Ermənistanda aprel döyüşlərinin iştirakçısı öldürüldü

2018/04/3453-(2)_1524553139.jpg
Oxunub: 3875     14:44     24 Aprel 2018    
Ermənistanda nümayişçilərin yürüşünə mane olarkən aprel müharibəsi iştirakçısını bıçaqlayaraq öldürüblər.

Ordu.az erməni KİV-lərinə itinadən xəbər verir ki, Üçmüədzin şəhər xəstəxanasından əldə edilmiş məlumata görə, dünən saat 18:55 radələrində sinəsinin sağ yarı hissəsinin dəlib keçən bıçaq yarası ilə 46 yaşlı Nver Hovhhanisyan xəstəxanaya gətirilib.

Yaralı saat 21:45-də müalicə olunduğu xəstəxanada cərrahiyyə əməliyyatı zamanı ölüb. O, Yerkrapah könüllü döyüşçülərinin Üçmüədzin şəhər bölməsinin sədr müavini olub.

İlkin məlumata görə, o, Serj Sarkisyanın baş nazir olması əleyhinə yürüş iştirakçılarının İrəvana doğru hərəkətinin qarşısını almağa cəhd edib. Başı ilə nümayişçilərdən birini vurarkən, həmin şəxs bıçaqla ona zərbə endirib.

Xatırladaq ki, Hovhannisyan Qarabağ və aprel döyüşlərində mövqelərimizə qarşı təxribat əməliyyatlarında iştirak edib. Onun döyüşlərdə bir əlini itirdiyi bildirilir.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: Ermənistan   Etiraz   Ölüm  

Ermənistanda aprel döyüşlərinin iştirakçısı öldürüldü

2018/04/3453-(2)_1524553139.jpg
Oxunub: 3876     14:44     24 Aprel 2018    