“Avstraliya NATO-nun ən yaxın partnyorlarından biridir” – Stoltenberq

2018/04/456456_1524575517.jpg
Oxunub: 816     17:11     24 Aprel 2018    
Avstraliyanın Baş naziri Malkolm Tornbulla görüşən NATO Baş katibi Yens Stoltenberq Avstraliyanın NATO-nun ən yaxın partnyorlarından biri olduğunu vurğulayıb.

Ordu.az NATO-nun rəsmi internet saytına istinadən xəbər verir ki, liderlər görüşdə NATO və Avstraliya arasında partnyorluğun gücləndirilməsi yollarını müzakirə ediblər.

Stoltenberq NATO-nun Əfqanıstandakı Qətiyyətli Dəstək Missiyasına göstərdiyi yardımdan dolayı təşəkkürünü bildirib. O, həmçinin Avstraliyanın Əfqanıstan təhlükəsizlik qüvvələrinə bu vaxta qədər çatdırdığı 400 milyon dollarlıq yardımdan məmnunluğunu dilə gətirib.

Qeyd edək ki, NATO və Avstraliya İŞİD-ə qarşı mübarizə aparan və İraq qüvvələrinin təlimini həyata keçirən beynəlxalq koalisiyanın üzvləridir. İyul ayında baş tutacaq sammitdən sonra NATO İraqda yeni təlim missiyası həyata keçirməyi planlaşdırır. Stoltenberq bu missiyanın NATO və Avstraliya qüvvələrinin birgə fəaliyyəti üçün yeni zəmin olacağını vurğulayıb.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Avstraliya   NATO   Stoltenberq  

Xəbər lenti

“Avstraliya NATO-nun ən yaxın partnyorlarından biridir” – Stoltenberq

2018/04/456456_1524575517.jpg
Oxunub: 817     17:11     24 Aprel 2018    