Artilleriya komandanlığından uğurlu gediş: Minskdən Bakıya Çinin M20 raketləri ilə “Polonez” təqdimatı – HƏRBİ EKSPERT

2018/04/5_7622864255.jpg
Oxunub: 14167     20:17     24 Aprel 2018    
Əvvəlki yazılarımızda Polonez RYAS sistemi haqqında çox da yüksək fikirdə olmadığımı yazmışdım. Əslində Azərbaycan ordusu RYAS-larla kifayət qədər təhciz olunduğundan yeni bir oxşar sistemin silahlanmaya qəbul olunması ordumuza elə bir taktiki üstünlük verməyəcəkdi. Əksinə, ordumuzun silahlanmasında olan sistemlərin nomenklatur sayını artıraraq, onun logistik problemlərini artıracaqdı.

Əlbəttə ki, əgər bu sistemin taktiki imkanları NATO ordularının silahlanmasında olan HİMARS və M270 MLRS atəş sistemləri və onun tərkib hissəsi olan ATACMS block II və ya ATACMS block llA raketləri səviyyəsində olsa, ordumuzda silahlanmada olan bütün RYAS-ları ehtiyata göndərib, uzunmənzilli RYAS-ların hamısını onunla əvəz etmək olardı ki, logistik və döyüş uzlaşması problemlərini minimallaşdırmaq olsun. Yox, əgər bu silahın döyüş qabiliyyəti ordumuzda olan RYAS-lərın səviyyəsindədirsə, yeni bir sistemlə cəbhə təhcizatını mürəkkəbləşdirmək elə də məqsədəuyğun olmazdı. Qeyd edim ki, döyüş qabiliyyəti dedikdə, təkcə bu sistemin atəş mənzili nəzərdə tutulmur. Bura həmçinin döyüşə hazır olma vaxtı, hansı təbii şəraitdə döyüş aparmaq qabiliyyəti, atəşin dəqiqliyi, döyüş sursatlarının müxtəlif məqsədlərə uyğun rəngarəngliyi və s daxildir.

Belarus respublikasının 2015-ci ildən bəri nümayiş etdirdiyi “Polonez” sisteminin xüsusiyyəti bu idi ki, onlar özlərinin 8×8 təkər formullu bazası olan 25 tona qədər yükgötürmə qabiliyyətli MKZT 7930 “Astroloq" şassisi üzərində yerləşmiş buraxıcı qurğu üzərində konteynerlərdə yerləşmiş Çinin 301mm kalibrli A200 raketlərindən istifadə edirdilər. Bəzi şərhçilər bu raketlərin satıldığı ölkələri Çinin xüsusi strateji partnyoru kimi təsəvvür edirlər. Lakin Çin Hərbi sənaye kompleksinin “Birinci Akademiya" adı ilə tanınan China Academy of “Launch Vehicle Technology” (CALT) müəssisəsi adı çəkilən sursatı kütləvi ixrac üçün layihələndirib istehsal edib. Demək olar ki, onlar bu raketi hər bir ölkəyə satmağa hazırdırlar. Bir çox ölkələr özlərinin RYAS sistemlərində həmin sursatdan istifadə edir. Bu raketlər Rusiya istehsalı RYAS “Smerç”in kalibridir. Yəni 301 mm-dir. Uzunluğu 7264 mm olan raketin çəkisi 750 kiloqramdır. Qanadlarının açılışı 615 mm-dir. Kombinə olunmuş idarəetmə sisteminə (peyk naviqasiya siqnalları ilə korreksiya olunan inersial yönəltmə sistemi) malik ayrılan döyüş başlığı üçtipli partlayıcı ilə təhciz olunur. Atış məsafəsi də 9К58 “Smerç"dən uzaqdır. Döyüş başlığının çəkisi isə 300 kq yaxındır. Trayektoriyasının son uçuş mərhələsində yönləndirməsi ya GPS0-lə, ya da PUA ilədir.

GPS ilə yönləndirməkdə kimdənsə asılı oluruq. Dünyada bu sistemlər ABŞ, Rusiya, Çinə və Avropa Birliyinə məxsusdur. Onlar özlərinə lazım olan anda rayon üzərində yerləşən peyklərin koordinatlar üçün verilən trianqulyasiya siqnallarını kobudlaşdıraraq, döyüş başlığının hədəfə dəymə dəqiqliyini dəfələrlə azalda bilərlər. PUA isə düşürülə bilər. Və ya özü müəyyən bir nasazlıq qismində qəzaya uğrayıb düşə bilər.

Əlbəttə, “Smerç" RYAS-da və “İsgəndər" OTR sistemində də buna oxşar tuşlama prinsiplərindən istifadə olunur. Lakin onları istehsal edən Rusiyanın özü koordinat və kəşfiyyat peyklərinə malikdir ki, bu da onları başqa ölkələrdən yardım almağa ehtiyac yaratmır.

