Lavrov: “Qərbin Suriyanın bərpasına kömək göstərməkdən imtinası narahatedicidir”

2018/04/345345_1524552708.jpg
Oxunub: 586     10:51     24 Aprel 2018    
“Qərb ölkələrinin Suriya hökumətinin nəzarətində olan bölgələrin bərpasından imtina etməsi Rusiyanı narahat edir”.

Ordu.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov bəyan edib.

“Suriyanın bərpasından bəhs edərkən Qərbin Suriya hökumətinin nəzarəti altında olan bölgələrin bərpasına heç bir yardım etməyə hazırlaşmaması barədə mövqeyi bizi çox narahat edir”, - deyə Lavrov bildirib.

Onun sözlərinə görə, bununla bir çox Qərb ölkələri aydın şəkildə Suriyanı dağıtmaq istədiklərini nümayiş etdirir.

“ABŞ and içərək dünya ictimaiyyətini inandırmağa çalışdı ki, onların məqsədi İŞİD-ə qalib gəlməkdir. Lakin onların prezidenti Trampın bəyanatlarına baxmayaraq ABŞ aktiv şəkildə yalnız stabilliyi pozan addımlarla yadda qalır”, - deyə Lavrov açıqlayıb.

Ağalar Qəribov
Ordu.az

Teqlər: Qərb   Suriya   Lavrov  

Xəbər lenti

Lavrov: “Qərbin Suriyanın bərpasına kömək göstərməkdən imtinası narahatedicidir”

2018/04/345345_1524552708.jpg
Oxunub: 587     10:51     24 Aprel 2018    