İsrailin “Dəmir Qübbə” HHM sisteminə baxış – ANALİZ

2018/04/345345345345_1514550113_1520341984_1524486731.jpg
Oxunub: 1757     23:30     23 Aprel 2018    
Amerika rəhbərliyində Suriyaya qarşı raket hücumundan sonra qarşı tərəflər bir-birlərinə qarşı “neçə dənə raket zərərsizləşdirildi” iddialar zənciri başlatdı. Rusiya bildirir ki, Suriyanın havadan müdafiə sistemləri atılan raketlərin əksəriyyətini zərərsizləşdirib. Amma ABŞ atılan bütün 105 qanadlı raketin hamısının hədəfə dəydiyini iddia edir. Buna baxmayaraq Suriyanın HHM sistemləri 40 ədəd anti-raketi atıb.

Bu raket zərərsizləşdirmə mübahisəsinin gündəmdə olduğu bir vaxtda başqa bir HHM sisteminə də nəzər yetirmək maraqlı olar. Yeni təqdim edəcəyimiz yazıda İsrailin “Dəmir Qübbə” raketdən müdafiə sisteminin səmərəliliyi barədə danışacağıq.

“Dəmir Qübbə” 2011-ci ildə İsraildə istifadəyə verildi. Bu sistem ölkənin 2012 və 2014-cü illərdəki Qəzza zolağında girdiyi münaqişələrdə məşhurluq qazandı. Lakin o həm də onun gerçək performansı barədə mübahisələri də bərabərində başlatdı.

Hər bir “Dəmir Qübbə” sistemi özündə radar, komputer və bir neçə atıcını ehtiva edir. Bu radar gələn raketi təsbit edir. Komputer daha sonra zərbə nöqtələrini təxmin edir. Əgər hansısa raket önəmli nöqtəni təhdid edirsə, dərhal zərərsizləşdirilir.

Sistemin təkmilləşdirilməsi, istehsalı və yüklənməsi İsrailə milyardlarla dollara başa gəlib. Birləşmiş Ştatlar buna 1,3 milyard dollar dəstək göstərib. Bu yaxınlarda isə daha bir neçə yüz milyon dollar ayrılması təsdiqləndi.

İsrailin 2012-ci il Qəzzadakı “Müdafiə Sütunu” əməliyyatı zamanı 5 ədəd “Dəmir Qübbə” sistemi istifadə edilib. İddialara görə, əməliyyat ərzində sistemlər 421 raketi zərərsizləşdirdi. Bu, onların 85% dəqiqlik göstərməsi demək idi. Müşahidəçilər bu texnologiyanı “raketlərin sonunun carçısı olan oyun-dəyişdirici” adlandırıblar.

2014-cü ildə həyata keçirilən “Qoruyucu Sərhəd” əməliyyatında isə 9 sistem istifadə olundu və onların 735 raketi zərərsizləşdirdiyi iddia edildi. Bu isə onların 92% dəqiqliyi mənasına gəlirdi.

HHM sistemləri haqqında şübhələr

Lakin raketdən müdafiə sistemləri haqqında xüsusilə Suriya məsələsindən dolayı tez-tez şübhələr oyanıb. Bəzi təhlilçilər 1991-ci ildə Körfəz Müharibəsi ərzində Amerikanın İraq raketlərini zərərsizləşdirməyə dair iddialarını yalanlayır. Səudiyyə Ərəbistanının bu yaxınlarda husi qiyamçılarının raketlərini əngəlləməsi də bir qədər mübahisəlidir.

“Dəmir Qübbə” üçün isə zərərsizləşdirmə cəhdlərinə dair videolarda raketlərin döyüş başlıqlarının dağıdılmasını təsdiqləyəcək kifayyət edici detallar azlıq təşkil edir. Buna görə də, tənqidçilər İsrailin iddialarını sorğulayırlar. ABŞ analitiklərindən biri hətta “Dəmir Qübbə”nin effektivliyinin 30-40% arası ola biləcəyini söyləyir. Başqa biri bunun hətta 10% olduğunu iddia edir. İsrailli bir tənqidçi isə sistemi “uydurma” adlandırır.

Cavab olaraq “Dəmir Qübbə”nin dəstəkçiləri mülklərdə meydana gələn xəsarlarda azalmanı önə çıxarır. 2006-cı il İkinci Livan Müharibəsində İsrailin HHM sistemi yox idi. Müharibə zamanı ölkəyə atılan hər bir raketə görə, 6,7 mülk dağıntısı baş verdi. Dəstəkçilər “Dəmir Qübbə”nin istifadəyə verilməsindən sonra bu göstəricinin kəskin şəkildə azalmasını sistemin özünü isbat etməsinə nümunə kimi göstərirlər.

İsrailin daxil olduğu 3 fərqli münaqişədə raket başına düşən əmlak dağıntısı üçün siğorta tələbi – rəsmi

Daha yaxın baxış

Lakin bu müqayisədə bəzi önəmli detallar nəzərdən qaçırılır. Bunlardan birincisi 2008-2009 Qəzza müharibəsidir. Bu müharibədə hər bir raketə cəmi 2,4 dağıntı qeydə alınıb. “Dəmir Qübbə”nin 2011-ci ildəki debütündə isə daha yüksək dağıntı göstəricisi baş verib.