Lakin eynilə MKZT 7930 şassisi üzərində, Belarus Respublikası həmin “Polonez" şərti adı altında başqa bir sistem də yaradıb. Təxminən iki dəfə böyük konteynerlərdə bu şassinin artilleriya-tuşlama platformasında Çinin başqa bir raketi - M20 yerləşdirilə bilir. Uzunluğu 8 metrdən bir qədər az olan bu raketin çəkisi 4000 kq-dır. Döyüş başlığı 480 kq-dan 560 kq-a qədərdır. Yönləndirmə inersial sistemdir ki, xarici idarəetmədən asılılığı demək olar ki yoxdur. Aerodinamik İdarəetmə müstəvilərindən əlavə deflektorlardan (raket soplolarının yanında) da istifadə olunur. Bu da əlavə idarəetmə vasitəsi rolundan başqa, trayektoriyaya qeyri sabitlik verə bilir ki, HHM sisteminin onu tuta bilmək qabiliyyətini (təxminən “İsgəndər”də tətbiq olunan prinsip kimi) aşağılayır. Lakin bu halda inersial sistem raketi kvaziballistik və ya hətta ballistik trayektoriya ilə də dəqiq hədəfə çatdıra bilməz. GPS və ya radiokorreksiya/telekorreksiya sistemi trayektoriyanı nizamlamalı, tuşlama trayektoriyasına (eynilə “İsgəndər”dəki kimi) qaytarmalıdır. Bu raketin başlığı 560 kq-a (“İsgəndər”də isə 470 kq dır) qədərdir. Keyfiyyəti “İsgəndər”dən nəinki aşağı, yüksək olmalıdır. Birpilləli mühərrik sistemli və ayrılmayan döyüş başlıqlı raketin hədəfi vurma məsafəsi 280 kilometrdir ki, bu sursatın xarici dövlətə satışı “raket texnologiyalarının yayılmaması üzrə beynəlxalq saziş”in müddəalarına tam uyğundur. 50 km hündürlükdə kvaziballistik trayektoriyada 6Max sürətilə hərəkət edən raket hədəfin üzərində 90° bucaq altında dönərək ona hücum edir ki, bu da dərin dağ dərələrində yerləşmiş hədəflərin məhv edilməsi üçün çox lazımlı funksiyadır.

Bu raketi tam məsuluyyətlə “İsgəndər" OTR-in funksional analoqu saymaq olar. Qiyməti də “İsgəndər”dən nisbətən aşağıdır. Bu sistemdə şassi üzərində raket konteynerlərinin sayı 4-dən çox ola bilməz.

M20 raketi artıq “Polonez"i RYAS klassifikasiyasından çıxararaq OTR klassifikasiyasına gətirir. Ümumiyyətlə dünya ölkələrindən yalnız birində belə bir sistem ABŞ-ın MLRS universal şassisi üzərində yaradılıb ki, bu şassinin buraxıcı qurğusundan yalnız raket konteynerlərini dəyişməklə həm RYAS, həm də OTR sistemi kimi istifadə etmək olur. Çin dövlətinin də belə universal sistem yaratmaq layihəsi var. 2014-cü ildə Çinin Cuhay şəhərində keçirilən AİRSHOW CHİNA 2014 sərgisində bu ölkə özünün “Universal taktiki ordu zərbə kompleksini” GATSS nümayiş etdirdi. Bu kompleksin universal buraxıcı qurğudan ibarət zərbə komponenti və idarəetmə-rabitə-hesablayıcı kabina yerləşmiş idarəetmə maşınından ibarət idarəetmə komponenti mövcuddur ki, bu da sistemə müstəqil döyüş aparmağa imkan verir.

Universal buraxıcı qurğu yalnız sursat konteynerlərini səhra şəraitində sürətlə dəyişməklə, səs sürətinə qədər və səsdən iti, idarəolunan və idarəolunmayan reaktiv sursatlarla, operativ-taktiki raketlərlə və qanadlı raketlərlə atəş aça bilər. Hələlik bir neçə müasir sursatları hazır olmadığından (əsasən qanadlı raket və düz hava axınlı raket mühərrikli gəmi əleyhinə raketlərin), Çində bu taktiki sistemin silahlanmaya qəbulu yubanır. Görünür, həmin sursatlara elə də ehtiyacı olmayan Belarus, özünün nisbətən yüksək sənaye potensialına istinad edərək bu universal taktiki zərbə sistemini daha az döyüş sursatları tətbiq edən formada bir neçə mərhələdə qurmağa nail olub. Əvvəlcə, 2015-ci ildə A200 raketlərini tətbiq edən sistem KİV-lərdə nümayiş etdirilməyə başladı. O vaxtdan bu sistemin Azərbaycana satılacağı ehtimalları yayılmağa başladı. 2017-ci ildən isə A200 və M20 raketlərini tətbiq edə bilən bir sistemin qurulacağı planlaşdırılırdı.

Ola bilsin ki, ölkəmizin hərbi rəhbərliyinin daha universal olan taktiki sistemə meylliyi, məsələni tam anlamayan, raketləri bir-birindən ayıra bilməyən KİV-lərdə bəzi spekulyasiyaların yaranmasına səbəb olub. Hətta Ermənistan KİV-ləri belə bir müddəa ilə çıxışlar da etdilər ki, onların hökumətinin KTMT müttəfiqliyi xətti ilə təzyiqləri nəticəsində Belarus bu atəş sistemlərini Azərbaycana satmaqdan imtina edib.

