Türkiyə Marneuli aerodromunun modernləşdirilməsinə kömək edəcək

2018/04/18_04_24_15245675553453_1524573477.jpg
Oxunub: 1274     20:36     24 Aprel 2018    
Türkiyə Marneuli aerodromunun modernləşdirilməsi və müdafiə məqsədli zəruri malların təchizatında yardım göstərəcək.

Ordu.az xəbər verir ki, bu barədə “Qruziya Onlayn” nəşri məlumat yayıb.

Məlumata görə, bu məqsədlə Türkiyə Gürcüstana 5,5 milyon türk lirəsi ayıracaq. Həmçinin məqsədlə ötən illərdə 3,88 milyon dollar vəsait xərclənib.

Artıq 5,5 milyondan 1 milyon dolların Marneuli aerodromunun modernləşdirilməsinə xərclənəcəyi məlumdur, digər 4,5 milyon türkiyə lirəsi, həmçinin 2,88 milyon ABŞ dolları şərtləri məüyyənləşdirilməmiş hərbi mühəndis məktəbi üçün xərclənəcək.

Müqavilədə Gürrcüstanın məhsulları yalnız Türkiyədə fəaliyyət göstərən şirkətlərdən ala bilməsinə dair şərt də var.

Prosedura uyğun olaraq Gürcüstan Türkiyə Müdafiə Nazirliyinə tələblərin siyahısını göndərəcək, həmin siyahıda şirkətlər də göstəriləcək və əgər Türkiyə tərəfi bütün qeyd olunanları yoxlayaraq təsdiq edərsə, təchizat başlanacaq.

Qeyd edək ki, Gürcüstan və Türkiyə hökumətləri arasında hərbi əməkdaşlıq müqaviləsini parlamentlər də təsdiq etməlidir.

Ağalar Qəribov
Ordu.az

Teqlər: Türkiyə   Marneuli  

Türkiyə Marneuli aerodromunun modernləşdirilməsinə kömək edəcək

2018/04/18_04_24_15245675553453_1524573477.jpg
Oxunub: 1275     20:36     24 Aprel 2018    