə aid detalları almağa çalışdığını bildirir.

Məlumata görə, bu detallar “Hsiung Feng IIE” yer-yer qanadlı raketin mənzilinin artırılmış versiyasının istehsalında istifadə ediləcək. Sözügedən hiroskoplar raketlərin sürət, yüksəklik, istiqamət və digər lazımı informasiyalara tabe olmasını və nəticədə hədəfi daha dəqiq vurmasını təmin edəcək.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Tayvan   Pekin.raket  

Tayvan Pekinə çata bilən raketlər istehsal edəcək

2018/04/31224529_2525106067715546_507914654807228416_n_1524585978.jpg
Oxunub: 989     00:05     25 Aprel 2018    