Əgər ölkəmiz bu universal sistemi indi Belarusdan və yaxud GATSS sistemi bütün atəş komponentləri ilə birlikdə sınaqdan keçirilib qəbul olduqdan sonra Çindən alacaqsa, raket-artilleriya qoşunlarımız yeni bir texnoloji mərhələyə daxil olacaq. Çünki bu universal sistemlərlə dünyanın bir neçə ən inkşaf etmiş orduları silahlanıblar ki, onların sayı 20 dən çox deyil.

Ola bilsin ki, Belarus hökuməti ilk mərhələdən bu sistemi bizim ordu üçün təklif edirdi. Lakin bəzi məsələləri təhlil edəndən sonra belə bir fikrə gəlmək olur ki, bizim komandanlıq sistemin universal variantını gözləyirdi. Bundan sonra bu silah sisteminin alınması haqqında danışıqlar prosessi daha tez gedə bilər.

Bütün bu deyilənlərlə yanaşı, ölkəmiz öz HSK bazasında belə bir raket sisteminin istehsalı məsələsini, hətta ayrı-ayrı komponentləri alıb ölkəmizdə istehsalı yolu ilə olsa da nəzərdən keçirməlidir. Çünki, bu raketlərin tək xüsusi əməliyyatlarda yox, aviasiyanın vəzifəsini də əvəz edə bilməsi üçün, sayları təxminən 1000-1200 ədəd tələb olunur. Onlar kənardan alınarsa, tam və balanslaşdırılmış avasiyadan da baha başa gələ bilər. Çünki 25 milyon dollar qiyməti olan Su-25 təyyarəsi öz pilonlarında 8 ədəd 500 kiloqramlıq aviasiya bombasını ştatında olan tuşlayıcı qurğu ilə hədəfə ata bilər. 15 döyüş uçuşu keçirən bir eskadrilya 120 ədəd OTR-in döyüş teatrında yerinə yetirdiyi vəzifəni görə bilər. Aviasiya bombasının və kerosinin OTR-lərdən yüzlərlə və hətta minlərlə dəfə ucuz olmasına nəzərə alsaq, “müharibə iqtisadiyyatının" bəzi rəqəmlərini təsəvvür edə bilərik. Əlbəttə, bu hesablamaları bəsitləşdirmək məqsədi ilə edilmiş çox kobud bir müqayisədir. Radiolokatorların şüalandırdığı elektromaqnit şüalarının effiktiv əks olunma sahəsi, uçuş sürəti və bunlara rəğmən gözlənilməzliyi təyyarədən qat-qat üstün olan OTR xüsusi əməliyyatların keçirilməsi zamanı əvəzolunmaz zərbə vasitəsidir. Lakin düşməndə aviasiyanın tətbiqini ifrat dərəcədə çətinləşdirən vasitələr olduğu halda, belə zərbə vasitələrinin alternativi olmur.

Mürəkkəb relyefə malik, meşə örtüyü çox olan əməliyyat rayonunda düşmənin bütün uzaq, orta və yaxın mənzilli Zenit-raket batareyaları HHM sisteminin dəf olunması əməliyyatı nəticəsində məhv edilib susdurularsa, onun DZRQ-larını məhv etmək fiziki və taktiki cəhətdən mümkünsüzdür. Bu da aviasiyanın 6000-6500 metrlik eşelonlardan tətbiqini tələb edəcəkdir ki, oradan bort nişangahı ilə bomba atışı demək olar ki, mümkün deyil. Belə durum təyyarə üçün yüksək dəqiqlikli idarəolunan sursatlar tələb edir ki, bunların da istehsalı raket sursatlarının istehsalından ucuz deyil. Hər iki növ sursat üçün öz istehsalımız olsa, bu halda raket-artilleriya qoşunları aviasiyanın nisbətən adekvat əvəzedicisi ola bilər.

Əsas məsələ zərbə qüvvələrinin (ordu növlərinin) balanslaşdırılmış təşkil olunmasıdır. Nisbətən güclü, balanslaşdırılmış aviasiyamız olmazsa, 20-50 ədəd ən müasir operativ-taktiki raket bizim qarşıya qoyduğumuz döyüş vəzifələrini həll edə bilməz. Necə ki, “İsgəndər” OTR erməni ordusuna böyük üstünlük verə bilməz.

Hərbi ekspert Vüqar Miraslanov
Yazı Ordu.az-a məxsusdur

Teqlər: Polonez   OTRK   M20   Belarus-Azərbaycan  

Artilleriya komandanlığından uğurlu gediş: Minskdən Bakıya Çinin M20 raketləri ilə “Polonez” təqdimatı – HƏRBİ EKSPERT

2018/04/5_7622864255.jpg
Oxunub: 14168     20:17     24 Aprel 2018    