"Azərbaycanın rolunu yüksək qiymətləndiririk" - NATO rəsmisi

2018/04/412021599-1524314777_1524324356.jpg
Oxunub: 877     16:43     21 Aprel 2018    
NATO baş katibinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə köməkçisinin müavini Ceyms Appaturay Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Ordu.az xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli Prezident İlham Əliyev.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi NATO-nun baş katibi adından təbrik edirəm.

NATO ilə Azərbaycan Respublikası arasında münasibətlərin qurulması 25 il bundan əvvələ təsadüf edir və bu əməkdaşlığımızın əhəmiyyəti indiyə qədər durmadan artır. Biz sülhməramlı əməliyyatlarda Azərbaycanın rolunu, xüsusən də Sizin keçən ilin sonunda NATO-nun “Qətiyyətli Dəstək” missiyası çərçivəsində Azərbaycan sülhməramlılarının sayının artırılması barədə verdiyiniz qərarı yüksək qiymətləndiririk. Həmçinin Sizin Şimali Atlantika Alyansı ilə Azərbaycanın “Fərdi Tərəfdaşlıq üzrə Fəaliyyət Planı” çərçivəsində dinamik siyasi dialoq və praktiki əməkdaşlıq istiqamətində fəaliyyətinizi alqışlayırıq.

NATO baş katibinin Qafqaz üzrə xüsusi nümayəndəsi kimi, qarşıdan gələn illərdə də Şimali Atlantika Alyansı ilə Azərbaycan arasında əməkdaşlığı və dialoqu daha da inkişaf etdirmək niyyətindəyəm.

Ordu.az

Teqlər: NATO   Azərbaycan   Prezident  

Xəbər lenti

"Azərbaycanın rolunu yüksək qiymətləndiririk" - NATO rəsmisi

2018/04/412021599-1524314777_1524324356.jpg
Oxunub: 878     16:43     21 Aprel 2018    