İsrailin daxil olduğu 4 münaqişədə raket başına orta hesabla qeydə alınan dağıntı siğorta tələbi – rəsmi

İkincisi raketlərdəki müxtəliflikdir. 2006-cı ildə Livandakı Hizbullah silahlıları İsrailə minlərlə “Qrad” artilleriya raketi atıb. Bir neçə yüz daha ağır raket isə səddə endirilib.

Bunun əksinə, Qəzzadakı HƏMAS silahlıları “Qrad”ları daha kiçik “Qassam” raketləri ilə qarışdırdı. Orta hesabla Qəzzadan atılan raketlərin döyüş başlıqları Livandan atılanların yarısı ölüçüsündə idi.

Dağıntıları döyüş başlıqlarının çəkisinə əsasən hesablanması bu müxtəliflikləri tənzimləyə bilər. Əgər məsələyə bu baxımdan yanaşsaq, onda sözügedən dörd müharibə üçün “standartlaşdırılmış” raket başına dağıntı faktı uyğun olaraq aşağıdakı kimi olar: 4,4, 3,9, 4,3 və 1,5. İlk üç rəqəmin yaxınlığı “Dəmir Qübbə”nin 2012-ci ildə minimal təsirini ortaya qoyur. Lakin sonuncudakı kəskin azalma 2014-cü ildə sistemin olduqca təsirli olduğunu göstərir.

İsrailin apardığı dörd müharibə üçün standartlaşdırılmış raket döyüş başlığına görə dağıntı göstəricisi – rəsmi

Təxmini performans

4 il öncə baş vermiş “Qoruyucu Sərhəd” müharibəsi zamanı “Dəmir Qübbə” bütün təhdid yaradan raketlərin 59-75%-ni zərərsizləşdirə bilib. “Təhdid yaradan” o deməkdir ki, raket vacib nöqtəni hədəf alıb və onun zərərsizləşdiriləsinə cəhd olunub. Sistemin gördüyü iş nəticəsində əmlak dağıntılarında 42-86 milyon dollar arasında zərərin qarşısı alınıb. Həmçinin onun sayəsində 3-6 arası ölüm və 120-150 arası yaralanma faktı önlənib.

Yuxarıda göstərilən faiz göstəricisi bütün İsrail ərazisinə aid edilib. Lakin iddia edilən 92%-lik zərərsizləşdirmə isə “Dəmir Qübbə”nin əhatə etdiyi bölgələr üçün səsləndirilir və buna görə də gerçəyə uyğun görünür.

Bunun əksinə 2012-ci ildəki “Müdafiə Sütunu” əməliyyatında təhdid yaradan raketlərin 32%-dən azı zərərsizləşdirilə bilib. Onlar 2 ölüm, 110 yaralı və 7 milyon dollar dəyərində dağıntının qarşısını almağa nail olub.

Məlumatdan görünür ki, məskunlaşmış ərazilərə düşən raketlərin sayı olduğundan az göstərilib. Əksinə təhdid yaradan raketlərin sayı isə şişirdilib. Buna görə də, “Müdafiə Sütunu” üçün göstərilmiş zərərsizləşdirmə göstəricisi rəsmi xəbərlərdə deyilən 85%-dən xeyli aşağıdır.

Qabaqcıldır amma keçilməz deyil

Nəticələr bizə deyir ki, “Dəmir Qübbə” müzakirəsi həddindən artıq qütbləşdirilib. Ola bilsin ki, sistemin dəyəri ilk vaxtlar böyük ölçüdə rəmzi olub, lakin sonralar o həqiqətən də çox təsirli nəticələr əldə edib.

Bu, İsrail və onun Amerikalı maliyyə dəstəkçisi üçün yaxşı xəbərdir. O, həm də dünyanın müxtəlif bölgələrində raket təhdidlərilə üzləşən potensial “Dəmir Qübbə” alıcılarının da etibarını gücləndirir.

Hələlik sadəcə Azərbaycan bu sistemlərdən alıb. Lakin ABŞ ordusu da qısamənzilli havadan müdafiə üçün bu sistemlərdən ala bilər. Kanada isə sadəcə onun radarını alıb.

Lakin sistem raketlərin sonu mənasına gəlmir. Hücum edən tərəf böyük sayda raket atmaqla sistemi məğlub edə bilər. Buna görə də, İsrailin rəqibləri geniş miqyasda raket almağa davam edir. İddialara görə, HƏMAS-ın 10 min raketi var. Bu rəqəm Hizbullah üçün 120 minə bərabərdir. Sonuncunun arsenalı gələcəkdə baş verə biləcək “Şimal Müharibə”si zamanı İsrailin HHM sistemləri üçün çətin anlar yaşadacaq.

Eyni zamanda daha təcrübəli hücumçular raketlərini HHM sistemlərinin əngəlləməsi üçün çətinləşdirəcək texnologiyadan istifadə edirlər. Suriyaya hücum zamanı Amerika və müttəfiqləri təsbit olunması çətin olan qanadlı raketlərdən istifadə etdi. Müdafiə olunan tərəflər nəinki bunu zərərsizləşdirə bilmir, ümumiyyətlə onların radarları həmin raketləri görməyə qadir deyil.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: İsrail   Dəmir-Qübbə   HHM-Sistemi   Qəzza-müharibəsi  

İsrailin “Dəmir Qübbə” HHM sisteminə baxış – ANALİZ

2018/04/345345345345_1514550113_1520341984_1524486731.jpg
Oxunub: 1758     23:30     23 Aprel 2018    